Dünya opera ulduzları bu tamaşaya görə Bakıya gəlir
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
24, 25 və 27 oktyabrda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dünya opera sənətinin şah əsərlərindən biri olan Cakomo Puççininin “Turandot” operasını Heydər Əliyev Sarayında tamaşaçılara təqdim edəcək.
“Qafqazinfo” xəbər verir ki, 3 günlük premyera Azərbaycan opera sənətinin həyatında əlamətdar hadisələrdən biri olmaqla yanaşı, beynəlxalq səviyyəli sənət əməkdaşlığının parlaq nümunəsi olacaq.
Beynəlxalq opera səhnələrində tanınan ifaçılar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri ilə eyni səhnədə çıxış edəcəklər.
Belə ki, premyeranın ilk günü – 24 oktyabrda – dirijor pultu İtaliyanın tanınmış dirijoru Beatriçe Veneziyə həvalə olunacaq. Turandot partiyasını İtaliya opera səhnəsinin tanınmış sopranosu Karmen Cannattasio, Kalaf partiyasını isə Azərbaycanın Xalq artisti Yusif Eyvazov ifa edəcək.
25 oktyabrda isə tamaşa Əməkdar artist Fəridə Məmmədovanın ifasında Turandot obrazı ilə təqdim olunacaq. Kalaf partiyasını Çilidən olan tenor Dieqo Qodoy ifa edəcək. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev olacaq. Bu nümayiş eyni zamanda Fəridə Məmmədovanın 50 və səhnə fəaliyyətinin 30 illik yubileyinə həsr olunacaq.
Nəhayət, 27 oktyabrda üçgünlük premyera silsiləsinin son tamaşasında Turandot obrazını Əməkdar artist İlahə Əfəndiyeva, Kalaf obrazını isə Əməkdar artist Fərid Əliyev ifa edəcəklər. Tamaşanın dirijoru Mustafa Mehmandarov olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 09 Oktyabr 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















