Icma.az
close
up
RU
Dünyada elektromobillərin alışı artır, Azərbaycanda vəziyyət necədir?

Dünyada elektromobillərin alışı artır, Azərbaycanda vəziyyət necədir?

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 dekabr, AZƏRTAC

Dünyada yüksək gəlirli istehlakçıların artması, texnoloji yeniliklərə tələbatın yüksəlməsi lüks avtomobil bazarının dinamik inkişafını təmin edən əsas amillərdəndir. Ötən il dünyada lüks avtomobil bazarının həcmi 1,29 trilyon dollar dəyərində qiymətləndirilmişdi. Bazarın 2025-ci ildəki 1,43 trilyon dollardan 2032-ci ilə qədər 2,79 trilyon dollara qədər yüksələcəyi proqnozlaşdırılır. Proqnoz dövründə illik orta artım tempi (CAGR) 10 faiz təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, Asiya-Sakit Okean regionu 2024-cü ildə qlobal bazara 62,02 faiz payla liderlik edib.

Lüks avtomobil bazarındakı bu artım tendensiyası istehsalçıları daha innovativ həllərə yönəldir. Xüsusilə premium sinifdə elektromobillərə tələbatın kəskin artması müşahidə olunur. Artıq bir çox aparıcı marka yüksək performanslı, qabaqcıl təhlükəsizlik texnologiyaları ilə təchiz edilmiş elektromobillərə sərmayəni artırır.

Yanvar-oktyabr aylarında Avropa İttifaqında yeni qeydiyyata alınan avtomobillərin 16,4 faizini elektrik mühərrikli avtomobillər təşkil edib. Bu rəqəm ötən ilin eyni dövründəki göstəricidən (13,2 faiz) 3,2 faiz çoxdur.

Aİ-də elektromobil qeydiyyatında müşahidə olunan kəskin artımlardan fərqli olaraq, Azərbaycanda göstəricilər azalma istiqamətindədir. Belə ki, Azərbaycanda cari ilin yanvar-oktyabr ayları ərzində dəyəri 52 milyon 82 min dollar olan 1732 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu da ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 50 faiz və 33,2 faiz azalma deməkdir.

Hüquqşünas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov mövzu ilə əlaqədar AZƏRTAC-a bildirib ki, elektromobillərin sayı əvvəlki illərdə daha sürətlə artmağa başlamışdı, ancaq 2024-2025-ci illərdə artım tempi xeyli aşağı düşüb. Onun sözlərinə görə, bunun səbəblərindən biri də məhz elektromobillərlə bağlı avtomobil həvəskarlarında olan suallar olub.

Şəkil: Ersad Huseynov

“Məlumat üçün bildirim ki, elektromobillərin sayı bugünkü gün o qədər də çox deyil – ölkədə təxminən 3-5 min tam elektrik mühərrikli avtomobil var. Sadə hibridlər isə daha çoxdur və onların da batareyaları var. Belə avtomobillərin avtomobil parkımızda olması müsbət haldır. Çünki dünyanın hər yerində bu avtomobillər ekoloji təmiz avtomobil hesab edilir və atmosferi, küçələri, şəhərləri çirkləndirmir, həmçinin ən son texnologiya ilə təşkil olunduqları üçün, köməkçi funksiyaları çox olması səbəbindən daha təhlükəsizdirlər və daha rahat idarə olunurlar. Ümumilikdə, təhlükəsizlik sistemləri daha yüksəkdir, yəni yol-nəqliyyat hadisəsi baş verdikdə içəridə olan sürücü və sərnişini qorumaq baxımından daha etibarlı avtomobil hesab olunurlar. Hətta onların ildırım vurma ehtimalları da digər avtomobillərlə müqayisədə daha azdır.

Elektromobillərdə sürücü üçün köməkçi funksiyalar daha çoxdur. Əgər sürücü bu funksiyalardan düzgün istifadə etsə və diqqətli olarsa əlavə təhlükəsizlik sığortası almış ola bilər. Çünki bu avtomobillərin bəzilərində hətta kifayət qədər uzaq məsafədən, məsələn 50 metrdən təhlükəli zonada olan piyada barədə sürücüyə xəbərdarlıq edən sistemlər var. Ona görə də, son texnologiyalar və ekoloji təmizlik bu avtomobillərin daha etibarlı və arzulanan olmasını deməyə əsas verir”,- deyə o bildirib.

Ekspert qeyd edib ki, elektromobillərin servisi ilə bağlı məsələlər hələ yeni başlayıb: “Əvvəlcədən onu qeyd edim ki, servis, texniki qulluq sahəsi əslində bir biznesdir və sahibkarlıq işidir. Zərurət yarandıqca heç bir problem olmadan onların servisi də çoxalacaq, həm cari, həm də əsaslı təmiri üzrə ixtisaslaşmalar başlayacaq və yaxud da həmin istiqamətlər üzrə öz bölmələrini yaradacaqlar, yeni ustalalar və əməkdaşlar cəlb ediləcək. Tələbat olarsa, bu tələbatı qarşılayacaq işlər görüləcək. Əslində dünyanın bütün ölkələrində “elektromobilləşmə” prosesi belə olub. Əvvəlcə avtomobillər gəlib, daha sonra bu avtomobillərə qulluqla bağlı ustaların sayı artmağa başlayıb. Bizim ölkəmizdə də belə olacaq, indiki hal üçün qeyri-adi bir məsələ yoxdur. Lazım gələrsə hər hansı bir usta xarici ölkəyə gedərək elektromobillərə texniki qulluğun incəliklərini öyrənib ölkəyə qayıdaraq fəaliyyət göstərə bilər. Bu, tamamilə tələbatdan asılıdır və bu sahədə də ustaların sayı artmaqdadır. Əslində bu prosesin ləng getməsinə səbəb olan problemlərdən biri elektromobillərin şarj avadanlıqlarıdır ki, bu da ölkənin hər yerində yoxdur. Buna görə də, gündəlik olaraq uzaq məsafəyə səfər edən avtomobil həvəskarları yolda qala biləcəklərini düşünürlər. Bu şəbəkəni genişləndirmək lazımdır ki, elektromobillərə maraq daha yüksək olsun”.

Batareyanın alışıb yanma məsələsində aydınlıq gətirən Ə.Hüseynov bildirib ki, burada iki incəlik var.

“Birincisi avtomobil həvəskarları elektromobil əldə etdikdə onun istehsalçısının avtomobil sənayesindəki yerini, nüfuzunu, səriştəsini və dünya ictimaiyyətindəki rəylərini nəzərə almalıdırlar və etibarlı istehsalçıların məhsullarını seçməlidirlər. Çünki avtomobili istehsal edənlər, həm də zəmanət verirlər. Elektromobillər öz-özünə alışıb yana bilməz, bu sistem də təkmilləşdirilib. Dünyada elektromobillərin batareyasının izolyasiyası, müxtəlif təsirlərdən və təhlükələrdən qorunması, sığortalanması sistemi də təkmilləşdirilib.

Məsələn, bizim ölkəmizdə elektromobilin batareyasının yanması ilə bağlı ola bilsin ki, 1-2 fakt var. O da ya yol-nəqliyyat hadisələri ilə və yaxud naşı müdaxilə ilə bağlıdır. Yolda getdiyi zaman yanma faktı baş verməyib. Yol-nəqliyyat hadisələri zamanı problem olma riski var, ancaq dediyim kimi qorunma sistemləri var ki, qəzaya məruz qaldıqda batareyaları qoruyan ayrıca sistemlər var. Həmin sistemlər tətbiq edildikdə etibarlılıq artır”,- deyə o bildirib.

Ekspert diqqətə çatdırıb ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi məlumata əsasən, Azərbaycanda il ərzində orta hesabla günə təxminən 1 avtomobil yanır: “Bunların arasında elektromobil yanğını 1 və yaxud 2 dəfə olub ki, bu da naşı müdaxiləsi və ya yol-nəqliyyat hadisələri səbəbindən baş verib. Sistemin də təkmilləşdirilməsi davam edir. Hətta qəza baş verdikdə bəzi elektromobillərdə batareya avtomobildən kənarlaşır ki, avtomobil mexaniki zərbələrə məruz qalıb deformasiyalara uğramasın. Ancaq batareya yandığı zaman onun söndürülmə məsələsi kifayət qədər ciddi məsələdir. Bununla bağlı FHN-in Dövlət Yanğın Mühafizə Xidməti ilə də müzakirələr aparmışıq. Hər halda bu yanğının söndürülməsi asan məsələ deyil, ancaq kimyəvi maddələr var ki, onların köməyi ilə müdaxilələr etmək olur. Bu məsələ də zamanla təkmilləşəcək”.

-1 / 2

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:348
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri