Icma.az
close
up
RU
SOCAR Trading : Qlobal neft bazarı Hörmüz boğazındakı böhranın təsiri altındadır

SOCAR Trading : Qlobal neft bazarı Hörmüz boğazındakı böhranın təsiri altındadır

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Qlobal neft bazarı Hörmüz boğazındakı böhranın təsiri altındadır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - "SOCAR Trading" şirkətinin kommersiya məsələləri üzrə direktoru Tağı Tağızadə Bakıda keçirilən "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu"nda bildirib.

Onun sözlərinə görə, dünya son altı ildə "super dövr" adlandırıla biləcək mürəkkəb bir mərhələdən keçir: "Səudiyyə Ərəbistanında baş verən hadisələr, ardınca koronavirus (COVID-19) pandemiyası və Rusiya-Ukrayna münaqişəsi qlobal iqtisadiyyata ciddi təsir göstərib. Hazırda isə dünya neft tədarükü üçün ən kritik nöqtə sayılan Hörmüz boğazındakı müharibə şəraiti ilə üz-üzədir. Boğazı bağlanması illərdir dərsliklərdə və araşdırmalarda ən ekstremal ssenari kimi müzakirə olunurdu. İndi biz bu ssenarinin reallığa çevrildiyi ikinci ayı geridə qoyuruq".

T.Tağızadə əlavə edib ki, Körfəz regionundan gündəlik 13-15 milyon barel civarında neft tədarükü çatışmazlığı müşahidə olunur: "Lakin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr alternativ boru kəmərləri və quru yolları vasitəsilə vəziyyətdən çıxış yolları tapıblar".

Bundan başqa, onun sözlərinə görə, dünya hələ də iqtisadi inkişaf və texnoloji yeniliklərin təmin olunması üçün enerji və emal olunmuş məhsullardan asılı olaraq qalır: "Yaşıl gələcəyə" keçid istiqamətində irəliləyişə baxmayaraq, dünya hələ də ənənəvi enerji mənbələrindən ciddi şəkildə asılıdır. Məhz bu səbəbdən hazırkı vəziyyət bütün bazarlarda və ümumilikdə qlobal iqtisadiyyatda ciddi təsir və dalğalanma yaradır. Gərginliyin tezliklə aradan qalxmasını istəyirik. Bəzi hallarda treyderlərin, ayrı-ayrı iqtisadiyyatların bu proseslərdən faydalandığı qeyd olunsa da, əsas məqsəd mövcud gərginliyin aradan qaldırılmasıdır. Əslində, həm bu zalda olan, həm də kənarda fəaliyyət göstərən bütün həmkarlarımız Yaxın Şərqdə mövcud vəziyyətin tezliklə həllini və sabitliyin bərpasını arzulayır".

"SOCAR Trading" rəsmisi vurğulayıb ki, gərginliyin qısa müddətdə aradan qalxması həm treyderlərin fəaliyyətinə, həm də milli və iri neft şirkətlərinin daha stabil işləməsinə şərait yaradacaq: "Bu, həmçinin qloballaşmış, lakin eyni zamanda pozulmaların müşahidə olunduğu müasir dünyada şirkətlərin fəaliyyətini daha da asanlaşdıracaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 Aprel 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri