Icma.az
close
up
RU
Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı

Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni xəstəlik bəşəri bəlaya çevrilə bilər - metapnevmovirusuna 14 yaşdan aşağılar arasındasürətlə yayılır

Ötən ilin sonu, yeni 2025-ci ilin ilk günlərindən Çində insanların yeni virusa - insan metapnevmovirusuna yoluxması barədə həyacanlı xəbərlər gəlməkdədir. Çin Xalq Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi dekabrın 23-dən 29-dək aparılan tənəffüs nümunələrinin analizlərinin nəticələrini yayıb. Bildirilib ki, bu xəstəlik insanlarda kəskin respirator virus infeksiyasına səbəb olur.

Məlumatlara görə, Çin xəstəxanaları metapnevmovirus diaqnozu ilə yatırılanlarla dolub-daşır. Bununla yanaşı, Çində son bir ayda aparılan təhlillərə əsasən insanlar paraqrip, koronavirus, bokavirus və müxtəlif tənəffüs yolları xəstəliklərinə yoluxurlar. Virusa yoluxanların 10-dan çoxunun öldüyü məlumatları mediada yer almaqdadır. Sözügedən xəstəliyin təkcə Çində deyil, artıq Hindistan, Rusiya və Qazaxıstanda da aşkarlandığı məlumdur.

Metapnevmovirus (Human MetaPneumoVirus – HMPV) qripəbənzər tənəffüs yolları xəstəliyidir. HMPV infeksiyasına ilk dəfə 2001-ci ildə rast gəlinib. BBC yazır ki, alimlərin qənaətincə, Çində insanlar arasında, xüsusilə də yaşı 14-dən aşağı olan uşaqlar arasında bu xəstəliyin sürətlə yayılması HMPV-nun yeni bəşəri bəla ola biləcəyini istisna etmirlər.

Bildirilir ki, bu virus adətən yüngül xəstəlik kimi qəbul olunsa da, pnevmoniya və bronxit kimi ağır nəticələrə də gətirib çıxarır. Bununla yanaşı, virus daha çox uşaqlar və immun sistemi zəif olan insanlar üçün təhlükəli olduğu vurğulanır.

Xəstəlik yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus infeksiyaları kimi adətən 7-10 gün ərzində aradan qalxır. Metapnevmovirus digər kəskin respirator virus infeksiyalarına xas əlamətlərlə müşahidə olunur. Bu virusa yoluxmağın xüsusiyyətləri: öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı və səsin boğulmasıdır. Virusa yoluxma bir qayda olaraq xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi ilə müəyyən olunur.

BBC alimlərə istinadən yazır ki, bu virusun uşaqlarda, immuniteti zəif olan və immun çatışmazlığı olan şəxslərdə bronxit və pnevmoniyaya çevrilmə riski yüksəkdir. Ona görə də, bu insanlar risk kateqoriyasına daxildirlər. Bundan əlavə, yanaşı xəstəlikləri olan – məsələn, bronxial astma və ya ağciyərlərin xroniki xəstəlikləri olan insanlar da respirator virus infeksiyaları üzrə risk qrupuna daxildirlər.

Qeyd olunub ki, metapnevmovirus digər yoluxucu xəstəliklər kimi əsasən aşağıdakı yollarla yayılır: öskürək və asqırmaq, insanlarla salamlaşma və toxunma kimi yaxın təmaslar, üzərində virus olan əşyalara toxunduqdan sonra əlləri ağıza, buruna və ya gözə aparmaqla.

Mövsümi xarakter daşıyan HMPV virusu qış aylarında yayılır və yazın əvvəllərinə kimi davam edə bilir. Uşaqları və xüsusilə yüksək həssaslığa malik şəxsləri kütləvi tədbirlərdə və insanların sıx olduğu məkanlarda tibbi maskalardan istifadə etməklə qorumaq mümkündür.

Bundan əlavə, alimlər bir çox tövsiyyələr verirlər ki, onlara əməl olunması ilə virusdan qorunmağın mümkün olduğunu bildirirlər: əlləri ən azı 20 saniyə sabunla yumaq, yuyulmamış əllərlə gözə, buruna və ağıza toxunmamaq, xəstə insanlarla təmasdan çəkinmək, xəstə insanların fincanlarından, eləcə də qab-qaşıqlarından istifadə etməmək, qapı tutacaqlarını, eləcə də uşaqların ümumi oyuncaqlarını davamlı olaraq təmizləmək və tibbi spirtlə dezinfeksiya etmək. COVID-19 pandemiyasından fərqli olaraq HMPV ilə bağlı hər hansı sosial məhdudiyət və ya qadağalara ehtiyac olmadığı bildirilir.

Lakin COVID-19-a qarşı xüsusi peyvəndlər olsa da, bu virus üçün hər hansı xüsusi peyvənd mövcud deyil və müalicəsi ümumi immungücləndirici vasitələrlə aparılır.

Qeyd edək kui, Azərbaycanın Səhiyyə Nazirliyi Çində sürətlə yayılan virusla bağlı yanvarın 6-da əhaliyə müraciət ünvanlayıb. Nazirliyin açıqlamasına görə bu xəstəlik Çinlə yanaşı, Azərbaycana qonşu olan Rusiya və Qazaxıstanda da aşkarlanıb. Bu virusa hələlik Azərbaycanda rast gəlinməsə də, nazirlik əhaliyə xəbərdarlıq edərək, risk qrupuna aid insanları peyvənd olunmağa çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 Yanvar 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri