Icma.az
close
up
RU
Çindən yayılan növbəti bəla: Dünyada yeni pandemiya təhlükəsi varmı?

Çindən yayılan növbəti bəla: Dünyada yeni pandemiya təhlükəsi varmı?

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən ay Çində yayılmağa başlayan metapnevmovirusa (HMPV) artıq Qazaxstan, Rusiya və İranda yoluxma qeydə alınıb. Yoluxmaların uzaq-yaxın ölkələrdə müşahidə olunması narahatlıq yaradır.

Teleqraf.com-un xəbərinə görə, Azərbaycanda yoluxma faktı ilə bağlı rəsmi məlumat yoxdur. Səhiyyə Nazirliyinin yeni yayılan respirator virusla bağlı məlumatında bildirilir ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir:

“Hər il Şimal Yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır. Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən sözügedən xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunur. Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir. Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir. Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır”.

Məlumatda tövsiyə olunur ki, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslər Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçsinlər.

Teleqraf.com-a danışan infeksionist Vüqar Cavadzadə bütün infeksion xəstəliklər kimi metapnevmovirusun da diaqnozunun mütləq laborator müayinə metodlarına əsaslanmalı olduğunu deyib: “Bu virus yeni deyil, metapnevmovirus əvvəllər də müşahidə edilib. İlk dəfə 2001-ci ildə Hollandiyada uşaqlar arasında kəskin respirator xəstəliklər zamanı onların bəlğəm seliyində tapılıb. Metapnevmovirusun tək insanda yox, quşlarda da xəstəlik törədən növləri var.

Virusun 4 tipi var, amma onlardan hansı tipin daha çox xəstəlik törətməsi bəlli deyil. Biz koronovirus zamanı da bunu deyirdik. Heç bir infeksiya xüsusiylə hava-damcı yolu ilə yayılan infeksiyalar sərhəd tanımır. Müasir dövrdə infeksiyalar bir ölkədən digərinə asanlıqla daşına bilir. Metapnevmovirusda digər ölkələrə də keçə bilər. Amma COVİD-19 qədər təhlükəsi olmamalıdır. Bu xəstəlikdə yoluxuculuq qabiliyyəti çox ola bilər, amma ölüm halı koronovirus qədər deyil.

Çin virusun yayıldığı məlumatını dekabr ayında açıqlamışdı. Virusun dinamikasına nəzər yetirsək, bir ay ərzində nəzərəçarpacaq qədər ölüm hadisəsi baş verməyib. Respirator viruslar kimi metapnevmovirus mövsümü yayılma xüsusiyyətlərinə malikdir. Digər viruslar kimi qış və yaz aylarında müşahidə olunur. Mövsumi xəstəlikdə yoluxmanın artım müşahidə edilə bilər. Yoluxuculuğu çox olsa da, ölüm hallarına demək olar ki, rast gəlinmir. Ona görə qorxuya, təşvişə heç bir əsas yoxdur".

Həkim bildirib ki, bu virusun uşaqlarda, immuniteti zəif olan şəxslərdə bronxit və pnevmoniyaya çevrilmə riski yüksəkdir: “Ancaq bu məsələdə də narahatlığa əsas görmürəm. Onun da digər hava-damcı yolu ilə keçən viruslara qarşı olan tədbirlər var. İmmun sistemini yaxşı vəziyyətdə saxlamaq xəstəliyə yoluxmanı yüngül keçirməyə kömək edir. infeksiyalardan qorunmaq üçün maskadan istifadə etmək, qapalı məkanlardan uzaq durmaq lazımdır. Gigiyenik qaydalara ciddi əməl etməklə yanaşı, bol vitaminli qidaların qəbulu da vacibdir”.

Metapnevmovirusu infeksiyasıyla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlama yayıb. Açıqlamada bildirilib ki, insan metapnevmovirusunun xüsusi müalicəsi yoxdur: “Hazırda qışın əhatə etdiyi Asiya, Avropa, Afrika və Karib hövzəsinin bir sıra ölkələrində qripin artması tendensiyaları qeyda alınıb. İlk dəfə 2001-ci ildə müəyyən edilən və hava-damcı yolu ilə yayılan insan metapnevmovirus HMPV COVİD-19 kimi öskürək, hərarət, burun tutulması ilə özünü göstərir. Virusa uşaqlar, qocalar, xroniki xəstəlikləri olanlar və immuniteti zəif şəxslərin yoluxma riski yüksəkdir. Ağciyər xəstəlikləri olanlar üçün təhlükəli sayılır. Tənəffüs yolu xəstəliklərinə səbəb patogenlərdən biri olan metoapnevmovirus öskürək və asqırma, yoluxmuş şəxslə birbaşa təmas, havaya yayılan kiçik damcılarla yayılır”.

ÜST bəyan edib ki, metapnevmovirusunun simptomların əksəriyyəti yüngül olduğundan sağalma prosesi öz-özünə baş verir: “Qızdırma, ağrı və öskürək kimi simptomları aradan qaldırmaq üçün reseptsiz və ya reseptli ağrıkəsicilər qəbul edilə bilər”.

Qeyd edək ki, 2024-cü ilin 23-29 dekabr aralığında Çində bir sıra xəstələrdən tənəffüs nümunələri alınıb. Nəticələr virusun insan metapnevmovirusu olduğunu göstərib. Virusa yoluxanların əsasən 14 yaşadək uşaqlar olduğu açıqlanıb . Ən yüksək yoluxma nisbəti Çinin şimal əyalətlərində müşahidə olunub.

Çindən sonra virusa yoluxma Honq Konq və Hindistanda qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 08 Yanvar 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri