Icma.az
close
up
RU
Dünya daha bir təhlükəsi üz üzə: Ebola pandemiyaya səbəb ola bilərmi? (ŞƏRH)

Dünya daha bir təhlükəsi üz üzə: Ebola pandemiyaya səbəb ola bilərmi? (ŞƏRH)

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Dünya yeni bir virus təhlükəsi - Ebola ilə üz-üzədir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Ebola virusunun Bundibuqyo variantının yayılması ilə bağlı Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Komitənin iclasında çıxışında deyib. O, Konqo Demokratik Respublikasında (KDR) yayılan Ebola epidemiyasının beynəlxalq miqyasda yayılma riskinin yüksək olduğunu bildirib.

ÜST rəhbərinin sözlərinə görə, hazırda KDR-nin 6 əyalətində və 55 səhiyyə rayonunda təxminən 5 min nəfər yoluxub, 2300-dən çox insan isə həyatını itirib.

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında Ebolanın təhlükəli bir virus olduğunu bildirib:

"Bu hemorragik qızdırmalar sinifinə aiddir. Xəstəlik həqiqətən də çox ağır gedişə malikdir və çox vaxt ölümlə nəticələnir. Bir məsələ var ki, Ebola virusu hələlik hava damcı yolu ilə keçmədiyinə görə onun geniş yayılması və pandemiya törətməsi ehtimalı yoxdur. Amma bu nəzarətdən çıxsa, tədbirlər görülməsə, vəziyyət daha kritik olar. Hər halda karantin qaydalarının pozulması, insanların miqrasiyası təmasları, gigiyenik qaydaların gözlənilməməsi buna daha çox rəvac verə bilər".

Adil Qeybullanın sözlərinə görə, qloballaşan dünyada ÜST moderator rolunu oynaya bilmir:

"Çünki bütün dəyərlər dəyişib. Ən azı heç bir mərkəzləşmiş quruma dünya ölkələrinin hamısı tabe olmur. Ayrı-ayrı ölkələrdə müxtəlif idarəçilik üsulları var, bunları tam tənzimləməkdə mümkün deyil. Ona görə də belə bir vəziyyət yaranıb. Bütün aparıcı dünya ölkələri, elmi-tədqiqat institutları, aparıcı mərkəzlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsi əsasında hərəkət etməlidirlər. Əgər bu belə olsaydı, bəlkə də COVİD pandemiyası bu qədər dəhşətli olmayacaqdı. Düşünürəm ki, təhlükə var, amma tədbirlər görülməlidir. Keçid zonalarında nəzarət gücləndirilməlidir. Xəstə aşkar edilərsə, dərhal izolasiya tədbirləri görülməli və onunla təmasda olanlar dərhal karantinə alınmalıdır".

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Avqust 2026 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri