Icma.az
close
up
RU
Dünya ekstremal hava zonasına daxil olur Təbii fəlakət qaçılmazdır

Dünya ekstremal hava zonasına daxil olur Təbii fəlakət qaçılmazdır

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Birləşmiş Millətlər Təşkilatı güclənməkdə olan El-Nino (El-Nino Sakit okeandakı suyun həddindən artıq isinərək dünyanın hava sistemini dəyişdirməsidir-red) hadisəsinin dünya üzrə quraqlıq, daşqın, meşə yanğınları və güclü tayfunlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının son məlumatlarına əsasən, hazırkı El-Nino son 70 ilin ən güclüsü ola və ən azı 2027-ci ilin fevralına qədər davam edə bilər.

BMT-nin Baş katibi Antonio Quterreş dünyanın ekstremal hava hadisələrinin baş verə biləcəyi “təhlükəli zonaya” daxil olduğunu bildirib. Onun sözlərinə görə, El-Nino getdikcə böyüyür və planet indiyə qədər müşahidə olunmayan iqlim şəraiti ilə üzləşir.

El-Nino Sakit okeanda yaranan və küləklərin istiqamətini dəyişdirən təbii hava hadisəsidir. Bu proses isti suyun şərqə doğru yayılmasına və atmosferə əlavə istilik ötürülməsinə səbəb olur. İnsan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə isə onun təsirlərini daha da ağırlaşdıra bilər.

Sakit okeanın əsas müşahidə bölgəsində səth temperaturu son həftələrdə normadan 2 dərəcədən çox yüksək olub. Proqnozlara görə, yaxın aylarda fərq 4 dərəcəyə çata bilər. Okeanın dərin qatlarında isə bəzi ərazilərdə temperatur normanı 8 dərəcədən çox üstələyib.

Cənub-Şərqi Asiya, Mərkəzi Amerika və Cənubi Amerikanın şimalında yağıntıların azalacağı, quraqlıq və meşə yanğınları riskinin artacağı gözlənilir. İndoneziyada quru mövsüm ərzində 107 min hektardan çox ərazi yanıb. Panama kanalı rəhbərliyi də yağıntıların azalması səbəbindən buradan keçən gəmilərin sayını 10 faizdən çox azaltmağa hazırlaşır.

Çində isə il ərzində yeddi tayfunun sahilə çatacağı proqnozlaşdırılır. Şərqi Afrika, Braziliyanın cənubu və ABŞ-ın cənub bölgələrində normadan artıq yağıntıların daşqın və torpaq sürüşməsi təhlükəsini artıracağı bildirilir.

Ümumdünya Meteorologiya Təşkilatı risk altında olan ölkələrdə erkən xəbərdarlıq sistemlərinin gücləndirildiyini açıqlayıb. Mütəxəssislər əhalini təşvişə düşməməyə, lakin mümkün fəlakətlərə əvvəlcədən hazırlaşmağa çağırıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Sentyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri