Icma.az
close
up
RU
DÜNYA Məktəbi əsrin dörddəbirini təntənə ilə qeyd etdi

DÜNYA Məktəbi əsrin dörddəbirini təntənə ilə qeyd etdi

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fəaliyyətə başladığı 1998-ci ildən 22 000 şagirdin təhsil aldığı, 1600-a yaxın məzunu olan və hazırda 2000-dən artıq şagirdin yüksək təhsillə təmin edilməsində müstəsna xidmətləri olan DÜNYA Məktəbi əsrin dörddəbirini təntənə ilə qeyd etdi.

25 aprel tarixində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus dram teatrında baş tutan yubiley tədbirində məktəbin yarandığı 1998-ci ildən bu günədək keçdiyi inkişaf yolu, fəaliyyəti, şagirdləri, eyni zamanda, bu gün ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda təhsil alıb, çalışan uğurlu məzunları haqqında geniş söz açıldı.

Xüsusilə vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 avqust 2013-cü il tarixli Sərəncamı ilə XƏZƏR Universitetinin DÜNYA Məktəbi 2012/2013-cü dərs ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Qeyd olundu ki, DÜNYA Məktəbi Azərbaycan-rus, DÜNYA IB məktəbi və DÜNYA ANA Məktəbindən ibarətdir. Məktəbin Sumqayıt və Gəncə şəhərlərində yerləşən filiallarının da uğurlu fəaliyyəti barədə bəhs edildi.

2010-cu ildən isə DÜNYA Məktəbində IB bölməsi fəaliyyətə başlayıb və bu gün öz işini DÜNYA IB Məktəbi adı ilə davam etdirir. Bu il yaranmasının 15 illiyini qeyd edən DÜNYA IB Məktəbinin 6000 nəfər şagirdi və 286 nəfər məzunu olub. Hazırda IB bölməsində 953 nəfər şagird təhsil alır. 2025-ci ildə DÜNYA IB Məktəbinin məzunları Standford, Boston, Oksford, London Universitetlərində təhsil alırlar.

Tədbirdə XƏZƏR Universiteti və DÜNYA Məktəbinin təsisçisi Professor Hamlet İsaxanlı, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Millət vəkillərindən Azay Quliyev, DÜNYA Məktəbinin 2010-cu ildə məzunu, Azərbaycan Təhsil Nazirliyinin rəsmisi, II Qarabağ Müharibəsinin qazisi Niftalı Qasımlı Dünya Məktəbinin cəmiyyətdəki rolundan, təhsil sahəsindəki uğurlarından danışdılar.

Qeyd edək ki, tədbirdə DÜNYA Məktəbində uzun illər fəaliyyət göstərən əməkdaşlar təşəkkürnamələr və hədiyyələrlə təltif olundular. Sonda çıxış edən DÜNYA Məktəbi MMC-nin direktoru Aygün İsayeva bütünlükdə pedaqoji heyətə və həmkarlara ürək sözlərini dedi və bütün əməkdaşları təbrik etdi.

DÜNYA Məktəbi 1998-ci ildə professor Hamlet İsaxanlı və onun ömür-gün yoldaşı Nailəxanım İsayeva tərəfindən XƏZƏR Universiteti nəzdində yaradılıb. İlk olaraq burada Azərbaycan-rus bölmələri fəaliyyətə başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Aprel 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri