Icma.az
close
up
RU
Dünya nizamı artıq mövcud deyil

Dünya nizamı artıq mövcud deyil

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

İlham Əliyev: Hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır.

Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var

Bu günlərdə Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə - XII Qlobal Bakı Forumuna uğurla ev sahibliyi edib. Builki Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əhatə edib: “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”.

Dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadimin, o cümlədən təxminən 50 fəaliyyətdə olan və sabiq prezidentin, Baş nazirin, həmçinin BMT strukturlarının rəhbərlərinin, Nobel mükafatı laureatlarının, çoxsaylı alimlər və ekspertlərin qatıldığları forum üçün bəhs olunan mövzunun seçilməsi heç də təsadüfi deyil. Qlobal səviyyədə müşahidə edilən proseslər dünyanın gələcəyi üçün ciddi narahatlıqlar yaradır. Prezident İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində hazırkı qlobal geosiyasi və geoiqtisadi reallıqlar fonunda yaranan aktual çağırışlara diqqət çəkib.

Dünya üçün Azərbaycanın müstəsna təcrübəsi

Hazırda dünyanın mənzərəsi kifayət qədər ziddiyyətli və kədərlidir. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var.

Həqiqətən də, bu gün dünyada ümumi prinsiplərə əsaslanan qaydalar mövcud deyil. Bir sıra hallarda beynəlxalq hüquq arxa plana keçir, ikili standartlar və selektiv yanaşmalar önə çəkilir. Güc mərkəzləri tərəfindən ayrı-ayrı ölkələrə təzyiq göstərmək cəhdləri artıb. Azərbaycan belə yanaşmaları uzun illər ərzində öz üzərində hiss edən, bunu yaşayan dövlətdir. Ölkəmiz otuz il ərzində Ermənistanın işğalından əziyyət çəkib. Ötən əsrin doxsanıncı illərinin əvvəlindən başlayan bu işğal nəticəsində ərazilərimizin 20 faizini itirmişdik, bir milyondan çox azərbaycanlı doğma yurd yerlərini tərk etmək məcburiyyətində qalmışdı. Bu, əsl humanitar fəlakət idi. İnsanlar vaqonlarda və yarımçıq tikililərdə yaşayırdılar. Ancaq beynəlxalq birlik tərəfindən Azərbaycana dəstək göstərilmirdi, təcəvüzkar dövlət BMT-nin qətnamələrini yerinə yetirmədiyinə görə cəzalandırılmırdı.

Dünyada oxşar məsələlərin həllinə fərqli yanaşmalar ortaya qoyulması ciddi narahatlıq doğurur. Biz bir sıra hallarda beynəlxalq təsisatların, güc mərkəzlərinin aqressorları ciddi şəkildə qınadıqlarının və onlara qarşı vaxt itirmədən cəza mexanizmlərini, geniş əhatə dairəsinə malik sanksiyaları işə saldıqlarının şahidi olmuşuq. Bəs torpaqlarımızın işğal altında qaldığı otuz il ərzində təcəvüzkar dövlətə - Ermənistana qarşı niyə cilovlayıcı tədbirlər görülmədi? Təcavüzkar dövlətin BMT-nin məlum qətnamələrini iqnor edərək yernə yetirməməsi və buna görə cəzalandırılmaması beynəlxalq hüquq və prinsiplərin hansı vəziyyətdə olmasından xəbər verir.

Beynəlxalq hüququn işləmədiyi bir şəraitdə Azərbaycanın dövlət başçısı ən doğru yolu, ən düzgün seçimi müəyyənləşdirdi - ölkənin milli gücünü ərazi bütövlüyümüzün təmin olunması naminə səfərbər etdi. Beləliklə, respublikamız 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində təcəvüzkarı kapitulyasiyaya məruz qoymaqla tarixi ədaləti və beynəlxalq hüququ öz gücünə təmin etdi. “Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycanın keçdiyi yol dünyada  ikili standartlardan əziyyət çəkən milli dövlətlər üçün gözəl bir nümunədir. Bildirildiyi kimi, bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir. Ölkələr bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər yaxşı olar. Çünki həmişə başqalarının yardımına ümid bəsləmək asılıqlıq yaradır, milli dövlətləri inkişafdan saxlayır. Yardımlar əbədi ola bilməz. Məğlub Ermənistanın təcrübəsi göstərir ki, yardımlar kəsiləndə və yaxud azalanda buna möhtac olan dövlətlər çıxılmaz duruma düşürlər. Azərbaycanın fərqli seçim etdiyinə diqqqət çəkən Prezident

İlham Əliyev “Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu, çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir”, - deyə bildirib.

İkitərəfli münasibətlərə önəm verilməlidir

Dünyanın hazırkı qeyri-müəyyən reallıqları şəraitində digər vacib bir məqamın da önəmi bütün cəhətləri ilə üzə çıxıb. Bu da ondan ibarətdir ki, dövlətlər arasındakı problemlərin həllində danışıqların birbaşa, ikitərəfli formatda aparılmasına üstünlük verilməlidir.  Bunun vacibliyini vurğulayan dövlətimizin başçısı deyib: “İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq”.

Postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesində əldə olunan nəticələr danışıqların ikitərəfli formatda aparılmasının üstünlüklərini əyani şəkildə ortaya qoyur. Keçmiş Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar  44 günlük müharibəyədək əsasən Minsk qrupu formatında aparılırdı. Dünyanın üç güclü dövləti - Fransa, ABŞ və Rusiya Minsk qrupunda həmsədrlər idilər. Bu çoxtərəfli formatda otuz illik danışıqların nəticəsi isə elə nəticəsizlik oldu.

Çoxtərəfli platformalar hər hansı bir problemin həllini sözün əsl mənasında düyünə salır. Bunun səbəbi odur ki, belə platformalarda təmsil olunan güclərin hər biri sırf öz maraqlarını diqtə etməyə və müəyyən siyasi, iqtisadi dividentlər qazanmağa çalışırlar. Bunu biz postmüharibə mərhələsində Fransanın Brüssel formatında nümayiş etdirdiyi qərəzli yanaşmaların timsalında növbəti dəfə izlədik. Özünü aparıcı qüvvə qismində təqdim etməyə çalışan Yelisey Sarayı, şəxsən Makron əsassız iddialar səsləndirməklə Brüssel formatını bütünlüklə iflasa uğratdı.

Bundan sonra Prezident İlham Əliyevin təşəbbüsü əsasında danışıqlar ikitərəfli formatda aparılır. Artıq sülhyaratma prosesində yeni mərhələyə keçid edildiyi fikrini ifadə edə bilərik. Belə ki, bugünlərdə  sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesi yekunlaşıb. Xəbər verildiyi kimi, sülh sazişi layihəsi bütövlükdə 17 bənddən ibarətdir.  Aparılan ikitərəfli dialoqun nəticəsi olaraq 15 bənd üzrə razılaşma əldə olunsa da, son iki bənd rəsmi İrəvanın manipulyativ mövqe sərgiləməsi səbəbindən uzun müddət idi ki, açıq qalırdı. Nəhayət, bu yaxınlarda Ermənistan tərəfi həmin açıq maddələr üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul edib, əlaqə kanalları vasitəsilə öz mövqeyini ölkəmizə çatdırıb.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Mart 2025 07:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxlayır

22 İyun 2026 07:41see503

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? VİDEO

21 İyun 2026 22:57see315

Emrah kirayədən aylıq 10 milyon qazanır

22 İyun 2026 14:11see283

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see256

Sinəsini böyütdü, ölümdən son anda döndü

22 İyun 2026 01:47see250

Kriminal aləmdə Rafo Rustavski kimi tanınan şəxs vəfat etdi FOTO

22 İyun 2026 13:29see240

Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi

22 İyun 2026 13:28see237

Yamal ərəb azarkeşlərə belə cavab verdi Foto

22 İyun 2026 02:50see225

QHT lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

22 İyun 2026 19:17see220

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?

22 İyun 2026 09:56see220

Gürcüstan Azərbaycandan neftin və neft yağlarının idxalını 3 dəfə artırıb

22 İyun 2026 18:01see207

Haaland üçün xüsusi plan yoxdur Seneqal Norveçi gözləyir

22 İyun 2026 01:33see207

MÜTDA ya tətbiq edilən cərimə ləğv olunub

22 İyun 2026 16:52see202

Messidən antirekord ən çox penalti qaçıran futbolçu

22 İyun 2026 22:15see199

Almaniyanın müdafiə naziri Hörmüz böhranına görə Trampı ittiham ETDİ

22 İyun 2026 00:02see188

Mbappe dünya çempionatları tarixində Ronaldoya çatdı

23 İyun 2026 02:41see184

Qaraciyər nəqli əməliyyatı keçirən aktyorun son halı FOTO

22 İyun 2026 22:45see162

İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

23 İyun 2026 04:56see162

Messidən 1 gündə 2 rekord

23 İyun 2026 00:28see161

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

23 İyun 2026 03:08see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri