Dünyanın ən bahalı 10 qapıçısının adı açıqlandı
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən dəyərli qapıçılarının reytinqini tərtib edib. Sport24.az xəbər verir ki, siyahıya 100 qolkiper oyunçu daxildir.
"Barselona"dan Xuan Qarsiya 80,6 milyon avro dəyərlə birinci yerdə qərarlaşıb. "Mançester Siti"nin "çərçivə qoruyucusu" Canluici Donnarumma, suyahıda ikincidir. İlk "üçlüyü" isə "Mançester Yunayted"in qapısıçı Senne Lammens tamamlayır.
Çox maraqlıdır ki, reytinqdə ilk "onluq"da qərarlaşan qapıçların 8-i İngiltərə Premyer Liqasında çıxış edən klubların formasını geyinir.
Dünyanın ən dəyərli 10 qapıçısı:
1. Xuan Qarsiya ("Barselona") – 80,6 milyon avro
2. Canluici Donnarumma ("Mançester Siti") – 79,9 milyon avro
3. Senne Lammens ("Mançester Yunayted") – 64,2 milyon avro
4. Zion Suzuki ("Aston Villa") – 59,5 milyon avro
5. Bart Verbruggen ("Brayton") – 57,9 milyon avro
6. Mayk Penders ("Çelsi") – 57,1 milyon avro
7. Lukaş Horniçek ("Nyukasl") – 55,9 milyon avro
8. Robin Rufes ("Sanderlend") – 52,3 milyon avro
9. Matvey Safonov (PSJ) – 50,8 milyon avro
10. Yonas Urbiq ("Bavariya") – 50 milyon avro.
Baxış sayı:108
Bu xəbər 18 Noyabr 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















