Dünyaca məşhur şirkət müflis olur
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyanın nüfuzlu "Bild" qəzetinin yaydığı məlumata görə, ölkənin qabaqcıl avtomobil hissələri istehsalçılarından biri olan "Prinz & Co. Stahlrohre" şirkəti 130 illik zəngin fəaliyyət tarixindən sonra rəsmən iflas proseduruna başlayıb.
“Yeni Sabah” xəbər verir ki, yaranmış maliyyə böhranı şirkətin Almaniya ərazisindəki əsas istehsal və inzibati vahidlərinə birbaşa təsir göstərir. Qərar Vikededə yerləşən və 110 nəfərin çalışdığı baş ofislə yanaşı, Altenada 150, Vestönnendə 30 və Verldə 20 nəfərlik heyətə malik zavodları əhatə edir. Bununla da ümumilikdə 310 əməkdaşın iş yeri ciddi risk altına düşüb.
Bununla belə, "Bild" nəşri vurğulayır ki, hüquqi iflas prosesinin başlamasına baxmayaraq, "Prinz & Co. Stahlrohre" öz fəaliyyətini əvvəlki qaydada və heç bir məhdudiyyət olmadan davam etdirəcək. İstehsalat prosesinin saxlanılması şirkətin böhrandan çıxış yollarını axtarmasına imkan yaradır. Dördpendirli pizza
Qeyd edək ki, sözügedən müəssisə avtomobil sənayesində mühüm komponentlərin istehsalı üzrə ixtisaslaşıb. Şirkət avtomobil oturacaqlarının konstruksiyaları, cihazlar paneli və hava yastığı bərkidiciləri, həmçinin baqaj qapıları üçün hidravlik dayaq hissələrinin əsas təchizatçılarından biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 14 Sentyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















