Icma.az
close
up
RU
Səfərbərlik idarəsində bir gün Etimad Başkeçid yazır

Səfərbərlik idarəsində bir gün Etimad Başkeçid yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Etimad BAŞKEÇİD

Hərbçilərlə şəxsən mən paralel dünyalarda yaşayırıq, nə onların məndən, nə də mənim onlardan işimiz keçir. Sonuncu dəfə sovet dövründə, əsgərliyə getdiyim vaxtlarda Vladimir şəhərində gördüyüm komissarlıqdır.

Komissarlığın nümayəndəsi yadımda təxminən belə qalıb: bürokratik maşının, ruhsuz mexanizmin tipik nümayəndəsi və canlı təcəssümü; sifəti elə bil daşdan yonulub - əbədi bir etinasızlıq, yorğunluq qrimasası həkk olunub üzündə. Danışmadan belə adamı sıxıntıya salır. Səs monoton, sözlər quru və mexaniki, sanki təlimatdan oxuyur. Onun üçün nə hisslərin, nə də həyat hekayətlərinin əhəmiyyəti var. Sənin kim olduğun, nə düşündüyün onun üçün maraqlı deyil. Onun işi başa düşmək deyil, sadəcə idarə etmək və itaət tələb etməkdir...

Üstündən illər keçsə də, dünya dəyişsə də, bu təəssürat hələ də mənimləydi...

Bu yaxınlarda hərbi komissarlığa yolum düşmüşdü.

Bakı şəhəri Nizami rayon komissarlığının (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsi) qarşısında iynə atsan, yerə düşməzdi - çağırışçıların əsgərliyə gedən günüydü.

Əsl Vavilon qeylü-qalı, ağız deyəni qulaq eşitmir. Belə vaxtlarda bütün komissarlıqların qarşısında müşahidə olunan mənzərə. Kimi əlindəki iri yemək çantasını xəlvətcə avtobusun pəncərəsindən içəri ötürmək istəyir, kimi telefonda bağıra-bağıra kiməsə yolu başa salır, kimi də elə-belə, özü üçün səs eləyir...

Bank işçisi olan dostum zarafatyana qayıtdı ki, ən sərt kollektorlar hərbi komissarlıqda işləyir, onların bütün borcluları gec-tez vətənə borcunu qaytarırlar...

Hansısa çağırışçının soyadını səsləndirirlər, avtobusu gecikdirməsin deyə. Cavab gəlmir, başı qohum-qərəvəylə vidalaşmağa qarışıb. Təkrar çağırırlar adamı.

Nəhayət, komissarlığın cavan işçilərindən biri avtobusun pilləsinə qalxır: "Əziz valideynlər, gəlin bir yenilik eləyək, - deyir, - bir az sakit olaq, hərbçilərə öz işini görməyə mane olmayaq".

Doğrudan da, sanki sehrli çubuğun köməyi ilə, hamı sakitləşir, "itkin" çağırışçı da tapılır...

Kənarda dayanıb baxırdım. Fikirləşdim ki, vaxta hələ var, qoy adamlar seyrəlsin, sonra rahatca içəri keçib, işimi həll eləyərəm.

Amma sən saydığını say - adamlar seyrəlməyinə seyrəlir, di gəl, burada mənim kimi öz işini "əlüstü" həll eməyə çalışan xeyli adam var. Biri "komissarın özü"ylə danışıb işlərini yoluna qoymaq istəyir, digəri Allahın da, bəndənin də heyfini çıxmağa adam axtarır...

Hay-küylü valideynləri "yenilik eləməyə" sövq edən həmin cavan oğlan ön plana çıxır.

Sonradan öyrəndim ki, adı Fuaddır, gülərüz, səmimi gizir Abbasov - idarənin çağırış şöbəsinin əməkdaşıdır. Hər kəslə dil tapmağı bacaran, alışılmış soyuq və sərt məmur obrazından uzaq. Geyimi səliqəli, duruşu ciddi olsa da, üzündə daim təmkinli və mehriban bir ifadə. Baxışları insana inam aşılayır, diqqətlə, anlayışla baxır, sanki qarşısındakının sözlərini deyil, daxili narahatlığını dinləyir. Səsi sakit və təsəllivericidir. Danışığında nə quru rəsmi ton, nə də yuxarıdan-aşağı münasibət hiss olunur. Onun üçün sən bir rəqəm və ya sənəd yox, bir insansan. Gələnlərin suallarını səbirlə cavablandırır, onlara əlindən gələn köməkliyi göstərməyə hazır olduğu hiss olunur. Səlahiyyətində olmayan məsələnin həlli üçün ziyarətçini götürüb qonşu otağa - idarənin çağırış şöbəsinin rəisi Ramiq Sultanovun otağına keçir.

Rəisin otağının bütün divarları yerdən tavanacan, masasının üstü qovluqlarla "süslənib". Görürsən başını qaşımağa vaxtı yoxdur, amma yenə də telefonda danışa-danışa səni də başa salmağa macal tapır ki: "Apostilsiz sənəd qəbul etməyə icazəmiz yoxdur", nə bilim, "sənədi gecikdirmisiniz, vəziyyətdən çıxmaq üçün filan şeyi filan cür eləyin"...

Mən də hardasa "rəis" sayılıram, amma özümü nə bu qədər səbirli və nə də enerjili hiss edə bilirəm.

Açığı, bilmirəm, bu işi bu insanlara həvalə edərkən, onlara müəyyən treninqlər keçiblər, yoxsa sadəcə xarakterlərinin özəlliyini nəzərə alıblar? İstənilən halda, məhz gizir Fuad Abbasovla onun şöbə rəisi Ramiq Sultanovun sayəsində Nizami rayon komissarlığındakı ümumi ab-hava, iş prinsipi, davranış qaydaları ilə bağlı aldığım təəssüratın məmnunluğunu sizinlə bölüşmək istədim.

Müstəqil Azərbaycanın Şanlı Ordusuna yaraşan, bütün səfərbərlik idarələrində görmək istədiyimiz bir səhnə!

Öz işinə vicdanla yanaşan, insanlarla hörmətlə və anlayışla davranan işçilər hər yerdə var - o cümlədən, komissarlıq kimi ciddi və rəsmi qurumlarda da. Belə əməkdaşlar qurumun imicini qoruyur və vətəndaşların inamını artırır. Onların zəhməti diqqətdən kənarda qalmamalıdır. Çünki ədalətli yanaşma təkcə cəza verməklə deyil, yaxşıları tanımaqla da ölçülür...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Sentyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri