Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Dünyada ən çox minalanmış ərazilərdən biri Qarabağdır Ekspert

Dünyada ən çox minalanmış ərazilərdən biri Qarabağdır Ekspert

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın işğaldan azad olunan ərazilərində mina təhlükəsi hələ də ciddi problem olaraq qalır. Mina partlayışları nəticəsində hər il onlarla insan həlak olur və ya xəsarət alır. Minatəmizləmə prosesində iştirak edən əməkdaşlar da bu təhlükəli şəraitdə fəaliyyət göstərirlər.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, dövlət mina təmizləmə sahəsində sistemli və genişmiqyaslı işlər həyata keçirir:


“Əraziləri minalardan təmizləmək üçün Azərbaycan Prezidenti tərəfindən Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb və agentliyə kifayət qədər vəsait ayrılıb. Müdafiə Nazirliyi nəzdində iki mühəndis-istehkam briqadası yaradılıb. Daha sonra Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti də bu işə cəlb olunub. Bu istiqamətdə ciddi və faydalı işlər görülür və proseslər təhlükəsizlik qaydalarına uyğun həyata keçirilir”.


Ekspertin sözlərinə görə, mina sahələrinə yaxınlıqda olan hərbçilər və mülki şəxslər maksimum diqqətli olmalı, mina təmizləmə ilə birbaşa əlaqəsi olmayan şəxslər bu ərazilərdən uzaq durmalıdır:


“Mülki vəziyyətdə olan hərbi işçilər və mina ilə əlaqəsi olmayan şəxslər bu ərazilərdən uzaq olmalıdır. Hazırda müasir texnologiyalardan istifadə edilir və hələ tam təmizlənməmiş sahələr mərhələli şəkildə yoxlanılır”.


E.Həsənli qeyd edib ki, Qarabağ bölgəsi mina təhlükəsi baxımından dünyanın ən problemli ərazilərindən biri sayılır:


“Qarabağ dünya üzrə ən çox minalanmış ərazilərdən biridir. Təkcə Ağdam və Füzuli rayonlarında ermənilərin təqdim etdiyi xəritələrə əsasən 97 min mina mövcuddur. Lakin məlum oldu ki, bu xəritələrin yalnız 25 faizi doğrudur, qalan hissəsi isə yanlışdır. Bu, düşmənin azərbaycanlıların bölgəyə geri dönüşünü əngəlləmək niyyətini bir daha sübut edir”.


Ekspertin sözlərinə görə, 2020-ci ildən bu günə qədər mina partlayışları nəticəsində 392 nəfər həlak olub:


“Təəssüf ki, bu vaxta qədər mina partlayışları nəticəsində 392 nəfər həyatını itirib. Bu, problemin miqyasını və faciəvi nəticələrini göstərir. Beynəlxalq ictimaiyyət bu məsələyə daha ciddi yanaşmalı və Ermənistanın mina terroruna qarşı konkret mövqe nümayiş etdirməlidir”.


Mina təhlükəsi təkcə insanların həyatını deyil, həm də işğaldan azad olunmuş ərazilərin bərpasını və məcburi köçkünlərin təhlükəsiz qayıdışını ləngidir. Buna görə də mina təmizləmə prosesi təkcə hərbi deyil, həm də sosial və humanitar məsələ kimi qiymətləndirilir.


Bəsti Rəfizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Aprel 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri