Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Əməyin ən yaxşı qiymətləndirildiyi sahə: Bəs lazımi qədər kadr yetişdirə bilirikmi?

Əməyin ən yaxşı qiymətləndirildiyi sahə: Bəs lazımi qədər kadr yetişdirə bilirikmi?

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Hazırda istər ölkəmizdə, istərsə də dünyada informasiya texnologiyaları (İT) sahəsi əməyin ən yüksək qiymətləndirildiyi istiqamətdir. Burada daim yaxşı bacarıqları olan peşəkarlara tələbat var. Hətta hansı ölkədə yaşamasından asılı olmayaraq, onlayn şəkildə işləyib daha çox gəlir əldə etmək imkanına sahibdirlər.

Təsadüfi deyil ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq əməkhaqqı 12%-ə yaxın artıb, 1 671,4 manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, dövlət sektorunda bu göstərici 1 473,5 manat, özəl sektorda isə 1 813 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 11,8%, o cümlədən dövlət sektorunda 15,2%, özəl sektorunda isə 9,4% artıb. Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı oktyabrın 1-nə 34,1 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 4,3% çoxdur. Əslində bu sahədə təklif olunan əmək haqları rəsmi statistikada göstəriləndən də çoxdur.

Maraqlıdır, tələbatın bu qədər çox olduğu və əməyin qiymətləndirildiyi sahə üçün lazımi qədər kadr yetişdirə bilirikmi?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Mütəxəssislərin sayı nəzərəçarpacaq dərəcədə artıb

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, son illər ölkədə tətbiq olunan proqramlar nəticəsində İT mütəxəssislərinin sayı nəzərəçarpacaq dərəcədə artıb: "Bu proqramlar çərçivəsində bu peşəyə ilk addım atanlar yeni biliklərə yiyələnib öz fəaliyyətlərinə başlayırlar. Lakin bu, yalnız ilk addımdır. Məlum istiqamətdə fəaliyyətlər yeni mərhələyə keçməlidir. Bu sahə üç səviyyəyə bölünür: ilkin bacarıqları olanlar, orta səviyyəli mütəxəssislər və peşəkarlar. İlkin mərhələdən digər səviyyələrə keçiddə axsamalar var. Xaricə gedən axın da əsasən, orta səviyyəlilər və peşəkarlardır. Onlar Azərbaycan bazarından daha yüksək gəlir və maliyyə təklif edən işlərə yönəlirlər. Ölkə daxilində olan peşəkarların da əksəriyyəti fiziki şəxs kimi fəaliyyət göstərərək xarici şirkətlər üçün işləyirlər".

Bazara lazım olan mütəxəssis yetişdirə bilmirlər

Mütəxəssis deyir ki, bu gün bazarda peşəkar mütəxəssislərin sayını artırmaq üçün təhsil sistemində dəyişiklik vacibdir: "Şirkətlərə daha çox peşəkar mütəxəssis lazımdır. Bunun üçün hər hansı dövlət proqramı olmalı, kiçik mütəxəssislərin peşəkarlaşması üzərində çalışılmalıdır. Ən əsas məsələ isə Azərbaycanın ali təhsil sistemində tədris proqramları dəyişdirilməlidir. Amma yeni proqramlar yazılsa belə, tədris edənlərin əksəriyyəti o təcrübədən heç vaxt istifadə etməyənlərdir. Onlar bazara lazım olan mütəxəssis yetişdirə bilmirlər".

Məzunlarımız təhsilini bitirir, amma...

F.Kazımovun sözlərinə görə, Azərbaycanda hazırda mühəndis bacarıqları olan İT mütəxəssis yetişdirmək məsələsində ciddi problemlər var. Yəni, proqram, kod yazmağı öyrətmək problem deyil, onları kursda 7-8 aya öyrətmək mümkündür. Amma mühəndis bacarıqları olan mütəxəssisi yalnız ali təhsil səviyyəsində yetişdirmək olur: "Bunun üçün proqramlar təkmilləşdirilməli, bazar daxilində bu dərsləri verə biləcək peşəkar mütəxəssislər stiumullaşdırılmalıdır. Ali təhsil müəssisələrimiz ildə yüzlərlə orta səviyyəli mühəndislər buraxsa, kadr problemimiz olmaz. Amma bizim məzunlarımız təhsilini bitirir, yenə də bu sahəni kurslara öyrənməyə gedirlər. Ali təhsilli mütəxəssisin kursa ehtiyacı olmamalıdır".

Köhnə biliklərdən azad olmalıyıq

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyir ki, İKT sahəsində daha çox kadr yetişdirmək və mütəxəssislərin xaricə axınının qarşısını almaq üçün ölkəmizdə öncə münbit mühit yaranmalı, qanunvercilik təkmilləşdirilməli və ümumi təhsilin keyfiyyəti artırılmalıdır: "Daha çox kadr yetişdirmək üçün təhsil və təlim proqramları yeni çağırışlara cavab verməlidir. Köhnə və yük olan biliklərdən azad olmalıyıq. Universitetlərdə İKT üzrə ixtisaslar artırılmalı və müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalar yaradılmalıdır".

Mütəxəssis deyir ki, İKT şirkətləri universitetlərlə əməkdaşlıq edərək təcrübə proqramları təşkil etməlidir: "Şirkətlərdə mentorluq proqramları mədəniyyəti olmalıdır. Təcrübəli mütəxəssislər yeni başlayanlara mentorluq etməlidirlər. İnnovasiya və startap ekosistemi inkişafı etməli, maliyyə dəstəyi olmalıdır".

Ekosistem qurulmalıdır

Peşəkar mütəxəssislərin xaricə axınının qarşısını almaq məsələsinə gəldikdə isə, AİKTSA sədri vurğulayır ki, xarici təcrübə önəmlidir: "Gedənlərin böyük qismi geri dönür və öyrəndiyi bilikləri ölkəmizə qazandırır. İKT bazarını rəqabətli əməkhaqqı və şərtlər formalaşdırmalıdır. Yerli şirkətlərdə rəqabətli əməkhaqqı, iş şəraiti, tələb və təklif tarazlanarsa, xaricə gedən, orada təcrübə qazanmış mütəxəssislər bir müddət sonra geri qayıdıb təcrübələrini ölkəmizdə istifadə edəcəkdir. Mütəxəssislərə karyera inkişafı və yüksəlmə imkanlarının yaradılması üçün ekosistem qurulmalıdır".

Təcrübə real iş mühitində əldə olunur

İT mütəxəssisi Vahid Qasımov deyir ki, bu sahədə kadr hazırlığı hazırda ölkədə ən yaxşılardandır: "İnsanlar İT sahəsində iş imkanlarının yaxşı olduğunu nəzərə alaraq bu sahəyə yönəlib. Daha çox insan universitetdə İT ixtisaslarını seçirlər. Hətta bəziləri ixtisaslarını dəyişib İT sahəsinə gəlirlər. Bunu qarşılamaq üçün də hazırda çoxlu kurslar və akademiyalar açılıb. Azərbaycanın hazırda əsas ehtiyacı olan mütəxəssislər yüksək səviyyəli və bacarıqlı kadrlardır. Bunu isə nə peşə təhsili, nə ali təhsil müəssisəsi hazırlaya bilər. Təcrübə ancaq və ancaq real iş mühitində illər boyu çalışmaqla əldə olunur. Azərbaycanda bu cür imkanlar çatmır. Buna görə də çoxlu sayda İT üzrə peşə təhsili almış kadrlar təcrübə və iş yerləri tapmaqda çətinlik çəkirlər. Peşəkar İT mütəxəssislərə ehtiyacı olan müəssisələr də təcrübəli kadr tapmaqda çətinlik çəkirlər. Nisbətən yüksək maaş alan və tələbatı olan yüksək səviyyəli kadrlar isə inkişaf və yüksəlmə problemlərini yaşayırlar. Çünki milli müəssisələr təcrübəli mütəxəssisə daha maraqlı layihə, daha yaxşı iş və yaşam səviyyəsi, daha yuxarı vəzifə təklif etməkdə çətinlik çəkirlər. Bu da, öz növbəsində, təcrübəli İT kadrlarının xaricə köçməsinə səbəb olur. İT sektorunda bazarın əsas problemi maaş və yeni kadrlardır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Dekabr 2024 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see380

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri