Icma.az
close
up
RU
Dünyada tullantıdan gəlir əldə edən ölkələr SİYAHI

Dünyada tullantıdan gəlir əldə edən ölkələr SİYAHI

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəhərlərin böyüməsi, əhalinin və istehlakın artması ilə məişət tullantılarının həcmi də ildən-ilə artır.

Məişət tullantılarının böyük hissəsi gündəlik olaraq zibil qutularına atılır. Lakin onların tərkibində təkrar istifadə və emal üçün yararlı olan plastik, kağız, şüşə, metal və üzvi tullantılar da kifayət qədərdir.

AZXEBER.COM xəbər verir ki, Azərbaycanda tullantıların idarə olunması istiqamətində son illərdə müxtəlif layihələr həyata keçirilib. Xüsusilə Bakı və ətraf ərazilərdə məişət tullantılarının toplanması, daşınması, çeşidlənməsi və emalı üçün infrastruktur yaradılıb.

Bununla yanaşı, ölkədə tullantıların çeşidlənməsi və təkrar emala yönəldilməsi məsələsi hələ də əsas problemlərdən biri olaraq qalır.

Tullantıların iqtisadi potensialı isə onların tərkibində olan materiallarla bağlıdır. Plastik, kağız, karton, şüşə və metal kimi məhsullar düzgün şəkildə ayrıldıqda yenidən istehsal prosesinə qaytarıla bilər.

Bu isə həm poliqonlara düşən tullantıların həcmini azaltmağa, həm də təkrar emal sənayesi üçün xammal yaratmağa imkan verir.

Dünyada bir sıra ölkələr tullantılara artıq yalnız atılmalı material kimi deyil, iqtisadi dəyəri olan xammal kimi yanaşır. Müxtəlif ölkələrdə tullantıların çeşidlənməsi, təkrar emalı, depozit sistemləri və tullantıdan enerji istehsalı kimi üsullardan istifadə olunur.

Almaniya

Almaniya tullantıların çeşidlənməsi və təkrar emalı üzrə dünyanın ən inkişaf etmiş sistemlərindən birinə malik ölkələrdən hesab olunur. Burada məişət tullantıları kağız, şüşə, plastik, üzvi tullantılar və digər kateqoriyalar üzrə ayrılır. Bu yanaşma tullantıların qarışıq şəkildə toplanmasının qarşısını alır və təkrar emal üçün yararlı materialların daha asan əldə edilməsinə imkan verir.

Ölkədə içki qablarının geri qaytarılması üçün depozit sistemi də geniş tətbiq olunur. İstehlakçı məhsulu alarkən qabın depozit haqqını ödəyir, boş qabı geri qaytardıqda isə həmin məbləği geri alır.

İsveç

İsveç tullantıların enerji mənbəyinə çevrilməsi ilə diqqət çəkən ölkələrdən biridir.

Ölkədə təkrar emal edilə bilməyən və enerji istehsalına yararlı tullantıların bir hissəsi xüsusi qurğularda yandırılır. Bu proses nəticəsində elektrik və istilik enerjisi əldə edilir.

Belə sistemdə tullantı sadəcə poliqona göndərilmir. Onun tərkibindəki enerji potensialından istifadə olunur. Bu yanaşmanın əsas məqsədlərindən biri poliqonlara göndərilən tullantıların həcmini azaltmaq və eyni zamanda tullantıların enerji istehsalında istifadəsini təmin etməkdir.

Sinqapur

Torpaq çatışmazlığı Sinqapur üçün tullantı problemini daha da ciddi məsələyə çevirir. Ölkənin məhdud ərazisi səbəbindən böyük həcmdə tullantının poliqonlarda saxlanılması mümkün deyil. Bu səbəbdən Sinqapurda tullantıların böyük hissəsi xüsusi zavodlarda yüksək temperaturda yandırılır. Əldə olunan istilik isə elektrik enerjisi istehsalında istifadə edilir. Nəticədə tullantı həm ərazidə saxlanılan yükü azaldır, həm də enerji istehsalında istifadə olunan resursa çevrilir.

Yaponiya

Yaponiyada tullantıların idarə olunmasında əsas diqqət tullantıların mümkün qədər əvvəlcədən çeşidlənməsinə yönəldilir. Ölkənin müxtəlif şəhərlərində sakinlərdən tullantıları müəyyən kateqoriyalar üzrə ayırmaları tələb olunur. Kağız, plastik, metal, şüşə və digər materiallar ayrıca toplanır. Bu sistem təkrar emal edilə bilən materialların tullantıların ümumi kütləsindən ayrılmasına və yenidən istehsal prosesinə qaytarılmasına imkan verir.

Cənubi Koreya

Cənubi Koreyada isə xüsusilə qida tullantılarının ayrıca toplanması və emalı diqqət çəkir. Ölkədə qida tullantılarının ayrıca yığılması nəticəsində onların digər məişət tullantıları ilə qarışmasının qarşısı alınır. Toplanan üzvi tullantılar müxtəlif emal proseslərindən keçirilərək heyvan yemi, kompost və bioqaz kimi məhsulların əldə edilməsində istifadə oluna bilir.

Bu yanaşma həm tullantıların həcmini azaltmağa, həm də əvvəllər atılan qida qalıqlarından iqtisadi fayda əldə etməyə imkan verir.

ABŞ

ABŞ-da tullantıların idarə olunması sistemi ştat və şəhərlərə görə dəyişir. Bununla yanaşı, ölkədə plastik, kağız, metal və digər materialların təkrar emalı ilə yanaşı, tullantılardan enerji istehsalı da tətbiq olunur. Tullantıların iqtisadi dəyəri xüsusilə təkrar emal sənayesində özünü göstərir. İstifadə edilmiş materiallar yenidən emal edilərək yeni məhsulların istehsalında xammal kimi istifadə edilir.

Fəridə Əsədzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Avqust 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri