Dünyada dollar və neft bazarını qarışdıracaq vəziyyət yarana bilər Açıqlama
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
ABŞ-də avqust inflyasiyasının gözləniləndən yüksək olması fonunda Federal Ehtiyat Sisteminin sentyabrın 15–16-da keçiriləcək iclasında faiz dərəcəsini 0,25 faiz bəndi artıracağı ilə bağlı gözləntilər kəskin yüksəlib.
FED-in faizləri yenidən artırması qlobal iqtisadiyyata, xüsusilə dollara, neftə və inkişaf etməkdə olan ölkələrin valyutalarına necə təsir göstərə bilər?
Demokrat.az-a açıqlamasında iqtisadçı Razi Abbasbəyli bildirib ki, FED-in faizləri artıracağı təqdirdə neftin qiymətinin ucuzlaşması ehtimalı artır.

Onun sözlərinə görə, neftin barel üzrə qiyməti dollarla ölçülür:
“Dolların bahalaşması ABŞ iqtisadiyyatında istiqrazlara qoyulan investisiyaların artmasına səbəb olur. Digər tərəfdən, digər ölkələrin valyutalarına təzyiq artmağa başlayır.
Xüsusilə də regionda Gürcüstan və Türkiyə kimi dövlətlərdə milli valyutaların dəyər itirməsinin şahidi ola bilərik.
Bu, Azərbaycan üçün keçərli deyil. Çünki Azərbaycanın neft gəlirləri hesabına formalaşan valyuta ehtiyatları və Mərkəzi Bankın sabit məzənnə siyasəti hər hansı ciddi risk və təzyiqlərin yaranmasına imkan vermir.
Bundan başqa, dolların bahalaşması dünya iqtisadiyyatında bir sıra sahələrdə, xüsusilə də ərzaq və yüngül sənayedə qiymətlərin bahalaşmasına səbəb olan meylləri sürətləndirə bilər.
Yəni bütün hallarda dolların dəyərinin artması ABŞ üçün gəlirli və əlverişli görünsə də, digər dövlətlərin valyutalarına təzyiqi, əlbəttə ki, artıracaq”, – deyə Razi Abbasbəyli bildirib.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Xameneidən aranı qarışdıracaq açıqlama
25 Avqust 2025 12:30
Dünyada portağal qıtlığı yarana bilər
26 Aprel 2026 19:43
Ərdoğandan maraqlı açıqlama: “Dünyada iki lider qalıb, mən və…”
09 Dekabr 2024 04:10
Ərdoğandan maraqlı açıqlama: Dünyada iki lider qalıb, mən və...
08 Dekabr 2024 22:59
İrandan dünyanı qarışdıracaq açıqlama: “Əgər istəsək, hazırlayarıq!
17 Oktyabr 2025 23:13
Baxış sayı:160
Bu xəbər 15 Sentyabr 2026 18:05 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları