Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Dünya ölkələri yeni tariflərə qarşı...

Dünya ölkələri yeni tariflərə qarşı...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Trampın gömrük siyasəti nə vəd edir?

Trampın gömrük siyasəti beynəlxalq ictimaiyyətdə ciddi əks-səda doğurub. Bu yaxınlarda Ağ Ev rəhbərinin ABŞ-a idxal olunan mal və məhsullara yeni gömrük rüsumları tətbiq etməsi bir çox ölkələr, xüsusilə də Avropa və Asiya ölkələri tərəfindən birmənalı qarşılanmayıb. Trampın addımı Avropa və Asiya ölkələrinin ciddi narazılığına səbəb olub. Belə ki, Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset “ABC News” telekanalına müsahibəsində bildirib ki, ABŞ 50-dən çox ölkədən Vaşinqtonun tətbiq etdiyi idxal rüsumlarının azaldılması və ya ləğv edilməsi ilə bağlı danışıqlara başlamaq üçün müraciət alıb. Eyni zamanda, Tramp keçən həftənin sonu Floridadan Vaşinqtona qayıdan zaman prezident təyyarəsinin göyərtəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, o, Avropa və Asiya liderləri ilə Birləşmiş Ştatların rüsumları ilə bağlı müzakirələr aparıb. Xüsusi bir məqamı da qeyd etmək lazımdır ki, artıq Avropa İttifaqı ölkələri Trampın gömrük siyasətinə qarşı  vahid cəbhədə birləşmək niyyətindədirlər - onlar ABŞ-ın 28 milyard dollar dəyərində olan mal və məhsullarına adevkat cavab tədbirləri görməyi planlaşdırırlar.

ABŞ-ın ticarət naziri Hovard Latnik hesab edir ki, Tramp administrasiyası aprelin 2-də elan edilmiş gömrük rüsumları ilə bağlı danışıqlara getməyə bilər. Latnik  “CBS News” telekanalına açıqlamasında qeyd edib ki, rüsumlar heç bir halda təxirə salına bilməz. Onun sözlərinə görə, rüsumlar mütləq bir neçə gün və həftə ərzində qüvvədə qalacaq. Hətta əlavə edib ki, yaxın zamanda əlavə rüsumların tətbiq olunacağı gözlənilir. Bir çox ekspertlərin fikrincə, Trampın öz gömrük siyasətində hər hansı güzəştə gedəcəyi ehtimal olunmur.

Daha çox ABŞ zərər görə bilər

Məsələ ilə bağlı iqtisadi-siyasi ekspert Eldəniz Əmirov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Trampın tarif siyasəti qlobal iqtisadiyyatda ciddi təlatümlərə yol açacaq. “Bu, çox ağır problemlər yaradacaq. Problemlərdən ən çox zərərli çıxacaq ölkə məhz ABŞ-ın özü olacaq. Hər bir ölkəyə dəymiş mənfi iqtisadi təsir kiçik miqdarda da olsa, Birləşmiş Ştatlara da təsir edəcək. Sözsüz ki, belə ölkələrin sayı çox olacaq. İstər Kanada və Meksika, istər Avropa ölkələri, istərsə də Çinin, habelə digər ölkələrin məhsullarına yüksək həcmdə rüsum tətbiq etmək ABŞ-ın özündə iqtisadi-sosial vəziyyəti ağırlaşdıracaq. Həmin ölkələr də qarşılıqlı cavab tədbirləri görəcəklər. Nəticədə ölkədə sahibkarlığın inkişafına böyük zərbə dəyəcək və inflyasiyanın səviyyəsi artacaq. Bu isə özü-özlüyündə insanların Tramp hakimiyyətinə narazılığının artmasına gətirib çıxaracaq. ABŞ öz tarif siyasətinə yenidən baxmaq məcburiyyətində olacaq. Bu, birmənalı şəkildə baş verəcək”.

Müraciətlərin heç bir əhəmiyyəti yoxdur

E.Əmirovun sözlərinə görə, rüsumların azadılması ilə bağlı Trampa nə qədər çox ölkə müraciət etsə də, bu problem asanlıqla həll olunmayacaq: “Çünki ABŞ öz iqtisadi maraqlarını digər ölkələrin iqtisadi maraqlarından üstün tutur. Sadəcə olaraq, məsələ burasındadır ki, həm Trampın özü, həm də komandasında olan şəxslər yalnız biznes sahəsində peşəkardırlar, amma dövlət idarəçiliyində ciddi və dərin təcrübəyə malik deyillər. Dövlət idarəçiliyi isə biznes idarəçiliyindən çox fərqlənir. Burada makro-iqtisadi yanaşmalar, o cümlədən ölkələrarası geostrateji, geosiyasi və geoiqtisadi yanaşmalar çox önəmlidir. Buna görə də hesab edirəm ki, Trampın addımları ABŞ-ın tarixində yanlış siyasət kimi qələmə veriləcək. Qarşıdakı illərdə bunun fəsadlarına şahid olacağıq”.

Tramp müəyyən güzəştlərə gedə bilər

ABŞ ilə Avropa İttifaqı və Asiya ölkələri arasında gözlənilən danışıqlarda qarşılıqlı güzəştlərin olub-olmayacağı məsələsinə gəlincə, E.Əmirov vurğulayıb ki, Tramp buna gedə bilər: “Şübhəsiz ki, Tramp gömrük rüsumları tətbiq edərkən öz siyasətində müəyyən güzəştləri də düşünüb. Əgər qarşılıqlı danışıqlar baş tutacaqsa, bu danışıqlarda ABŞ-ın qarşı tərəfə tətbiq etdiyi 20 faizlik rüsum 10 faizə endirilə bilər”.

Tramp Çinə qarşı mübarizəni daha da gücləndirəcək

E.Əmirov bildirib ki, Trampın Rusiya-Ukrayna müharibəsini tez bir zamanda sona çatdırmaqda başlıca məqsədi Çin faktorudur. Ekspert hesab edir ki, Tramp Çinin Rusiya üzərində olan təsirini azaltmaq və Rusiyanı öz tərəfinə çəkmək niyyətindədir: “Rusiya 73 trilyon dollarlıq təbii sərvətlərə malik olan ölkədir. Tramp istəmir ki, Çin Rusiyanın sərvətlərindən öz iqtisadi maraqları üçün istifadə etsin. Bildiyimiz kimi, Çin ABŞ-ın ən böyük rəqibidir. Qeyd edim ki, gec-tez Çin qlobal rəqabətdə ABŞ-ı üstələyəcək. Çin öz xüsusi texnoloji imkanları ilə buna nail olacaq,” - deyə bildirən E.Əmirov, həmçinin əlavə edib ki, Çinin digər ölkələrdən fərqlənən cəhəti onun xüsusi çevikliyə malik olmasıdır: “ABŞ-da, eləcə də digər ölkələrdə formalaşan ideyalar müəyyən müddət ərzində layihəyə çevrilir, ondan sonra icra olunur, daha sonra isə məhsul ortaya çıxarılır. Amma Çində isə bu gün ortaya atılan ideya cəmi bir neçə həftə sonra tətbiq olunur. Bütün ölkələr sürətdə Çinə uduzur. Bu, Çinin qlobal təsir imkanlarını artırır. Trampı narahat edən əsas faktor məhz budur”. 

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Aprel 2025 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri