Icma.az
close
up
RU
“İran iqtisadi defolt təhlükəsi ilə üz üzə qala bilər” ŞƏRH

“İran iqtisadi defolt təhlükəsi ilə üz üzə qala bilər” ŞƏRH

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İrana qarşı ABŞ-ın avqustun 24-dən elan etdiyi hərtərəfli və ağır sanksiyalara Avropa İttifaqı da qoşuldu. İran uzun illər Avropa İttifaqı, qonşu ölkələr və strateji tərəfdaşları ilə iqtisadi əlaqələrini davam etdirirdi. ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi müharibənin ölkənin defolta düşməsinə gətirib çıxarması mümkündür”.

Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Uzun müddət tətbiq edilən sanksiyalara duruş gətirən İranın bundan sonrakı sanksiyalar qarşısında necə idarə olunacağı sual doğurur. Çünki əvvəlki sanksiyalar müəyyən dərəcədə İrana əlavə imkanlar tanıyırdı. İran qonşu ölkələr və Avropa ölkələri ilə də iqtisadi əlaqələr qurmuşdu. Hazırda tətbiq edilən sanksiyalar çərçivəsində İranın qonşu ölkələri və strateji tərəfdaşları da hədəfə gələ bilər.

Artıq Pakistan və Türkmənistan İran TIR-larının tranzitinə icazə vermir. Həmçinin Türkmənistanla İran arasındakı dəmir yolu xətti ilə daşınan yüklərin hərəkəti dayanıb. ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar Tehranda ciddi fikir ayrılıqlarını dərinləşdirir. Artıq benzinin qiyməti bahalaşıb. Yanacaq və enerji çatışmazlığı, rialın devalvasiyası, ölkədə çörək problemi xalqın getdikcə narazılığını artıracaq.

SEPAH müqavimətin davam etdirilməsini, keçmiş liderlər və hökumət isə ABŞ sanksiyalarının İranda xaosa gətirib çıxaracağını və iqtisadi defolt yaşanacağını önə sürərək razılaşmaya getməyi təklif edirlər. Prezident M. Pezeşkian İslamabad memorandumuna qayıtmağı qeyd edir“.

Onun fikrincə, İrana tətbiq olunan ağır və hərtərəfli sanksiyalar SEPAH-ı danışıqlar masasına əyləşdirməyəcək:

“SEPAH Venesuela və Kuba ssenarisini tətbiq etməyə çalışır. Amma İranın yerləşdiyi region ona kifayət qədər müqavimət göstərməyə imkan vermir. Həmçinin SEPAH-a qarşı prezident, keçmiş liderlər və xalq da müxalif mövqeyə keçir. Belə olan təqdirdə İranda yenidən etirazların baş verməsi istisna deyil.

İran sonu bilinməyən bir yola çıxıb. Çin və Rusiya SEPAH-a dəstək verməklə ABŞ-ı regionda saxlamağa çalışır. Amma Vaşinqton İran ətrafında bataqlığa qərq olmayacaq.

Azərbaycan İranla qonşu ölkədir. Rəsmi Bakı İran böhranın danışıqlar yolu ilə həllində maraqlıdır. Azərbaycana qarşı daima qeyri -konusturiktiv siyasətini həyata keçirən SEPAH İranı da çətin vəziyyətə salıb”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Sentyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri