Icma.az
close
up
RU
Dünya şeytana papış tikən insanlarla dolub daşır... Etimad Başkeçid

Dünya şeytana papış tikən insanlarla dolub daşır... Etimad Başkeçid

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Etimad Başkeçidin yeni yazısını təqdim edir.

Belə təəsürat yaranır ki, son vaxtlar bəxtəvər Azərbaycan insanını yalnız iki məsələ maraqlandırır:
1. Niyə ədəbiyyatımız dünyaya çıxmır?
2. Dilimizi necə qoruyaq?
Aşagıdakı yazımızda birinci sualın cavabı verilir. İkinci sualın cavabını ikinci yazımıza saxlayaq.
Beləliklə...


***
Şeytanın bir nəfər də olsun muzdlu köməkçisi yoxdur, əks tərəfdə isə onların sayı milyonlarladır.
Mark Tven

Rəşad Məcid haqqında kitabın və elektron məlumat bazasının təqdimatı olub Türk kinosunun ən komik obrazları Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?


Yazıçı dostlarımızdan birinin, basabası və hər il baş verən insan tələfatını önləmək üçün, şeytana daş atma mərasimində quşatandan istifadə edilməsi təklifini oxuyub, xeyli güldüm. Doğrudan da, bu ayini bir qədər nizamlı yerinə yetirmək olmazmı? Yoxsa adama elə gəlir ki, insanlar şeytanı daşlayarkən, şeytan da onlara daş atır...
Dindar, mömin qardaşların nəzərinə: sizin dini hisslərinizə, müqəddəs torpaqlarda rəhmətə gedənlərin (bunun hansı şəraitdə baş verməsindən asılı olmayaraq) birbaşa cənnətə düşməsi ilə bağlı inancınıza sayğım böyükdür. Mən burada yalnız ədəbiyyat, sənət və mədəniyyətdəki şeytan, daha doğrusu, şeytanın "yoldan çıxardığı" bir obraz - Faust haqqında danışacağam.
Onsuz da, şeytan reallıqda varmı, yoxmu dartışmalarına sivil dünyada çoxdan son qoyulub. Burada fəlsəfənin "qızıl orta" prinsipindən çıxış edib, şeytan həm var, həm də yoxdur deyə bilmərik. Gəlinən ortaq məxrəc odur ki, inananlar üçün var, ateistlər (Qərbdə ateizmi din kimi qəbul edən güclü bir fikir cərəyanı da mövcuddur) üçünsə yoxdur. Və insanlar bir-birinin dini hisslərinə hörmət etməlidir, vəssalam. Əks yanaşma bəşəriyyəti orta əsrlərə qaytarar, qan su yerinə axar.
Yazılı ədəbiyyatın meydana çıxdığı vaxtlardan bu yana elə bir sənətkar tapa bilməzsiniz ki, onun əsərlərində bu və ya digər şəkildə şeytanın adı keçməsin.
Orta əsrlərdə xristianların tanrısı indiki kimi tolerant deyildi, onun yer üzündəki milyonlarla köməkçisi isə şeytanla, onun başdan çıxardığı "imansızlar"la amansız mübarizə aparırdı. İnkvizisiyanın tüğyan etdiyi vaxtlarda adamı şeytanla işbirliyində günahlandıraraq tonqala atmaq üçün üç nəfərin sözü bir yerə qoyması kifayət idi. Stalin "üçlük"lərinin proobrazı haqqında düşünərkən bunu unutmamaq lazımdır.
Nə qədər qulağımızı cırmaqlasa da, deməliyik ki, Avropanın indi bizim həsəd apardığımız səviyyələrə gəlib çatmasında "şeytanla müqavilə bağlayan" adamların hədsiz rolu olmuşdur. Bu sənətkarların başında isə, 1000-ci illərdə Papa seçilən II Silvestrin özü gəlir. İndi bizə qəribə görünə bilər, amma ərəblərin say sisemini öyrəndiynə və tətbiq etdiyinə, ümumiyyətlə, elmə həvəsli olduğuna görə Silvestrin şeytana uyduğunu iddia edirdilər. Gidi dünya, bu xristianların müsəlmanlardan elm öyrəndiyi vaxtlar idi. II Silvestrin obrazına M.Bulqakovun "Ustad və Marqarita" romanında da rast gəlmək olar.
Şeytanın "başdan çıxardıgı" ən mühüm fiqurlardan biri də Faustdur. "Faust" deyəndə Qetenin məşhur faciəsi ağıla gəlir. Amma mən Qetenin personajının prototipi olmuş gerçək Faustdan danışıram. O Faustdan ki, Şpenqler, ardınca da onun çoxsaylı ardıcılları bütün müasir Qərbi Avropa mədəniyyətini onun adına bağlayırlar.
Şpenqler özünün məşhur "Avropanın süqutu" əsərində Qədim dünya - Orta əsrlər - Yeni dünya tarxi dövrləşdirilməsinə qarşı çıxır. O, dünya tarixində səkkiz yetkin mədəniyyətin olduğunu bəyan edir. Bunlar Misir, hind, Babil, çin, ərəb-Bizans, yunan-Roma, maya və Faust (Qərbi Avropa) mədəniyyətləridir.
16-cı əsrin ortalarında Almaniyada yaşamış doktor İohann Faust qədər adı ədəbiyyatda, musiqidə, təsviri sənətdə, elmi araşdırmalarda əbədiləşmiş ikinci bir sənətkar tapmaq çətindir. "Həşərat müəllim" (H.Mann), "Doktor Faust" (T.Mann), "Faust" (H.Heyne) "Cek Faust" (M.Suenvik), "Faust"(İ.Turgenev) və s. - bunlar Faust haqqında yazılmış saysız-hesabsız əsərlərdən yalnız bir qismidir. Bethovendən tutmuş, Şumana, Listə, Berlioza qədər onlarla, yüzlərlə musiqi korifeyləri Faust haqqında ölməz əsərlər yaratmışlar. Hələ mən Faustun kinoda, təsviri sənətdə və s. yaradılmış obrazlarından danışmıram...
İsa peyğəmbərin möcüzələrini təkrarlaya biləcəyini iddia etdiyinə, özünü astroloq, alim kimi qələmə verdiyinə, ənənəni, yasaqları və tabuları saya salmadığına, öz iradəsini hər şeydən uca tutduğuna görə hər yerdə şeytanın əlaltısı kimi qəbul edilən, hər yerdən qovulan, heç yerdə qərar tuta bilməyən Faust sonralar, beləcə, Avropa mədəniyyət tipinin simvoluna çevrildi.
Xalq arasında dolaşan rəvayətlərin, demək olar, hamısında Faust cəhənnəmə göndərilir. Bu, ənənənin və kütləvi şüurun yanaşmasıdır. Qetenin təqdimatında isə sonda mələklər başıbəlalı Faustun ruhunu şeytanın əlindən alıb, cənnətə aparırlar...
İndiki dünyamızda şeytan müqavilə bağlamaq üçün adam tapmaqda çətinlik çəkir yəqin ki. Çünki dünya şeytana papış tikən insanlarla dolub-daşır. Belə görünür ki, Qərbdə şeytan öz missiyasını artıq başa vurub. Şərqlilər isə, onu şiddətlə daşlamaqda davam edirlər. Bu zaman hətta şəhid düşənlər də olur.
Fərq yanaşmalardadır. Qərb şeytanı bütün insan naqisliklərinin mücəssəməsi, bir mədəni diskurs kimi qəbul edir və buna uyğun münasibət sərgiləyir. Yəni naqislikliklərdən təmizlən - bu, elə şeytanın hiylələrindən qurtulmaq deməkdir...

Rəşad Məcid haqqında kitabın və elektron məlumat bazasının təqdimatı olub Türk kinosunun ən komik obrazları Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Dekabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri