Icma.az
close
up
RU
Dünya ölkələri yeni qlobal böhranın astanasında

Dünya ölkələri yeni qlobal böhranın astanasında

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Nüfuzlu iqtisadi institutların ehtimalları maliyyə böhranının yaxınlaşmasından xəbər verir

İsveçrədə nəşr olunan almandilli “Neue Zürcher Zeitung” qəzetində “2028-ci ildə böhran və münaqişələr güclənəcək. Ağır olacaq. Bu panikadır?” - sərlövhəli analitik materialda yeni qlobal böhranın anonsları verilib. Müəlliflər Markus Bernat və Markus Ştedeli tanınmış ekspertlərin fikirlərinə istinadən qeyd edirlər ki, ağır sınaqlar qarşısında olan dünya dövlətləri fəlakətli səmtə doğru gedir, 2028-ci ildə Rusiya ilə Qərb arasında müharibənin başlanması ehtimalları artır ki, bu da ümumdünya maliyyə böhranına səbəb ola bilər.

Qərb demokratiyasının süqutu böhran üçün siqnaldır

Adıçəkilən media orqanı bildirir ki, gözlənilən ehtimallar reallığa çevrilir, Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) Polşa hava məkanını pozmasından sonra baş nazir Donald Tuskun “Biz İkinci Dünya müharibəsindən sonra yeni müharibəyə daha da yaxınlaşdıq” fikri, Fransa hökumətinin xarici borcları ödəmək üçün “qənaət rejiminə” keçməsi və bunun nəticəsi olaraq ölkəni bürüyən kütləvi etirazlar, ABŞ-da nüfuzlu siyasi fəal Çarli Kirkin insanların gözü qarşısında öldürülməsi, qlobal iqlim dəyişmələri ilə bağlı ayrı-seçkiliyin dərinləşməsi və digər neqativ amillər Qərb demokratiyasının süqutuna işarə edir. Qərbin liberal iqtisadiyyat modeli artıq yüklənmiş vəziyyətdədir və böhranın qarşısını almaqda çətinlik çəkir.

Münxen Universitetinin professoru, hərbi ekspert Karlo Maslanın fikirləri də maraq doğurur. Professor vurğulayır ki, 2028-ci ildə Rusiya Prezidenti Vladimir Putin Baltikyanı ölkələrə qarşı müharibəyə başlayacağı gözlənilir. Kreml ilk olaraq Estoniyanın sərhədyanı Narva şəhərini tutacaq və əhalisinin əksəriyyəti ruslardan ibarət olan bu şəhər təcavüz üçün bəhanəyə çevriləcək. NATO dövlətləri isə Baltikyanı ölkələrə görə nüvə silahına malik olan Rusiya ilə münaqişəyə girməyəcək. Aİ-nin qeyri-həmrəyliyini öyrənmək üçün Rusiyanın Polşaya dron hücumu da əbəs yerə deyildi. Rəsmi Moskva Avropanın nəbzini bu presedentlə yoxladı və Avropada birliyin olmamasını tam yəqinləşdirdi.

Qlobal xarici borc idarəolunmaz həddə çatıb

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas da Rusiya təhlükəsinin real olduğunu bəyan edib. Sitat: “Rusiyanın strateji məqsədi heç də Parisi və Berlini işğal etməkdən ibarət deyil. Məqsəd Şərqi Avropanı nəzarətdə saxlamaqdan ibarətdir”.

Böyük Britaniyanın baş qərargah rəisi, general Roland Uoker isə vurğulayıb ki, 3 ildən sonra Rusiya, Çin, Şimali Koreya və İran öz qüvvələrini birləşdirərək Qərbə qarşı müharibəyə başlaya bilər. Yeni münaqişədə isə  Amerika Avropaya heç bir yardım göstərməyəcək. Amerika və Çin silahlı toqquşmadan yayınacaq, çünki iki super güc arasında müharibə qalibsiz sona çataçaq. Bu  baxımdan Vaşinqton və Pekin reallığı çox yaxşı anlayır.

ABŞ-ın “Bridgewater Associates” fondunun təsisçisi, iqtisadçı Rey Dalio “Financial Times” qəzetinə verdiyi müsahibəsində bildirib ki, ABŞ iqtisadiyyatı borca görə təhlükə qarşısındadır. “Borc faizlərini ödəmək üçün ABŞ ildə 1 trilyon dollar vəsait ödəməlidir ki, bu da yaxşı nəticə verməyəcək”. Harvard Universitetinin iqtisadiyyat üzrə professoru Kent Roqoff da reallığı oxşar təsvir edərək ABŞ-ın timsalında qlobal böhranın qapının bir addımlığında olmasına diqqət çəkib.

Sözsüz ki, yeni dünya iqtisadi böhranı Amerikadan istiqamət götürməklə onsuz da qlobal şoklara həssas olan Avropa və Asiya qitələrini sarsıdacaq. 2007-2008-ci illərdə ABŞ-da baş vermiş maliyyə böhranının Avropada dərin yaralar açması unudulmayıb. Əsas səbəblərdən biri Amerikanın ipoteka kredit bazarındakı sabitsizlik və maliyyə sistemində risklərin düzgün idarə edilməməsi ilə bağlı olan həmin  maliyyə böhranı qlobal maliyyə sistemində böyük zərərlərə və iqtisadi çöküşə səbəb oldu. “Bear Stearns” və “Lehman Brothers” kimi nəhəng maliyyə bloklarını sarsıdan böhran digər ölkələri təsirləndirməklə ABŞ və Avropada işsizliyi ən yüksək səviyyəyə çatdırdı. İstehlak və investisiyaların azalması, iqtisadi inkişafın sürətlə zəifləməsi, qlobal ticarətdə kəsirlərin böyüməsi durğunluğu bir neçə il davam etdirdi. Maliyyə bazarlarında itən inamı bərpa etmək 4-5 il çəkdi.

COVID-19-dan daha kəskin şoklar

Ona görə də, dünya ölkələri ehtimal edilən yeni böhranın bir neçə il ağır sıxıntılar yaradacağından ehtiyat edir. Fərziyələrə görə, yeni ümumdünya böhranı COVID-19 pandemiyasından sonra yenidən özünə gəlmiş qitə dövlətlərinin iqtisadiyyatındakı kövrək immuniteti sıradan çıxarmaqla dözülməz şoklara səbəb ola bilər. Xüsusən də pandemiya dövründə peyvənd, tibbi ləvazimat və avadanlıqlar almaq üçün nəzərdə tutulmayan miqdarda vəsait xərcləyən həmin region coğrafiyasını üzvlərinin ağır borclanma təhdidləri ilə üzləşməsi də istisna deyil. 2020-2022-ci illərdə beynəlxalq maliyyə institutlarından külli miqdarda borc almaqla xarici borc yükünün ağrılarını daşıyan bu ölkələrin köhnə borc və faiz mirasının üzərinə əlavə borclanma təzyiqinin gəlməsi iqtisadi tarazlığın uzunmüddətli bərpasını çətinləşdirməklə onillərə gedib çıxaçaq sosial problemləri də dərinləşdirəcək.

Bir sözlə, qlobal gərginliklər və geosiyasi katakalizmlər, qlobal maliyyə arxitekturasının çat verməsi, dünyanın iri iqtisadiyyatlarının və maliyyə bazarlarının mənfi fraqmentasiyaları fonunda böhranın ayaq səsləri eşidilir. Maliyyə ekspertlərinin təlaşla təkrarladıqları kimi Qərbin iqtisadi vizyonu çətin fazaya keçir. Yaxın 3 illlik period yaxşı perspektivlər vəd etmir, Böyük Britaniya, Almaniya, Fransa kimi dövlətlərdə keçiriləcək yeni seçkilərdə populist siyasətçilər qalib gəlsə, böhran qaçılmaz olacaq və ehtimallardan daha pis nəticələrlə xarakterizə ediləcək.

Geosiyasi ambisiyalara son verilsə, böhrandan yayınmaq olar

Ötən illərin təcrübəsi də təsdiqləyir ki, Qərbdə ali kürsəyə yiyələnən populist siyasi elitaların seçicilərə verdiyi çoxsaylı vədlərin ardından bacarıqsız idarəetmə və iqtisadi proqramlardakı yarımçıqlıq çıxış yolu kimi xərclərin qısaldılması, ağır borclanma və digər risklərə səbəb olub. Həmin hökumət komandaları real büdcə artımları təmin edə bilmədiyindən süni sosial xərc paketləri həyata keçirir, sosial təminatı, pensiya və əməkhaqlarını yüksəltmək məcburiyyətində qalırlar, nəticədə isə real fiskal bazis və gəlirgətirən iqtisadi drayverlər laxladığından son addım xarici borclanmalara getmək olur. Bu isə büdcə xərclərinin gəlirləri kəskin üstələməklə aradakı defisitin maliyyə institutları və digər dövlətlərdən cəlb olunan borclarla ötmək məcburiyyətini reallaşdırır. Bu tendensiya Qərbdə iqtisadi idaretmənin siyasi hakimiyyətə iddialı olan populist elitanın baxış və proqram hədəflərinin gerçək təzahürləridir.

Beləliklə, almandilli nəşrdə vurğulanan məqamlar, eləcə də tanınmış ekspertlərin proqnozları ona işarə edir ki, böyük dövlətlər geosiyasi ambisiyalarından əl çəkmədiyi halda risk və qlobal şoklar tezləşməklə qarşısıalınmaz planetar təhlükələrə səbəb olacaq. Əgər münaqişələr dayandırıldığı və yenilərinin başlamasının qarşısı alındığı halda, eyni zamanda bu amillərlə yanaşı, beynəlxalq maliyyə sistemlərində yumşaldıcı siyasət tədbirlər və sərmayə yatırımları intensivləşdiyi təqdirdə gözlənilən böhran ehtimal olaraq qala bilər. Əks halda, ehtimal qəti gerçəklik kimi bütün dünya dövlətlərinə ağır itkilər yaşadacaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Sentyabr 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri