Icma.az
close
up
RU
“Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı çıxdı FOTO

“Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı çıxdı FOTO

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov və Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, professor Tofiq Mustafazadənin “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı çap olunub.

Modern.az xəbər verir ki, yeni nəşrin elmi redaktoru tarix elmləri doktoru Mehman Süleymanov, elmi məsləhətçiləri Dünya Əfşarlar Dərnəyinin başqanı Şərəf Kocakaya və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev, rəyçiləri ortaəsrşünas alimlər Tahirə Həsənzadə, Güntəkin Nəcəfli və İradə Məmmədova, redaktorları tarixçilər Sevinc Məlikzadə, Elnur Nəciyev və Nazim Xəlilov, dizayner və texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.

Kitab 19 bölmədən - “Dünya hərb sənətinin Nadir şah zirvəsi”, “Tarixçilər və ilk mənbələr Nadir şah haqqında”, “Nadir şahın hakimiyyətə gəlməsi ərəfəsində Səfəvi dövləti”, “Dahi sərkərdənin çətin gənclik illəri və ilk hərbi uğurları”, “Hakimiyyət zirvəsinə yüksəliş”, “Dahi sərkərdə hakimiyyət başında”, “Nadir şah Əfşarın daxili siyasəti”, “Nadir şahın Qəndəharı alması”, “Nadir şahın Hindistan səfəri”, “Türküstan yürüşü”, “Nadir şahın böyük elçiliyi Rusiya sarayında: təmtəraqlı qəbul”, “Dağıstana növbəti yürüş”, “Rusiya ilə münasibətlərdə gərginlik yaranır”, “Ümumxalq narazılığının güclənməsi: mərkəzi hakimiyyətə qarşı iğtişaşlar, qiyamlar, üsyanlar”, “Osmanlı İmperiyası ilə müharibələrin başa çatması”, “Nadir şahın qətlə yetirilməsi və Əfşar İmperiyasının süqutu”, “Dünya tarixində Nadir şah şəxsiyyəti”, “Tariximizdə Nadir şah faciəsi, onun ağır nəticələri və ibrət dərsləri” və “Əlavələr” bölmələrindən ibarətdir.

Yaqub Mahmudov kitaba yazdığı “Dünya hərb sənətinin Nadir şah zirvəsi” adlı ön sözdə bu fikirləri bildirib: “Nadir şahı amansızlıqda, kütləvi qırğınlar törətməkdə suçlayanlar yanılırlar. Bu, həqiqət deyil! Həqiqət budur ki, Nadir şahın kütləvi qırğınlar törətməsi barədə ilk mənbələrdə heç bir məlumata rast gəlinmir. Lakin dahi sərkərdə Vətən torpağını işğalçılardan təmizləmək naminə keçirdiyi döyüşlər zamanı qorxaqlıq göstərənlərə, fərarilərə, satqınlara, mərkəzi hakimiyyətə qarşı çıxanlara, qiyamçılara qarşı amansız idi və belələrini cəzalandırırdı. Bunsuz Dərbənddən Türküstanın və Hindistanın içərilərinə, Hind okeanı sahillərinə qədər uzanıb gedən, geniş əraziləri əhatə edən böyük bir imperiyanı əldə saxlamaq mümkün idimi?!”


Əsərdə qeyd olunur ki, Nadir şah qısa və parlaq hakimiyyəti dövründə (1736-1747) iki böyük imperiyanı - Osmanlı və Böyük Moğol imperiyalarını məğlub edən, çar Rusiyası tərəfindən işğal olunmuş Səfəvi torpaqlarının geri qaytarılmasına nail olan, əfqan müdaxiləçilərini ölkədən qovub çıxaran və çökmüş Səfəvi İmperiyasının ərazisini daha da genişləndirərək yeni bir imperiya - Azərbaycan Əfşarlar İmperiyasını yaradan qüdrətli hökmdardır. Nadir şah Azərbaycan xalqının təşəkkülündə yaxından iştirak etmiş və Səfəvilər dövlətinin yaranmasında mühüm rol oynamış türk Əfşarlar tayfasının Qırxlar boyundan çıxmış, əslən Azərbaycanın Dərbənd bölgəsindən olan sadə bir kəndli oğludur. Onun mənsub olduğu döyüşkən elat Şah Abbas tərəfindən Səfəvi İmperiyasının Mərkəzi Asiya sərhədlərini müdaxiləçilərdən qorumaq üçün Dərbənddən Xorasana köçürülmüşdü.

Əsərin müəllifləri bildirirlər ki, Nadir şah Əmir Teymuru özü üçün müqəddəs örnək hesab edir, Çingiz xanı tarixi şəxsiyyət kimi yüksək qiymətləndirir və çox sevirdi. Hindistanı fəth edərkən onunla eyni türk soykökünə malik olan Böyük Moğol hökmdarı Məhəmməd şahın tacını qaytarıb onun öz başına qoymuş, qızını da oğluna almışdı. Nadir şah türk-islam xalqları arasında məzhəb ayrılığına son qoymaq və Osmanlı İmperiyası ilə dostluq münasibətləri yaratmaq niyyətində idi. Bu məqsədlə dahi sərkərdə görkəmli İslam üləmalarını Nəcəfə toplayaraq “Nəcəf vəsiqəsi” adlı bir sənəd də qəbul etdirmişdi. O, bütün bunlarla yanaşı, yaratdığı Azərbaycan Əfşarlar İmperiyasını dünyanın qüdrətli dəniz dövlətinə çevirmək niyyətində idi. Bu məqsədlə Xəzər dənizində və imperiyanın Hind okeanına çıxışında hərbi dəniz donanması yaratmaq üçün mühüm tədbirlər gördü. Bu sahədə ciddi uğurlar da qazanıldı. Lakin hökmdarın yaxın ətrafı tərəfindən öz çadırında qətlə yetirilməsilə onun bu müdrik siyasəti də yarımçıq qaldı.

Yeni nəşrdə, həmçinin yazılır ki, tarix Nadir şah şəxsiyyətini yetişdirməsəydi, Azərbaycan dövlətçiliyinin varlığına Gülüstan (1813) və Türkmənçay (1828) faciələrindən təqribən 100 il qabaq son qoyulacaqdı. Bu qüdrətli sərkərdənin parlaq qələbələri sayəsində yadellilər Azərbaycan dövlətçiliyini məhv edə bilmədilər. Onun qətlə yetirilməsindən sonra isə dövlətçilik mədəniyyətimizi Azərbaycan xanlıqları yaşatdılar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Noyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri