Icma.az
close
up
RU
“Dünya təcrübəsi ölkəmizdə ardıcıl tətbiq edilməsə…” TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA FOTO

“Dünya təcrübəsi ölkəmizdə ardıcıl tətbiq edilməsə…” TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA FOTO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Son illər Azərbaycanda təhsil sahəsində bir sıra islahatlar həyata keçirilib və bu sahənin daha da inkişaf etdirilməsi üçün müxtəlif addımlar atılır. Müasir texnologiyalar və qlobal təhsil trendləri isə yeni yanaşmalar tələb edir. Bu dəyişikliklərin davamlı olması və dünya təcrübəsinə uyğunlaşdırılması həm gələcək nəsillərin bilik və bacarıqlarını, həm də ölkənin rəqabət qabiliyyətini artırmaq baxımından böyük əhəmiyyət daşıyır.

Bəs Azərbaycanın təhsil sistemində islahatların gələcəyi nə olacaq? Yeni təhsil metodları və dünya təcrübəsi ölkəmizdə necə tətbiq oluna bilər?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanda təhsil sisteminin gələcəyi, son illərdə aparılan islahatlara və qlobal tendensiyalara əsaslansaq, hələ də aydın və uzunmüddətli strategiyaya ehtiyac olduğunu göstərir:


“Mövcud vəziyyət onu göstərir ki, ənənəvi metodlarla davam etmək mümkün deyil: rəqəmsallaşma, innovativ təlim yanaşmaları və fərdi inkişafı prioritet edən müasir model tələb olunur. Son illərdə yeni fənn kurikulumlarının tətbiqi, müəllimlərin sertifikasiyası, məktəblərdə rəqəmsal platformaların genişlənməsi və inklüziv təhsilə keçid cəhdləri bu istiqamətdə atılan addımlar kimi dəyərləndirilə bilər. Lakin nəticələr əsasən inzibati göstərişlərlə məhdudlaşır və dərin sistemli dəyişikliklərə çevrilmir.
“Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”, həmçinin, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi ölkədə təhsilin beynəlxalq rəqabətə davamlı və əmək bazarının tələblərinə cavab verən bir sistemə çevrilməsini əsas hədəf kimi göstərir. Amma statistik göstəricilər onu göstərir ki, şagirdlərin funksional savadlılıq səviyyəsi və beynəlxalq qiymətləndirmə nəticələri (PISA, TIMSS) hələ də regional liderlikdən uzaqdır. Məsələn, 2022-ci ildə PISA nəticələrinə görə, Azərbaycan şagirdlərinin oxu, riyaziyyat və təbii elmlər üzrə göstəriciləri OECD ölkələrinin ortalamasından xeyli aşağı qalıb. Bu isə təhsildə yeni metodların tətbiqinin vacibliyini ön plana çıxarır”.

Ekspert əlavə edib ki, dünya təcrübəsində uğurlu olan metodların ölkəmizdə tətbiqi üçün bir neçə əsas istiqamət mövcuddur:

“Birincisi, Finlandiya, Sinqapur və Estoniya kimi ölkələrdə təhsilin fərdiləşdirilməsi və şagird mərkəzli modellər, yaradıcı və tənqidi düşüncənin inkişafına üstünlük verilir. Bu ölkələrdə sinifdə əzbərlətmə yox, real layihə əsaslı, praktiki təlim, problem həlli və əməkdaşlıq bacarıqları ön plana çəkilir. Azərbaycanda da “STEAM” və layihə əsaslı öyrənmə elementləri bəzi pilot məktəblərdə tətbiq olunsa da, ümumrespublika səviyyəsində yayılması və metodiki dəstək sistemi hələ zəifdir.

İkinci əsas istiqamət rəqəmsal təhsil və onlayn öyrənmə imkanlarının genişləndirilməsidir. Pandemiya dövründə onlayn platformalar və elektron resursların vacibliyi açıq şəkildə göründü. Rəqəmsal savadlılığın artırılması üçün müəllim və şagirdlərə davamlı texniki və metodiki dəstək, tədris proqramlarında interaktiv texnologiyaların istifadəsi, elektron resurs bazasının inkişafı qaçılmazdır. Müasir dünya ölkələrində, xüsusilə Cənubi Koreya və Yaponiyada bu istiqamətdə dövlət investisiyaları və peşəkar təlim proqramları uğurlu nəticələr verib. Azərbaycanda isə infrastrukturun bərabər paylanmaması və regionlararası imkan fərqləri ciddi maneə olaraq qalır.
Üçüncü istiqamət müəllim hazırlığı və onların motivasiyası ilə bağlıdır. Dünya praktikasında müəllim peşəsi cəmiyyətin ən nüfuzlu sahələrindən biri kimi dəyərləndirilir və daimi inkişaf proqramları, beynəlxalq təcrübə mübadilələri geniş tətbiq olunur. Azərbaycanda isə sertifikatlaşdırma prosesləri, əmək haqqı siyasəti və müəllimlərin ictimai nüfuzunun artırılması istiqamətində ciddi problemlər qalmaqdadır. Nəticədə, gənclər bu peşəyə maraq göstərmir və tədris keyfiyyətinə təsir edən kadr defisiti yaranır”.


Kamran Əsədov son olaraq qeyd edib ki, bütün bu nüanslar nəzərə alınarsa, Azərbaycanda təhsil islahatlarının uğurlu olması üçün uzunmüddətli, ardıcıl, elmi əsaslara söykənən və beynəlxalq standartlara uyğun strategiyaların hazırlanması və tətbiqi vacibdir:

“Qanunvericilikdə nəzərdə tutulan müddəalar, yeni texnologiyaların adaptasiyası, müəllimlərin və məktəb rəhbərlərinin peşəkarlığının artırılması, qiymətləndirmə sisteminin təkmilləşdirilməsi və ən əsası, təhsilin məzmununun əmək bazarının real tələblərinə uyğunlaşdırılması əsas prioritetlər olmalıdır.
Əgər bu istiqamətdə dünya təcrübəsinin tətbiqi ardıcıl və sistemli aparılsa, Azərbaycan təhsil sistemi regionda rəqabətə davamlı və gələcəyə hazır bir modelə çevrilə bilər. Əks halda, islahatlar yalnız formal xarakter daşıyacaq və ölkənin innovativ inkişafı üçün əsas maneə olaraq qalacaq. Təhsildə davamlılıq, şəffaflıq, müasir idarəetmə və hər bir şagirdin fərdi inkişafına yönəlik real addımlar gələcəyin əsas açarıdır”.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Aprel 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri