Icma.az
close
up
RU
Dünya müharibə və münaqişə şəraitindən xilas edilməsə, bir çox ölkələr böhran və aclıqla üzləşəcək

Dünya müharibə və münaqişə şəraitindən xilas edilməsə, bir çox ölkələr böhran və aclıqla üzləşəcək

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Prezident Ərdoğanın iştirakı ilə 11-13 aprel tarixlərində keçirilən Antalya Diplomatiya Forumu 155 ölkədən 21 dövlət və hökumət başçısı, 64 nazir olmaqla 6 mindən çox insanı qəbul edib. Prezident Ərdoğan forum çərçivəsində dövlət və hökumət başçıları ilə sıx diplomatik trafik həyata keçirərək, İsrailin Qəzzaya hücumlarına son qoyulması, Suriyadakı inkişaflar, terrorla mübarizə, Ukraynada qalıcı sülhün bərqərar olması kimi mövzularda Türkiyənin mesajlarını və gözləntilərini bölüşüb. Ərdoğan Azərbaycan, Monteneqro, Kosovo, Suriya, Sierra Leone, Somali və Sudan prezidentləri, Bolqarıstan, Bosniya və Herseqovina, Gürcüstan, Fələstin, Qətər, Liviya və Macarıstanın baş nazirləri və İraq Kürd Regional Rəhbərliyinin sədri ilə görüşüb.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Antalya Diplomatiya Forumu 11-13 aprel 2025-ci il tarixlərində Antalyada keçirilmişdir.

Kərəm Qarabulud

“Bu il dördüncü dəfə keçirilən forum “Bölünmüş dünyada diplomatiyanı mənimsəmək” mövzusu altında keçirilmişdir. Bu mənalı başlıqdır. Çünki regionda və dünyada çoxlu etnik, mədəni, dini və coğrafi bölgülər mövcuddur və buna uyğun olaraq münaqişələr, müharibələr baş verir. Mustafa Kamal Atatürk deyir ki, “Lazımsız müharibə qətldir”. Bu mənada dünyada çoxlu haqsız və lazımsız qətllər törədilir. Bu vəziyyət yeni diplomatik kanalların və həll yollarının işlənib hazırlanmasını zəruri edir. Bölgənin və dünyanın mühüm gücü olan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anlayışına uyğun olaraq 155 ölkənin yüksək səviyyəli nümayəndələri ilə bu məsələni gündəmə gətirməsi və gələcəkdə sülhün təmin edilməsi və müharibənin qarşısının alınması üçün yollar axtarması mühüm addımdır”-deyən Kərəm Qarabulud qeyd edib ki, bu, hər şeydən əvvəl Türkiyənin regional və qlobal gücə çevrilməsinə töhfədir, diplomatiyanın gücünü artırır.

Professorun fikrincə, Türkiyəyə verilən üstünlüklər bütün məsələlərdə birgə hərəkət edən Azərbaycana da verilir: “ABŞ-İran problemləri, Rusiya-Ukrayna müharibəsi, Suriyadakı daxili qarışıqlıqlar, Yaxın Şərqdəki müharibələr, Zəngəzur dəhlizinin açılması və bir çox başqa problemli məsələlər üzrə müvafiq diplomatik həll yollarının axtarılması təkcə Türkiyə və Azərbaycan üçün deyil, həm də dünya üçün çox vacibdir”.

Kərəm Qarabulud hesab edir ki, gələcəkdə bu cür birləşmələr bütün inkişaf etmiş ölkələr tərəfindən əhatə olunmalı, dünya müharibə və münaqişə şəraitindən xilas edilməlidir: “Əks halda, uzunmüddətli iqtisadi böhran yaranacaq. Dünyanın ərzaq təminatının təhlükəsizliyi təhlükə altında olması, bir çox ölkələrin aclıqla üzləşməsi deməkdir. Sülhün hökm sürdüyü bir dünyada yaşamaq bəşəriyyət üçün bir zərurətdir”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Aprel 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri