Icma.az
close
up
RU
Dünya neft bazarı geosiyasi təsirlər altındadır

Dünya neft bazarı geosiyasi təsirlər altındadır

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suriyanın “Syrian Petroleum” dövlət neft şirkəti Raqqa və Deyr əz-Zor regionlarında neft hasilatına başlayıb. Bu barədə məlumat verən şirkətin kommunikasiyalar üzrə direktoru Satvan Şeyx Əhməd onu da bildirib ki, sutkada 100 min barel həcmində hasil olunan neft Homs və Bəniyas neft ayırma zavodlarına göndərilir. Onun sözlərinə görə yaxın günlərdə daha çox neft hasil edilərək dünya bazarına çıxarılacaq.

AZƏRTAC xəbər verir ki, bununla yanaşı Davos Dünya İqtisadi Forumundan qayıdan ABŞ Prezidenti Donald Tramp mətbuat nümayəndələrinə verdiyi açıqlamasında bildirib ki, Venesueladan qaçaqmalçılıq yolu ilə çıxarılan və ABŞ-ın Hərbi Dəniz Qüvvələri tərəfindən həbs olunaraq müsadirə edilən 9 milyon ton xam neft Texasdakı neftayırma zavoduna göndərilib. Prezident bildirib ki, ABŞ şirkətləri Venesuelanın neft sənayesinə sərmayə yatıraraq 50 milyard barel neft hasil edəcəklər. Bu hadisələrlə əlaqədar olaraq dünya bazarında neftin qiyməti 0,9 dollar ucuzlaşıb. Lakin ABŞ Hərbi Dəniz Qüvvələrinin, o cümlədən “Avraam Linkoln” hərbi təyyarələr daşıyan gəmisinin körfəzə daxil olaraq İranı təhdid etməsi hərbi əməliyyatların başvermə ehtimalını artırıb. Eyni zamanda, Qazaxıstanda elektrik enerjisinin kəsintisi ilə əlaqədar olaraq “Tengiz” və “Koralev” yataqlarından neft hasilatının müvəqqəti dayandırılması qiymətlərin yenidən yüksəlməsinə səbəb olub. Beləliklə, “Brent” markalı neftin 1 barelinin qiyməti nə qədər ucuzlaşmışdısa, bir o qədər də artdı (0,9) və 65 dolları keçdi.

“Reuters” agentliyinin məlumatına görə, Qazaxıstanda baş verən insidentlə əlaqədar olaraq Xəzər Boru Kəməri Konsorsiumu ilə beynəlxalq bazarlara neftin nəqli 10 gün müddətinə dayandırılıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, 2025-ci ildə Çin iqtisadiyyatı 5 faiz, dünya neft hasilatı isə 1,5 faiz artmalı idi. Lakin gözləntilər geosiyasi proseslərlə əlaqədar olaraq özünü doğrultmadı. Belə ki, Çin iqtisadiyyatı 4,1, neft hasilatı isə 2,1 faiz artdı ki, bu da dünya bazarında neftin qiymətinin enmə tendensiyasını saxladı. Hazırda dünya neft bazarı geosiyasi təzyiqlər altındadır. BVF-in proqnozuna görə, cari ildə dolların ucuzlaşması (dəyər itirməsi) mart sifarişlərində neftin bir barelinin qiymətini 68-70 dollara kimi bahalaşdıra bilər.

Bu gün bazara təsir edən başlıca faktor İran ətrafında cərəyan edən proseslərdir. Əgər ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa və buna cavab olaraq İran da Yaxın Şərq ölkələrindəki ABŞ-ın hərbi bazalarına raket zərbələri endirsə və Körfəzi bağlasa neftin qiymətində kəskin artım müşahidə edilə bilər. Hasilat və istehsal artıq olsa da hərbi əməliyyatlar neftin nəqlində böyük problem yaradacaq ki, bu da treyderlərə qiyməti yüksəltmək imkanı verəcək. Körfəz regionu dünya neft bazarının ən mühüm ixrac mərkəzidir. Səudiyyə Ərəbistanı, İraq, İran, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi neft ölkələrini əhatə edən bu regiondan sutkalıq neft ixracı dəyişkən olmaqla, ümumilikdə 15-20 milyon barel səviyyəsində qiymətləndirilir. Bu həcm dünya üzrə dəniz yolu ilə daşınan neftin böyük hissəsini təşkil edir və Hörmüz boğazının bağlanması bazarda tələb və təklif balansını pozar.

Bir məsələyə də diqqət yetirmək lazımdır. Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında müharibənin dayandırılması istiqamətində danışıqlar aparılır. Danışıqların birinci mərhələsinin pozitiv başa çatması haqqında məlumatlar verilib. Bu həftə danışıqların növbəti mərhələsi başlayacaq və bunun nəticəsindən asılı olaraq dünya bazarında neftin qiymətində dəyişiklik ola bilər.

Yanvarın 24-də Avropa İttifaqı (Aİ) Rusiyadan neft və qaz idxalına birdəfəlik son qoymaq üçün yeni qərar qəbul edib. Qərara əsasən, Aİ ölkələri Rusiya nefti ilə istehsal olunan məhsulların da idxalına qadağa tətbiq olunub ki, bu da neftin ucuzlaşmasını gecikdirən faktorlardan biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Yanvar 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri