Icma.az
close
up
RU
Dünya çempionu: “Güləşə gedib gələnə kimi anam saçını yolurdu” MÜSAHİBƏ İdman və Biz

Dünya çempionu: “Güləşə gedib gələnə kimi anam saçını yolurdu” MÜSAHİBƏ İdman və Biz

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qusar torpağı həmişə adlı-sanlı güləşçiləri ilə tanınıb. Qusarın belə sakinlərindən biri də Şəkərxan Əlismanovdur. O, hələ yeniyetməlik çağlarından güləşə könül bağlayıb. İllər keçdikcə püxtələşib, irimiqyaslı yarışlarda iştirak edib. İdmançı bu qarşılaşmalarda çox rəqibinin kürəyini yerə vurub. Şəkərxan Əlismanov 10 dəfə respublika çempionu olub.

İdman.biz xəbər verir ki, Shimal.News-un əməkdaşı güləş ustası, Əməkdar müəllim Şəkərxan Əlismanovla müsahibə edib.

Onunla müsahibəni təqdim edirik:

– Şəkərxan müəllim, oxucularımız üçün öncə özünüzü təqdim etməyinizi istərdim.
– Şəkərxan Əlismanov. 1957-ci ildə Qusarda anadan olmuşam. 1974-1978-ci illərdə Azərbaycan Bədən Tərbiyə İnstitutunda təhsil almışam.

– Maraqlıdır, bu sahəyə marağınız necə yaranıb? Niyə idmanı seçmisiniz?
– Düzü, əvvəl həkim olmaq istəyirdim. Valideynlərim məni kimya təmayüllü məktəbə qoydular. Çünki yaşadığım yerdə məktəb 8 illik təhsil verirdi. Kimya təmayüllü məktəbdə müəllimlə ədavətim düşdü. Mən dərsə cavab versəm də, razı qalmırdı. Deyirdi ki, sən bu məktəbdə təhsil almamalısan. Sonra məktəbimi dəyişdim. İdmana yönəldim. Elə o gündən 60 yaşa kimi güləşmişəm. 60 yaşda güləşi atdım.

– Niyə atdınız?
– Çünki idmançı 60 yaşdan sonra dünya çempionatına buraxılmır. Biz veteran güləçilər idik. Bu idman növü qorxuludur. Sınıq, əzik, ölüm ehtimalı çoxdur. Dünya Güləş Birliyi 60 yaşdan yuxarı veteranları çempionata buraxmır. Digər bütün idman növlərində isə 70 yaşa qədər yarışlarda iştirak etmək üçün icazə var.

– Güləş idman növü digərlərindən zədə alma cəhətdən təhlükəlidir. Ailəniz bu qərarınızı necə qarşıladı?
– 4 bacının 1 qardaşı idim. Valideynlərim güləşə getməyimə icazə vermirdilər ki, ciddi zədə alaram. Gördülər ki, 9-cu sinifə qədər güləşdən əl çəkmirəm. Axırda icazə verdilər. Amma güləşib gələnə kimi anam ağlayırdı, saçını yolurdu.

– Güləşçi kimi ilk nəaliyyətiniz nə vaxt olub?
– İlk dəfə yarışa çıxanda 9-cu sinifdə oxuyurdum. Gəncə şəhərində keçirilən yarışda çempion oldum. 1973-cü il olardı. 1974-cü ildə ali təhsil almağa başladım. 11 il Azərbaycan yığma komandasının şərəfini qorumuşam.

– Bəs, ən böyük nailiyyətiniz?
– 2009-cu ildə Finlandiyada Veteran İdmançılar arasında keçirilən Çempionatda 1-ci yerə layiq görüldüm. Ən böyük nəaliyyətim bu olub. Beynəlxalq dərəcəli idman ustasıyam. Daha sonra, dünya çempionatından 5 medal gətirmişəm. 10 dəfə Azərbaycan çempionu olmuşam.

– Hansı yaşda güləşə başlamaq güləşçilər üçün ideal sayılır?
– Hər idmanın öz incəlikləri var. Yunan-Roma güləşində qurşaqdan aşağı düşmək olmaz. Ayaq ilişdirmək yoxdur. Ağır idman növü olduğu üçün 3-4-cü sinifdə başlanılması məsləhətdir. Ancaq həmin yaşa qədər üzgüçülüyə getmək daha yaxşı olar. Təcrübəmə görə bu, güləşçi üçün ən düzgün başlanğıcdır.

– Övladlarınızdan bu sahəyə yönələn olub?
– 4 qızım var. 4-nü də oxutdurub, ali təhsil vermişəm. Toy etmişəm. Qızımın birini İdman Akademiyasına yönləndirdim. Faiq Qarayevin voleybol komandasının üzvü olub. Boyu balaca olduğu üçün ehtiyat oyunçular skamyasında əyləşib. Bir qızım idmançı oldu.

– İdman pəhrizi və qidalanma barədə nə düşünürsünüz? İdmançı olaraq hansı pəhrizlə qidalanırdınız?
– Atam qəssab olub. Gecə-gündüz ət yeyirdim. Elə pəhrizim də ət idi (gülür). İndi ət tapılmır. Yemək olmayan evdən idmançı çıxmaz.

– Məşq prosesləriniz necə keçirdi? Hazırlıq prosesi haqqında danışardınız.
– Gündə 3 dəfə məşq etməyən adam dünya çempionatından medal gətirə bilməz. 3 dəfə məşq edirdim, səhərlər 10 km məsafə qaçırdım. Valideynlərim 3 ay yay tətilində məni dağa göndərirdilər. Gedib 3 ay da orada idman edirdim.

– Zədəniz olubmu?
– Hamısı indi çıxır ortaya. O zamanlar hiss etmirdim. Amma indi hava soyuduqca qabırğalarım sızıldıyır.

– Şəkərxan müəllim, rayonunuzda bu sahəyə marağı olan gənclər var?
– Var, ancaq bu telefonlar gənclərin belini qırıb. Bəzi gənclərimiz telefon xəstəliyinə tutulub. Gec yatırlar, səhər dura bilmirlər. Səhər durub qaçmayandan, məşq etməyəndən sonra sən kimə lazımsan?!

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Dekabr 2024 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri