Dünya kubokunda final: Gimnastlarımız üçün medal şansı
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan təmsilçiləri Bakıda keçirilən Dünya Kubokunun final mərhələsində mübarizə aparacaqlar.
Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışa bu gün yekun vurulacaq.
Son gündə idmançılar medal uğrunda qüvvələrini sınayacaqlar.
Akrobatika gimnastikasında Anahita Başiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu 57.370 xal toplayaraq final mərhələsinə yüksəlib.
Kişi cütlüyündə Seymur Cəfərov və Rəsul Seyidli 54.300 xalla həlledici raunda adlayıblar.
Aerobika gimnastikasında qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov 18.550 xal nəticə ilə finala vəsiqə qazanıblar.
Üçlük proqramında çıxış edən Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva isə 17.088 xalla mükafatlar uğrunda mübarizə aparmaq hüququ əldə ediblər.
Final çıxışlarından sonra Bakıda keçirilən Dünya Kubokunun qalibləri və mükafatçıları bəlli olacaq.
Millimizdən gümüş medal Rusiya bayrağı və himninə icazə verildi: GİMNASTİKADA Gimnastlarımızdan beynəlxalq turnirdə 17 medal - FOTO 10-cu bölgələrarası kubok keçiriləcək İdman gimnastikası üzrə AGF Trophy beynəlxalq turnirinə start verilib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 07 İyun 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















