Icma.az
close
up
RU
Dünyanın demək olar ki, bütün dünya çirkli hava ilə nəfəs alır

Dünyanın demək olar ki, bütün dünya çirkli hava ilə nəfəs alır

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yayımlanan interaktiv xəritə göstərir ki, şəhərlərin cəmi 17%-i təhlükəsiz hava çirkliliyi səviyyəsinə malikdir. Bəs sizin şəhərinizdə hava nə qədər çirklidir?

Qaynarinfo xəbər verir k, aparılan yeni araşdırmaya görə, dünyanın böyük hissəsi sağlamlıq üçün zərərli hava çirkliliyinə məruz qalır. Hava keyfiyyətini izləyən IQAir platformasının məlumatlarına əsasən, şəhərlərin yalnız 17%-i Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hava çirkliliyi standartlarına cavab verir. 2024-cü il etibarilə isə ölkələrin 91%-ində təhlükəli dərəcədə çirkli hava qeydə alınıb.

Dünyanın ən çirkli havasına malik ölkələr arasında Çad, Konqo, Banqladeş, Pakistan və Hindistan var. Xüsusilə Hindistan bu siyahının ön sıralarında yer alır, çünki ən çirkli havaya malik doqquz şəhərin altısı bu ölkədədir. Hindistanın şimal-şərqində yerləşən Birnihat qəsəbəsi isə dünyanın ən çirkli havasına sahib bölgə kimi müəyyən edilib.

Mütəxəssislər bildirir ki, bu statistika belə vəziyyətin tam ciddiliyini əks etdirmir. Dünyanın bir çox bölgəsində hava çirkliliyini dəqiq ölçmək üçün kifayət qədər texnoloji infrastruktur yoxdur. IQAir-in qlobal icraçı direktoru Frank Hammes bu məsələyə diqqət çəkərək deyib: "Hava çirkliliyi həm insan sağlamlığı, həm də ekoloji sabitlik üçün ciddi bir təhlükədir, lakin əksər insanlar bu təhlükənin fərqində belə deyillər".

IQAir-in araşdırması 138 ölkədəki 40.000 hava keyfiyyəti monitorinq stansiyasından toplanmış məlumatlara əsaslanaraq, ən çirkli və ən təmiz şəhərlərin detallı xəritəsini hazırlayıb. İnteraktiv şəkildə təqdim olunan bu xəritə vasitəsilə istifadəçilər yaşadıqları şəhərdə hava çirkliliyinin səviyyəsini asanlıqla görə bilirlər.

ÜST-nin tövsiyələrinə görə, PM2.5 hissəciklərinin 5µg/m³-dən yüksək olması ictimai sağlamlıq üçün ciddi risklər yaradır. Bu səviyyədən yuxarı çirklənmə tənəffüs yolu xəstəliklərindən tutmuş xərçəngə qədər bir çox sağlamlıq probleminə səbəb ola bilər. Təxminlərə görə, hər il təxminən yeddi milyon insan həddindən artıq hava çirkliliyi səbəbindən həyatını itirir.

Hava çirkliliyinin ən yüksək olduğu bölgələr əsasən Cənubi və Orta Asiyada yerləşir. Bununla yanaşı, dünyanın ən təmiz havasına sahib bölgələri də mövcuddur. Okeaniya ölkələri şəhərlərinin 57%-i ÜST standartlarına cavab verdiyi üçün ən təmiz hava kateqoriyasına daxildir. Həmçinin, Cənub-Şərqi Asiyada bir çox şəhərdə 2023–2024-cü illər arasında hava çirkliliyi səviyyəsində azalma müşahidə edilib.

Bəzi şəhərlər sərt qaydalar tətbiq edərək hava keyfiyyətini yaxşılaşdırmağa nail olublar. Cənubi Koreyanın Seul, Çinin Pekin və Polşanın Rybnik şəhərləri nəqliyyat emissiyalarını, enerji stansiyalarından və sənaye müəssisələrindən qaynaqlanan çirkliliyi azaltmaq istiqamətində atılan addımlarla fərqlənir.

Buna baxmayaraq, dünyanın böyük bir hissəsi hələ də çirkli hava ilə mübarizə aparır. "Greenpeace International” təşkilatının baş hava keyfiyyəti mütəxəssisi Aidan Farrow bu vəziyyəti xəbərdarlıq kimi qiymətləndirərək bildirib: "Dünya Hava Keyfiyyəti Hesabatı, emissiyaların azaldılması üçün təcili və qlobal koordinasiyalı tədbirlərin görülməsinə çağırış olmalıdır".

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Mart 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri