Icma.az
close
up
RU
Dünya dövlətləri Azərbaycanın Konstitusiyasını səmimiyyətlə təqdir edir

Dünya dövlətləri Azərbaycanın Konstitusiyasını səmimiyyətlə təqdir edir

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Konstitusiya dövlətin əsas qanunudur. Konstitusiya dövlət daxilində ictimai münasibətləri, münasibətlər sistemini müəyyənləşdirir, dövlət hakimiyyətinin təşkilinin, fəaliyyət istiqamətlərinin, fəaliyyətinin əsaslarını ifadə edir. Siyasi ədəbiyyatda dövlətin statusunu, fəaliyyət konsepsiyasını, ictimai həyatın bütün sahələrini əhatə edən Konstitusiya “Əsas Qanun” adlandırılır.
Dövlətin qüdrətini, beynəlxalq nüfuzunu həm də onun Konstitusiyası müəyyənləşdirir. Dövlətin dövlətçilik pinsiplərinə əsaslanan Konstitusiya vətəndaşların vətəndaşlıq hüquqlarını və vətəndaşlıq borclarını müəyyənləşdirir, vətəndaşlıq sistemi olmaq etibarilə dövlət və xalq arasında ən mühüm ictimai münasibətləri tənzimləyir, konstitusion quruluşun, dövlət hakimiyyətinin təşkilinin əsaslarını əks etdirir. Buna görə də Konstitusiya ən ali qanundur. İctimai həyatın bütün sahələrini əhatə edən münasibətləri nizamlamağa şərait yaratdığına görə, cəmiyyətdə siyasi sabitliyin, ümumi maraqların təminatçısı olduğuna görə "Əsas Qanun" adlandırılan Konstitusiya dövlətin statusunu, fəaliyyət konsepsiyasını, nəzərdə tutulan prioritetlərini əks etdirir. Konstitusiya həm də şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin sivil, bəşəri qaydalarını müəyyən edir.
Azərbaycan Demokratik Respublikasının Konstitusiyası olmamışdı. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul edildi. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq olundu. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edildiyinə görə 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası fəaliyyətə başladı.
Zaman dəyişdikcə, siyasi proseslər genişləndikcə, müəyyən mənada, mürəkkəbləşdikcə Konstitusiyanın yenilənməsinə, yeni Konstitusiyaya ehtiyac yaranıb. İttifaq tərkibində olanda da belə olub, müstəqillik dövründə də. İttifaq tərkibində olanda müttəfiq respublikalarda Konstitusiyanın yenilənməsi də, yeni Konstitusiya qəbul edilməsi də Moskvadan asılı idi, SSRİ miqyasında istənilən dəyişiklik müttəfiq respublikalarda da yerinə yetirilirdi. Bu tezis Konstitusiyaya daha həssaslıqla şamil edilirdi.
1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlandı.. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verildi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu maddə azərbaycançılığın respublika daxilində hansı səviyyədə yaşadıldığının təsdiqi idi. Bu Konstitusiyaya sonralar xeyli əlavələr və dəyişikliklər edildi. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə yeniləşən Konstitusiya, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə qaldı.
Azərbaycanda milli azadlıq hərəkatı genişləndikdən, İttifaqın süqutundan, onun siyasi təsirləri dağıldıqdan sonra, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Müstəqil Azərbaycan dünyaya “Mən varam!” dedi. Azərbaycanın dövlətində qanunçuluq ideya və dəyərlər kimi Konstitusiya ilə təsbit edildi...
Konstitusiya haqqında böyük tarixi şəxsiyyət Heydər Əliyev demişdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiya layihəsi hazırlandı, 1995-ci il noyabrın 12-də keçirilmiş referendumla qəbul edilən Konstitusiya, dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi.
Müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə əsaslı dəyişiklikləri birləşdirən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza kimi mükəmməl və mütərəqqi sənəd olan Konstitusiyamız ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı, onun inkişafını sürətləndirdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi, insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının başlıca vəzifəsi oldu.
1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi, 1998-ci ildə konstitusiya nəzarəti orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il iyulun 14-də Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi ilə və həmin ilin iyulun 18-də Ulu Öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədi ilə imzaladığı Fərmanla Konstitusiya Məhkəməsi rəsmi olaraq fəaliyyətə başladı.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi tarixi Zəfərlə başa çatdı. 2023-cü il sentyabrın 20-də həyata keçirilən antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə də tənzimləndi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edildi, 2025-ci il 11 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli Qanunu ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edildi...
Azərbaycan dünyəvi dövlətdir. Dünya dövlətləri Azərbaycanı bəşəri dövlət kimi tanıyır, bu tanıma Azərbaycanın dünyəvi siyasətdə layiq olduğu yeri müəyyənləşdirir. Belə bir mövqe həm də Azərbaycan dövlətinin əsas Qanununun bəşəriliyinə, dünyəviliyinə ehtiramdir.
Dünya dövlətləri Azərbaycanın Konstitusiyasını səmimiyyətlə təqdir edir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Noyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri