Icma.az
close
up
RU
Dünyanın diqqəti Bakıdadır: WUF13 dən maraqlı görüntülər REPORTAJ

Dünyanın diqqəti Bakıdadır: WUF13 dən maraqlı görüntülər REPORTAJ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

Hazırda dünyanın diqqəti Bakı Olimpiya Stadionunda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) yönəlib.

AZƏRTAC xəbər verir ki, WUF13 platforması şəhərsalma, mənzil böhranı, iqlim dayanıqlığı, “ağıllı şəhərlər” və dayanıqlı inkişaf istiqamətlərində keçirilən yüksək səviyyəli müzakirələrlə diqqət mərkəzindədir. Bununla yanaşı, WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisi də iştirakçılar tərəfindən böyük maraqla qarşılanır. Sərgi məkanında müxtəlif ölkələrin milli pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, özəl sektor təmsilçiləri və qeyri-hökumət təşkilatları (QHT) üçün xüsusi stendlər quraşdırılıb. Genişmiqyaslı ekspozisiyada hər gün şəhər mühitinin innovativ inkişafına dair yeni və maraqlı layihələr təqdim olunur.

Azərbaycan pavilyonunda qonaqları ilk olaraq milli musiqi sədaları qarşılayır. Sərgi məkanında yaradılan xüsusi guşədə xalçaçılıq sənətinə maraq göstərən gənclərə bu qədim sənətin incəlikləri nümayiş etdirilir. Xarici qonaqlar böyük maraqla toxunma prosesini izləyir və xatirə fotoları çəkdirirlər.

“Urban Expo” sərgisinin ən çox diqqət çəkən yeniliklərindən biri interaktiv ekranlarla təchiz olunmuş robotdur. Sərgi məkanında sərbəst hərəkət edən bu robot qonaqların böyük marağına səbəb olur.

Pavilyonun digər hissəsində isə qəhvə sifariş etmək istəyənlərə başqa bir robot xidmət göstərir.

Forum ərazisində milli geyimdə olan gənclər də diqqət çəkir. Onlar mahnılar oxuyur, qonaqlarla birlikdə əylənir, tədbirə fərqli ab-hava qatırlar.

“Urban Cinema” isə forumun ən maraqlı məkanlarındandır. Burada müxtəlif qlobal problemlərə həsr olunmuş filmlər nümayiş etdirilir. Baş çəkdiyimiz ən sevimli məkanlardan biri isə açıq havada qurulmuş Azərbaycan milli irsini təqdim edən guşə oldu. Burada rəssam Elvin Muradzadə Ağdamda yerləşən Şahbulaq qalasının rəsmini çəkirdi. Onun yanında isə Şəkidən gələn şəbəkə ustası Hüseyn Hacı-Mustafazadə qədim Azərbaycan sənəti olan şəbəkə nümunələrini təqdim edirdi.

Bir qədər kənarda isə xalça toxumağı öyrənmək istəyən gənclər toxucularla birlikdə bu sənətin sirlərini öyrənirdilər.

Xaricdən gələn qonaqlar bu guşələrin önündə dayanaraq şəkillər çəkdirir, Azərbaycan mədəniyyəti və milli irsi haqqında məlumat alırdılar.

COP29-dan sonra WUF13-ün də yüksək səviyyədə təşkili Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində zəngin təcrübəyə malik olduğunu bir daha nümayiş etdirir. Forumda təkcə yüksək təşkilatçılıq deyil, eyni zamanda, Azərbaycanın zəngin milli mədəniyyətinin, musiqisinin və tarixi irsinin müasir üslubda uğurlu təqdimatı iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanır.

Müxbir - Aytən Abbaslı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri