Aİ Ukraynaya 2027 ci il üçün 45 milyard avro yardım ayırıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Komissiyası 2027-ci il üçün Ukraynaya 45 milyard avro məbləğində maliyyə ayrılmasını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bildirilib ki, Avropa Komissiyası Aİ Şurasının Ukraynaya veriləcək kreditin 2027-ci il üçün nəzərdə tutulan 45 milyard avroluq qalan hissəsinin təsdiqlənməsi təklifini qəbul edib.
Qeyd edək ki, Kiyev 2027-ci il üçün Avropa İttifaqından 70 milyard avro tələb edirdi. Avropa Komissiyasının açıqlamasına görə, ayrılacaq vəsaitin 13,3 milyard avrosu Aİ büdcəsindən maliyyələşməyə, 31,7 milyard avrosu isə silah alışına yönəldiləcək.
Komissiya əlavə maliyyə mənbələrinin axtarışı üzərində də işləyəcəyini bildirsə də, bunun hansı mənbələr hesabına təmin olunacağını açıqlamayıb.
Avropa Komissiyası vəsaiti kredit adlandırsa da, məbləğ faktiki olaraq Ukraynaya əvəzsiz təqdim ediləcək. Kredit üzrə faizlər isə Avropa İttifaqının büdcəsi hesabına ödəniləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 30 Oktyabr 2026 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















