Icma.az
close
up
RU
İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Kərə yağının daxili bazarda baha olmasının bir neçə səbəbi var. Əvvəla, ixrac əməliyyatları zamanı şirkətlər heç bir vergi və rüsum ödəmirlər. Amma məhsul daxili bazarda satıldıqda əlavə dəyər vergisi, gəlir vergisi, logistika və digər xərclər yaranır. Yəni burada biznes məntiqi əsas rol oynayır. Məsələn, əgər bir sahibkar məhsulu daxili bazarda satmaq əvəzinə ixrac edirsə, bu, onun üçün daha sərfəlidir. Çünki ixrac zamanı müəyyən güzəştlər tətbiq olunur və satış valyuta ilə həyata keçirilir. Buna görə də bəzi şirkətlər ixraca üstünlük verirlər.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli kərə yağının ixrac qiymətinin daxili bazara nisbətən aşağı olması səbəblərindən danışarkən deyib.

Ekspert əlavə edib ki, bu fərqin digər tərəfi isə yağ istehsalının Azərbaycanda həyata keçirilməməsi ilə bağlıdır:

“Biz kərə yağı istehsal etmirik. Məsələn, şirkət hər hansı ölkədən yağ alır, onu Azərbaycanda qablaşdırır və satışa çıxarır. Ola bilər ki, yağ aldığımız şirkətlərin tələblərindən biri budur ki, qablaşdırdıqdan sonra məhsulun müəyyən hissəsi yenidən həmin ölkəyə geri satılsın. Bu, tamamilə biznes yanaşmasıdır. Burada hansısa gizli niyyət və ya fərqli məqsəd axtarmağa ehtiyac yoxdur. Sadəcə, daxili bazarda satıla biləcək məhsulun ixracı şirkət üçün daha gəlirli və iqtisadi cəhətdən əsaslandırılmış addımdır”.

Qeyd edək ki, 2024-cü ilin yanvar–avqust aylarında Azərbaycan xarici ölkələrə ümumilikdə 3 719 ton kərə yağı ixrac edib. Məhsulun ixracından 25,9 milyon ABŞ dolları gəlir əldə olunub. Ən çox kərə yağı Rusiyaya satılıb (3 377 ton), hər kiloqram üçün orta qiymət isə 11,88 manat təşkil edib. Ən aşağı ixrac qiyməti Türkmənistana (9,91 manat), ən yüksək qiymət isə İraqa (17,71 manat) olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 Noyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see284

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see239

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see221

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see218

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see217

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see215

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see214

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see212

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see210

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see209

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see207

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see206

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see206

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see203

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see202

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see198

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see198

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see193

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see182

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri