Icma.az
close
up
RU
Dünyada kartof və soğanla bağlı problemlər: Qiymətlər nə zaman tənzimlənəcək?

Dünyada kartof və soğanla bağlı problemlər: Qiymətlər nə zaman tənzimlənəcək?

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Son günlər bazarlarda kartofun və soğanın qiymətində nəzərəçarpacaq artım var. Hər kəs gündəlik süfrəsində olan bu iki əsas məhsulun qiymətindəki dəyişiklikdən narahatdır. Üstəlik, qiymətlərdəki artım xeyli müddətdir müşahidə edilir. Havalar artıq isinsə də, soğanın və kartofun bazardakı qiymətləri yenə də iki manat ətrafındadır. Bəs bunun səbəbləri nələrdir? Bunun nə zamana qədər davam edəcəyi insanları düşündürən suallardandır.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Dünyada kartof və soğanla bağlı problemlər müşahidə edilir"

Fermer Eldar Hüseynovun sözlərinə görə, kartofun və soğanın qiymətində artım tək bizim ölkəmizdə deyil, bütün dünyada mövcuddur: "Kartof və soğanın qiymətində yüksəlmə olacağı öncədən bəlli idi. Çünki dünya səviyyəsində kartof və soğanla bağlı problemlər müşahidə edilir. Belarus kartof çıxan kimi sərhədlərini bağlı elan etdi və heç bir ölkəyə idxal olunmadı. Rusiyada isə bu il kartof az oldu. Bu da qiymətlərə təsir göstərir. Digər ölkələr boşluğu doldurmaq üçün məcburən Rusiyaya axın etdilər. Bütün ölkələrə Rusiyadan kartof tədarük edildi. Bütün ölkələr Rusiyadan ixraca üstünlük verdiyindən İran da qiymətləri süni şəkildə qaldırdı. Bu, bizim bazarımıza da təsirsiz ötüşmədi. Soğanda da səbəblər təxminən eynidir. Rusiyadakı məsələlərə görə qiymətləri qaldırılıb".

"Səbəblərdən biri də zərərvericilərdir"

E.Hüseynov bildirdi ki, səbəblərdən biri də zərərvericilərdir: "Fermerlər bu il xəstəliklərlə güclü mübarizə apara bilmədilər. Çin dərman vasitələrinin qiymətini 40 faiz qaldırdı. Alınan dərmanlar isə zərərvericilərə qarşı yetərli mübarizə üçün kifayət deyil".

Fermer qiymətlərə də aydınlıq gətirdi: "Bakıda hazırda Pakistandan gətirilmiş yuyulmuş kartofun kiloqramı 1 manat 40 qəpik, yuyulmamışı 1 manat 30 qəpiyə satılır. Türkiyə və Gürcüstan kartofu 1 manat 20 qəpik - 1 manat 30 qəpik arasında dəyişir. Rayonlarda kartof və soğanın qiyməti Bakıdan da bahadır".

Qiymət bu halda enə bilər

E.Hüseynovun fikrincə, ölkəmizdə bu məhsullar qonşu dövlətlərə baxanda çox az əkilir: "Biz özümüzü kartof və soğanla tam şəkildə təmin edə bilmirik. Bu göstərici maksimum 20-25 faizdir. Kartof və soğan əkini ilə bağlı bazarımız kiçikdir. Ölkəmizdən yetərli qədər ixrac olmadığından daha çox əkilmir. Bu səbəbdən də məcburuq idxal edək. Əsasən İrandan, Pakistandan, Türkiyədən alırıq. Ən böyük idxalçılarımız Rusiya və İrandır. İrandan noyabr-dekabr aylarında hər gün ölkəmizə 10-15 maşın kartof daxil olur. Bu da 100 tondan çox məhsul deməkdir. Kartof və soğan əkini ilə bağlı məsələ bu cür davam edərsə, ixracdan asılılıq davam edəcək".

Fermerin sözlərinə görə, bu tendensiya dəyişə bilər: "Yerli kartofumuz isə Cəlilabadda çıxmağa hazırlaşır. Pakistan kartofu da bazarlarda çoxalacaq. Pakistanın gömrük rüsumunda fərq olacağı gözlənilir. Çünki bununla bağlı danışıqlar olub. Əgər Pakistan kartofunun rüsumu azalsa, qiymətlər enə bilər. Amma dəyişiklik olmasa, qiymətlər bu tempdə qalacaq. Soğanın qiymətində isə bu yaxınlarda enmələr gözlənilir".

Hər il təkrarlanan proses

İqtisadçı Rauf Qarayev isə deyir ki, illərdir bazarda qiymətlər bu şəkildə dəyişir: "Kartof və soğanla bağlı qiymət artımı və bu məhsulların çatışmazlığı əsasən mart-aprel aylarında olur. Bu il yaşadıqlarımız yeni baş verən proses deyil. Qiymətlərin enməsi əsasən may ayından etibarən başlayır. Bu da yerli kartofun bazara çıxarılmasından sonra olur".

İqtisadçının fikrincə, hazırda qiymətlərin belə yüksəlməsinin səbəbi mövsümi faktorlardır: "Rayonlarda kartofun qiyməti 1 manat 20 qəpikdir. Növünə görə 1 manat 50 qəpik - 2 manata qədər də dəyişə bilir. Səbəbi stabil hava şəraitinin olmamasında görürəm. Çünki hava gec isindiyindən yerli kartof hələ yetişməyib".

"Dərman baha, soyuducu yox"

R.Qarayevin sözlərinə görə, ət məhsullarına tələbat azaldıqca, kartofa tələbat yüksəlib: "Qiymətlərin bahalaşmasının səbəblərindən biri də kartofa tələbatın artması ola bilər. Buna görə qiymətlərdə enmələri görə bilmirik. Əvvəlki dövrlərdə digər tərəvəzlər bazara çıxdıqca kartofun qiyməti nisbətən aşağı düşürdü. Amma bir neçə ildir müşahidə etdikdə görürük ki, maksimum 10-20 faiz ucuzlaşma baş verir. Bu da illər üzrə tələbatın artması səbəbindəndir. Bu il də belə olması gözləniləndir. Bu halın qarşısının alınması üçün bazarda bolluq yaranmalıdır. Güman edirəm ki, may ayında qiymətlərdə enmələr müşahidə ediləcək".

İqtisadçı yerli kartof və soğan istehsalındakı problemlərə də toxundu: "Yerli kartofla bağlı bir çox məsələlər mövcuddur. Məsələn, Gədəbəy kartofunun yığılmasında problem olmasa da, yetişdirilməsi ilə bağlı problemlər var. Torpağın dərmanlanması, dərmanların qiymətinin bahalaşması kimi amillər təbii ki, birbaşa bazara da təsir edir. Dərmanların tapılması da xeyli çətinləşib. Bu səbəbdən fermerlər məhsulu saxlaya bilmirlər. Məhsulların saxlanması üçün soyuducu anbarlar da azdır və onların qiyməti xeyli yüksəkdir. Soyuducuların sayı çox olmalıdır. Saxlanma şəraiti üçün qiymətlərdə güzəştlər edilməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Aprel 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri