Icma.az
close
up
RU
Dünya Çempionatının seçmə mərhələsinin püşkündə bəxtimiz gətirmədi

Dünya Çempionatının seçmə mərhələsinin püşkündə bəxtimiz gətirmədi

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə Dünya Çempionatının UEFA-nın bayrağı altında çıxış edən milli komandalar üçün seçmə mərhələsinin püşkü atılıb. Azərbaycanın bəxti gətirməyib. Bizim milli komanda dördkomandalı qrupda yer alıb. Beşkomandalı qrup daha əlverişli sayılırdı.

Bizimyol.info xəbər verir ki, Azərbaycanın bütün rəqibləri hələ məlum deyil. Millətlər Liqasında pley-off mərhələsi başa çatmadığından, bəzi qruplarda yalnız cütlərin adı qeyd olunub. Azərbaycanın yer aldığı D qrupunda da bənzər vəziyyət yaranıb. Milli komandamız Fransa – Xorvatiya cütünün qalibi ilə qarşılaşmalı olacaq. Həm də bu tərəfdən bəxtimiz gətirməyib. Fransa arzuolunmaz rəqibdir. Tarixdə ən ağır məğlubiyyətimizi (0:10) də fransızlardan almışıq.

Maraqlı məqamlardan biri Türkiyə və Gürcüstanın eyni qrupda yer almasıdır. Bu komandalar Avropa Çempionatının final mərhələsində üz-üzə gəlmişdilər. Onda Türkiyə 3:1 hesabı ilə qələbə qazanmışdı.

Seçmə mərhələnin bütün qruplarının qalibləri Dünya Çempionatına birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan 12 komandaya pley-off mərhələsində Millətlər Liqasından gələn 4 kollektiv də qoşulacaq. Bu 16 komanda 4 yolla 4 güclünü müəyyənləşdirəcək. Beləcə, Avropadan Dünya Çempionatına 16 milli komanda yollanacaq.

ABŞ, Meksika və Kanada dünya çempionatına ev sahibliyi edəcək. İlk dəfə olaraq mundialda 48 milli komanda mübarizə aparacaq.

A qrupu

Almaniya/İtaliya

Slovakiya

Ş.İrlandiya

Lüksemburq

B qrupu

İsveçrə

İsveç

Sloveniya

Kosovo

C qrupu

Portuqaliya/Danimarka

Yunanıstan

Şotlandiya

Belarus

D qrupu

Fransa/Xorvatiya

Ukrayna

İslandiya

Azərbaycan

E qrupu

İspaniya/Niderland

Türkiyə

Gürcüstan

Bolqarıstan

F qrupu

Portuqaliya/Danimarka

Macarıstan

İrlandiya

Ermənistan

G qrupu

İspaniya/Niderland

Polşa

Finlandiya

Litva

Malta

H qrupu

Avstriya

Rumıniya

Bosniya və H.

Kipr

San Marino

I qrupu

Almaniya/İtaliya

Norveç

İsrail

Estoniya

Moldova

J qrupu

Belçika

Uels

Ş.Makedoniya

Qazaxıstan

Lixtenşteyn

K qrupu

İngiltərə

Serbiya

Albaniya

Latviya

Andorra

L qrupu

Fransa/Xorvatiya

Çexiya

Monteneqro

Farer adaları

Cəbəlüttariq

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Dekabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri