Icma.az
close
up
RU
Dünya Sammitində Azərbaycanın sosial sahədəki uğurlu təcrübələrindən və innovativ yeniliklərindən bəhs olunub

Dünya Sammitində Azərbaycanın sosial sahədəki uğurlu təcrübələrindən və innovativ yeniliklərindən bəhs olunub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Qətərin paytaxtı Doha şəhərində BMT-nin Sosial İnkişaf üzrə İkinci Dünya Sammiti keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sammitin plenar iclasında çıxış edən Samir Şərifov 30 il əvvəl Danimarkanın Kopenhagen şəhərində keçirilmiş Sosial İnkişaf üzrə Birinci Dünya Sammitində qəbul edilmiş Bəyannamədəki öhdəliklərin icrası sahəsində Azərbaycanda əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

Baş nazirin müavini ölkəmizdə dövlət sosial xidmətləri sahəsində tətbiq olunan innovativ yenilikləri, DOST konsepsiyasının üstünlüklərini, ölkəmizin bu sahədə uğurlu təcrübəsini həmin ölkələrlə də bölüşdüyünü bildirib.

Sammit çərçivəsində “Fiskal sahənin genişləndirilməsi, aclığa və yoxsulluğa qarşı mübarizə üçün maliyyə vəsaitlərinin cəlb edilməsi” mövzusunda keçirilən müzakirələrdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev ölkəmizdə sosial inkişaf, həmçinin həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan addımları diqqətə çatdırıb.

Nazir müavini son illər Azərbaycanda icra olunan beş sosial islahat paketi nəticəsində sosial ödənişlərdəki artımları, ölkəmizdə layiqli əməyin, məşğulluğun təminatı sahəsində aparılan işləri, rəqəmsal sosial uğurları, DOST modelinin beynəlxalq səviyyədə də yüksək qiymət aldığını vurğulayıb.

O, sammit çərçivəsində “Sosial inkişafın üç pilləsinin gücləndirilməsi: yoxsulluğun aradan qaldırılması, tam və məhsuldar məşğulluq, hər kəs üçün layiqli əmək və sosial inkluzivlik” mövzusunda keçirilən dəyirmi masada ölkəmizdə işçilərin əmək və sosial hüquqlarının qorunması, gender ayrı-seçkiliyinin aradan qaldırılması, həssas qrupların məşğulluq imkanlarının artırılması üçün görülən işlər barədə məlumat verib.

Sammitdə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin “Ailə dəstəkli sosial inkişaf: davamlı gələcək üçün strateji yanaşma” mövzusunda təşkil etdiyi tədbirdə çıxış edən nazir müavini ölkəmizdə sosial xidmətlər sisteminin inkişafı və əhatə dairəsinin genişləndirilməsi sahəsində son illər atılan addımları qeyd edib.

Sosial İnkişaf üzrə İkinci Dünya Sammiti çərçivəsində Qırğız Respublikasının əmək, sosial müdafiə və miqrasiya naziri Kanat Saqinbayev ilə görüş olub. Görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see175

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see140

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see137

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see136

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri