Demokratlar 2026 cı ildə Konqresdə qalib gələrsə, Trampa impiçment elan edə bilərlər
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Respublikaçılar Partiyasının üzvü, Nümayəndələr Palatasının spikeri Mayk Conson Turning Point USA tədbirində çıxışı zamanı bəyan edib.
“Artıq deyildiyi kimi, 2026-cı il aralıq seçkilərində hər şey risk altındadır və görüləsi çox işimiz var. Lakin Nümayəndələr Palatasında çoxluğu itirsək, eşitdiyiniz kimi, radikal solçular prezident Trampa impiçment elan edəcəklər. Onlar tam xaos yaradacaqlar. Biz buna yol verə bilmərik və bilirəm ki, siz də buna imkan verməyəcəksiniz”, – deyə Conson bildirib. Onun çıxışı "YouTube" platformasında canlı yayımlanıb.
Conson qeyd edib ki, Demokrat Partiyası respublikaçıların dəyərlərini, o cümlədən sentyabr ayında həlak olmuş amerikalı mühafizəkar fəal Çarli Kirk tərəfindən təbliğ edilən prinsipləri “məhv etməyi” hədəfləyir. Bundan əlavə, spiker Kapitolidə Kirkə həsr olunmuş heykəlin ucaldılması ilə bağlı qanun layihəsini irəli sürəcəyinə söz verib. Conson Amerika xalqını fəalın “prinsiplərini” yaymağa çağıraraq, bunun “ən böyük milləti xilas edəcəyini” bildirib.
Dekabr ayında ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Texas ştatından olan demokrat El Qrin Trampa qarşı impiçmentlə bağlı qətnaməni qanunverici orqanın müzakirəsinə təqdim edib.
2019-cu ildə həmin dövrdə Nümayəndələr Palatasına nəzarət edən demokratlar Trampın vəzifədən kənarlaşdırılması proseduruna başlamışdılar. İş 2020-ci ildə Senata təqdim edildikdə isə, orada çoxluq respublikaçıların əlində olduğundan prezident bəraət almışdı. 2021-ci ildə demokratlar Trampa qarşı impiçment elan etmək üçün daha bir uğursuz cəhd göstərmişdilər.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 22 Dekabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















