Icma.az
close
up
RU
“Kursun verdiyi sertifikat biliyin sübutu hesab oluna bilməz” TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA FOTO

“Kursun verdiyi sertifikat biliyin sübutu hesab oluna bilməz” TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər müxtəlif sahələr üzrə təlim kurslarına maraq artıb. Qısa müddətli bu kursların sonunda iştirakçılara sertifikatlar təqdim olunur. Lakin bir çox hallarda həmin şəxslərin real bilik və bacarıqlara sahib olmaması ciddi suallar doğurur. Bu isə həm əmək bazarında keyfiyyətli kadr çatışmazlığına, həm də təlim sisteminə inamsızlığa səbəb olur.

“Sertifikat var, amma bilik yoxdur” – Təlim mərkəzləri nə qədər effektivdir?

Mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov Avtosfer.az-a açıqlamasında bildirib ki, sertifikat biliyin sübutu deyil:


“Elə ölkələr var ki, artıq təhsil kommersiyalaşıb. Bu, bir növ ustad halıdır, çünki insanlar bu sahədən həm məvacib alır, həm də həyatlarını, məişətlərini təmin edirlər. Eyni zamanda təhsil beləliklə daha əlçatan olur. Hamı müxtəlif təlim və tədris başlıqlarını müxtəlif təlim mərkəzlərindən, təhsil və xüsusilə əlavə təhsil mərkəzlərindən alır. Burada qeyd etməliyik ki, əlavə təhsil mərkəzləri dövlət tərəfindən lisenziyalaşdırılmış olur və bu qurumlar artıq daha samballı işlər görürlər.

Sertifikat – həmin təlimdə insanın iştirakını sübut edir, amma biliyini sübut etmir. Axı məlumdur ki, yüzlərlə, minlərlə insan bakalavr təhsili alıb, amma onların hamısı savadlı deyil. Hətta bəzi insanlar aldıqları bakalavr təhsilinə baxmayaraq, sahələrində yetərli savada sahib olmurlar”.

Ekspert əlavə olaraq qeyd edib ki, eynilə 3 və 1 aylıq təhsil və ya təlim mərkəzləri də sertifikatda qeyd olunan bilikləri iştirakçılara tam mənası ilə ötürə bilmir:
“Çünki bunun müxtəlif səbəbləri var. Birincisi, təlimin, tədrisin keyfiyyəti aşağı ola bilər.

İkincisi, iştirakçı müdavim həqiqətən də yeni bilikləri öyrənməyə hazır olmaya bilər. Yəni fundamental olaraq yeni bilik öyrənmək üçün onda baza yoxdur. Bu səbəbdən də yeni öyrəndiyi biliyi zehni yaddaşında bir yerə oturda bilmir. Çünki bilik kumulyativdir. Kumulyativ o deməkdir ki, yeni bilik əvvəlki biliklə əlaqələnməlidir. Əgər əlaqələnmirsə, o bilik “havada qalır” və qısa müddət sonra unudulur. Uzun müddətli yaddaşa keçə bilmir, yalnız qısa müddətli yaddaşda qalır, oradan da silinir. Uzun müddətli yaddaşda isə yalnız xatirələr qalır.

Üçüncü səbəb – insanlar təlimə könüllü yox, kiminsə göstərişi ilə qoşulurlar. Yəni tabeçiliklə. Bu səbəbdən təlimə qoşulsalar belə, prosesə ciddi yanaşmırlar. Təlimin haqqını vermirlər, iştirakda passiv olurlar, verilən tapşırıqları ya yerinə yetirmirlər, ya da çox səthi və məsuliyyətsiz şəkildə edirlər. Bütün bunların nəticəsində isə “sertifikat var, amma bilik yoxdur”.

Burada təkcə təlim mərkəzlərini günahlandırmaq olmaz. Eyni zamanda iştirakçının hazırlığına cavabdeh olan digər qurumlar da bu vəziyyətdə məsuliyyət daşıyırlar”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 May 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri