Icma.az
close
up
RU
Dünya Xocalı qurbanlarını yad edir

Dünya Xocalı qurbanlarını yad edir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ
Tarixin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar ABŞ-ın Boston şəhərində LED ekranlı avtomobillərin iştirakı ilə məlumatlandırıcı aksiya keçirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə aksiya Bostonun ən intensiv hərəkətli və strateji əhəmiyyətli küçə və meydanlarında baş tutub.
LED ekranlı avtomobillər Boston Şəhər İdarəsinin və Massaçusetts ştatının Qubernator Evinin qarşısından keçərək Copley meydanında hərəkət edib. Xocalı ilə bağlı tarixi həqiqətləri geniş ictimaiyyətə çatdırmaq üçün avtomobillər şəhərin mərkəzi küçələri – Boylston, Tremont, Vaşinqton və Bikon istiqamətlərində də yürüş ediblər.
Qeyd edək ki, eyni vaxtda ABŞ-ın paytaxtı Vaşinqtonda və Nyu-York şəhərində də bu cür genişmiqyaslı məlumatlandırma aksiyası keçirilib.
Böyük Britaniya
Böyük Britaniya Parlamentinin İcmalar Palatasının deputatı Bob Blekmen Xocalı soyqırımı ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürüb.
Sənəddə 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin, Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə, Xocalıda törətdiyi vəhşiliklər xatırladılıb, 613 dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyi, onların arasında 106 qadın, 63 uşaq və 70 yaşlının olduğu vurğulanıb. Xocalı faciəsi Azərbaycan vətəndaşlarına qarşı törədilmiş ağır bir cinayət kimi qiymətləndirilib.
Qanunvericilik təşəbbüsündə, həmçinin, Ermənistan və Azərbaycan arasında normallaşma və davamlı sülh istiqamətində atılan addımlar alqışlanıb.
Pakistan
Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin nüfuzlu ali təhsil ocaqlarından olan Bahria Universiteti ilə birgə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan seminar və fotosərgi təşkil edib.
Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlər barədə danışan səfir Xəzər Fərhadov Pakistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyi ilə yanaşı, Xocalı soyqırımının dövlət səviyyəsində tanımasını və bu xüsusda Pakistan Milli Assambleyası ilə Senatının müvafiq qətnamələr qəbul etməsini qardaşlıq münasibətlərimizin bariz nümunəsi olduğunu qeyd edib.
Bahria Universitetinin humanitar və sosial elmlər fakültəsinin dekanı, professor Fərrux Şahzad, fakültənin direktoru, professor Adam Saud və Pakistanın ən nüfuzlu beyin mərkəzlərindən olan Muslim İnstitutunun nümayəndəsi Asif Tanver Avan öz çıxışlarında Xocalıda erməni silahlılarının xüsusi amansızlıqla törətdiyi soyqırımın sadəcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı bir cinayət olduğunu ifadə ediblər. 
Sonda məruzəçilər bu mənfur əməllərə görə beynəlxalq ictimaiyyəti Ermənistanı qınamağa çağırıblar.
Tədbirdə Xocalı soyqırımına həsr edilmiş şeirlər oxunub.
İsveçrə 
İsveçrənin Bazel şəhərində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım mərasimi keçirilib.
“Teodors” kilsəsində keçirilən anım tədbiri “Azərbaycanın Dostları” Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşıb.
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Fuad İsgəndərov Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş ən dəhşətli faciələrdən biri olduğunu bildirib. Birinci Qarabağ müharibəsi veteranı olduğunu qeyd edən səfir, 1992-ci il fevralın 26-da Ağdam şəhərində olduğunu və baş vermiş hadisələrə şəxsən şahidlik etdiyini vurğulayıb. 
Anım tədbiri bədii hissəsində Şəfəq Abdullayeva (orqan), Mədinə Şahgəldiyeva (kamança) Azərbaycan folklor və bəstəkar musiqilərini ifa edib, həmçinin Naibə Turalın Xocalı soyqırımı ilə bağlı hazırladığı ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.
Peru
Peru Konqresində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb və faciə ilə bağlı bəyanat qəbul edilib.
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbirdə Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Peruda akkreditə olunmuş diplomatik korpus və jurnalistlər iştirak ediblər.
Konqresin Peru-Azərbaycan parlament-
lərarası dostluq qrupunun üzvü Rosanxela Andreya Barbaran Reyes Xocalıda həlak olmuş günahsız soydaşlarımızla bağlı Azərbaycan xalqına başsağlığı verib və Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında dərin iz qoyduğunu qeyd edib.
Səfirliyin əməkdaşı Gültən Qafqazlı-Novruzova Xocalı soyqırımı və erməni təcavüzünün tarixi haqqında məlumat verərək, bu qırğının və onun acı nəticələrinin unudulmamasının, habelə gələcəkdə oxşar faciələrin baş verməməsi üçün soyqırımı törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.
Peru Konqresi tərəfindən faciənin 34-cü ildönümü ilə bağlı qəbul edilmiş bəyanatın mətni oxunulub. Bəyanatda çox sayda insanın qəddarcasına qətlə yetirilməsi ilə nəticələnmiş bu qanlı faciə haqqında məlumat verilib, 2013-cü ildə Peru Konqresi tərəfindən qəbul edilmiş sənəddə bu soyqırımının pisləndiyi bildirilib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri