Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Dünyanın diqqəti Bakıdadır ŞƏRH OLUNDU

Dünyanın diqqəti Bakıdadır ŞƏRH OLUNDU

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

“Bu günlərdə BMT-nin və dünyanın ən mötəbər tədbirihesab olunan İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına(COP29) Bakı ev sahibliyi edir. COP29 inkişaf etmiş vəinkişaf etməkdə olan ölkələr arasında Qlobal Şimal vəQlobal Cənub arasında ixtilafların kənara qoyulması, ümumi nöqtələrin tapılması baxımından önəmliplatformadır. Karbon emissiya qazlarının atmosferəburaxılmasının azaldılması bu sahədə ölkələrin digərməsuliyyəti və inkişaf etmiş ölkələrlə birlikdə qlobal iqlimdəyişikliyi ilə bağlı aktiv iştirakı ilə bağlı məsələlərdəönəmli platforma kimi rol oynayır.

Heç şübhəsiz ki, 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etməksəlahiyyətinin Azərbaycana verilməsi, Azərbaycanla bağlı BMT səviyyəsində mövcud olan etibarlı tərəfdaş mövqeyiölkəmizin beynəlxalq arenadakı siyasi nüfuzundan irəligəlir. Azərbaycanın digər qurumlarda və ya təşkilatlardatəmsilçiliyini, xüsusilə də Qoşulmama Hərəkatını bunanümunə olaraq göstərə bilərik”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.O bildirib ki, ölkəmizin dünya dövlətləri, güc mərkəzləri iləmünasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiqolaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təminolunmasında aparıcı rol oynayır. Strateji baxımdan mühümgeosiyasi məkanda Şərqdən Qərbə və Şimaldan Cənubauzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiyadəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanıəsrlərboyu transmilli dünya güclərinin xüsusi maraqdairəsində saxlamışdır. Əlverişli geosiyasi və coğrafi mövqeAzərbaycana malik olduğu zəngin karbohidrogen ehtiyatlarıqədər yeni dividendlər qazanmaq şansı yaradıb.Prezident cənab İlham Əliyevin noyabrın 12-də Bakıdakeçirilən COP29 Liderlər Sammitinin açılış mərasimindəkiçıxışı, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəkimövqeyini və beynəlxalq səviyyədəki uğurlu fəaliyyətinigöstərən mühüm məqamlarla zəngindir. Bu çıxışda, həmçinin Azərbaycanın iqlim məsələlərinə verdiyiəhəmiyyətin, qlobal iqlim siyasətindəki rolu və gələcəkhədəfləri barədə ətraflı məlumat verilib.Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak etdiyini vurğulayan dövlətimizin başçısı, ölkənin bərpa olunan enerji mənbələrinə yönələn strateji təşəbbüslərini və yaşıl enerji siyasətini təbliğ edərək, bu məsələnin yalnız milli səviyyədə deyil, beynəlxalq səviyyədə koordinasiyalı şəkildə həll olunması gərəkdiyini bildirib. Azərbaycanın COP29-a ev sahibliyi etməsi, bu fəallığın və beynəlxalq ictimaiyyətin ölkəyə olan etimadının göstəricisi kimi təqdim olunub. İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edənPrezident cənab İlham Əliyev, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında balanslı və ədalətli qərarların qəbul edilməsi məsələsinə Azərbaycanın sədrlik edəcəyini açıqlayıb. Bu yanaşma, müxtəlif ölkələrin və regionların ehtiyaclarını və maraqlarını nəzərə alaraq, konsensusun əldə edilməsi məqsədini daşıyır. Bu cür əməkdaşlığın yalnız ölkələrin iqlim problemlərinin həll edilməsinə deyil, həm də sosial-iqtisadi inkişafın davamlı olmasına töhfə verəcəyi vurğulanıb. Çıxışında yaşıl enerji məsələsi barədə geniş danışan dövlət başçısı Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən birinin bərpa olunan enerji mənbələri olduğunu və ölkənin bu sahədə atdığı addımları nümayiş etdirdiyini qeyd edib. Azərbaycan, külək və günəş enerjisi kimi təmiz enerji mənbələrindən istifadə etməklə enerji balansını tənzimləyir və daha ekoloji təmiz enerji istehsal etməyi hədəfləyir. Burada məqsəd, qlobal səylərə töhfə vermək və öz daxili enerji bazarını gücləndirməkdir. COP29-un Bakıda keçirilməsi, Azərbaycanın yalnız enerji siyasətində deyil, həm də qlobal iqlim dəyişiklikləri sahəsindəki müzakirələrdə fəal iştirakını təmin edir. Prezident cənab İlham Əliyev bu tədbirin Azərbaycan üçün böyük iqtisadi və diplomatik əhəmiyyət kəsb etdiyini bildirib. Bu cür mötəbər beynəlxalq tədbirlər, ölkənin dünya səhnəsindəki mövqeyini gücləndirir və gələcəkdə ekoloji və sosial sahələrdə yeni təşəbbüslərin irəliləməsinə şərait yaradır.COP29-un elə birinci günündə əldə olunan ilk böyük uğur – karbon kreditlərinin yaradılması standartları üzrə konsensusa nail olunması onu göstərir ki, bu qlobal iqlim sammiti dünya üçün əhəmiyyətli qərarların qəbul edilməsi ilə nəticələnəcək. Bu isə o deməkdir ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) boykot etmək istəyən qüvvələrin məkrli niyyətləri baş tutmadı. Azərbaycanın neft ölkəsi olaraq COP29-a ev sahibliyi etməsini tənqid edənlərin arqumentləri də əsassız və məntiqsizdir.Azərbaycanın enerji sektoru ölkənin iqtisadiyyatının əsas sahələrindən biridir. Dövlət bu sektoru modernləşdirməyi, xarici investisiyaları cəlb etməyi və eyni zamanda, enerji ixracını artırmağı hədəfləyir. Nəticədə, enerji sektoru həm yerli iqtisadiyyatın inkişafına, həm də regionun enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycanın enerji siyasətində son dövrlərdə bərpa olunan enerji mənbələrinə, xüsusilə günəş və külək enerjisinə diqqət artmışdır. Ölkə, yaşıl enerji sektorunu inkişaf etdirməklə həm daxili enerji istehsalını artırmaq, həm də beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək istəyir. Cənab İlham Əliyev, Azərbaycanda bu sahədəki layihələrin artacağını və bu enerji növlərinin ölkənin ümumi enerji istehsalında böyük yer tutacağını bildirib.Azərbaycanın enerji siyasəti, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji effektivliyinin artırılması və enerji təhlükəsizliyinin təmin edilməsi ilə özünü göstərir. Bu, ölkənin həm iqtisadi, həm də ekoloji məqsədlərə uyğun şəkildə uzunmüddətli inkişafını təmin etməyə yönəlmiş strateji yanaşmadır. Prezident cənab İlham Əliyevin COP29-un açılış mərasimindəki çıxışı, Azərbaycanın iqlim siyasətindəki hədəflərini və qlobal iqlim dəyişikliyi ilə mübarizədəki fəal rolunu bir daha nümayiş etdirir. Bu çıxış, ölkənin qlobal səylərə olan töhfəsini, davamlı inkişaf məqsədlərinə yönələn strateji planlarını və beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyəti bir daha nümayiş etdirir.Son olaraq qeyd edək ki, COP29-a hazırlıqlarla bağlı işlərə başlayandan etibarən Azərbaycana qarşı qarayaxma kampaniyalarına da start verilmişdi. Xüsusilə Qərb dairələrində hər zaman anti Azərbaycan mövqeyi ilə seçilən qüvvələr, o cümlədən QHT-lər, müxtəlif lobbi dairələri və fəaliyyətini qeyri-obyektivlik və yalan üzərində qurmağa çalışan media orqanları, ayrı-ayrı siyasilər, bir gün belə ara vermədən, ölkəmizi müxtəlif absurd mövzularda ittiham edərək tədbiri boykot etməyə çağırırdı. AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bu məsələyə də toxunaraq bildirb ki: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.

Müəllif: Səbinə Hüseynli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see478

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see384

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see340

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see322

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see291

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see165

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see150

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri