Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Ağdamın susqun küçələrindən dirçəliş salnaməsinə: tarixi ədalətin təntənəsi ŞƏRH

Ağdamın susqun küçələrindən dirçəliş salnaməsinə: tarixi ədalətin təntənəsi ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Ağdamın bərpası ilə bağlı səsləndirdiyi fikirlər əsasında , bəzi şəhərlərin tarixini onların küçələri, binaları, meydanları və memarlıq abidələri danışdığı bizə aydındır. Bəzi şəhərlər isə yaşadıqları faciə ilə bütöv bir xalqın yaddaşında iz qoyur. Ağdam belə şəhərlərdən biridir. Vaxtilə Qarabağın ən abad, qaynar həyatlı yaşayış məntəqələrindən olan bu şəhər işğal illərində misli görünməmiş dağıntılara məruz qaldı. Bir zamanlar insan səslərinin, ticarətin, mədəni həyatın duyulduğu küçələr səssizliyə qərq edildi. Lakin Ağdamın dağıdılması onun tarixdən silinməsi demək deyildi. Çünki şəhərləri yalnız binalar deyil, həm də onları yaşadan insanların yaddaşı, mənəvi bağlılığı və doğma torpağa olan sevgisi yaşadır.

Ağdamın taleyinə nəzər salarkən ilk növbədə onun Azərbaycan tarixindəki yerini xatırlamaq lazımdır. XVIII əsrdə əsası qoyulan şəhər Qarabağın ictimai, iqtisadi və mədəni həyatında mühüm mövqeyə malik olmuşdur. Tarixi abidələri, qədim yaşayış ənənələri, zəhmətkeş insanları ilə seçilən Ağdam özünəməxsus şəhər mədəniyyəti formalaşdırmışdı. Lakin 1993-cü il iyulun 23-də şəhərin işğal olunması ilə bu inkişaf yolu zorla dayandırıldı. Uzun illər ərzində yaşayış evləri, ictimai binalar, tarixi-mədəni irs nümunələri dağıdıldı, şəhər talan edildi. Ağdamın xarabalıqları təkcə fiziki dağıntıların deyil, həm də insanların pozulmuş həyatlarının, yarımçıq qalmış arzularının mənzərəsinə çevrildi.

Ağdam faciəsinin ən ağrılı tərəflərindən biri şəhərin öz sakinlərindən ayrı salınması idi. İnsan doğulduğu, böyüdüyü, uşaqlıq xatirələrinin qaldığı bir məkandan uzaq düşəndə yalnız evini itirmir. O, gündəlik həyatının bir hissəsini, tanıdığı küçələri, qonşularını, doğmalarının məzarlarını da geridə qoyur. Ağdamlıların illərlə yaşadığı bu nisgil əslində bütün Azərbaycan xalqının ortaq ağrısına çevrilmişdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni bir səhifə açdı. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti nəticəsində torpaqlarımızın işğalına son qoyuldu. Noyabrın 20-də Ağdamın Azərbaycana qaytarılması isə bu tarixi prosesin mühüm mərhələlərindən biri oldu. Ağdam hərbi əməliyyatlar aparılmadan geri qaytarılsa da, bu hadisənin arxasında 44 günlük müharibədə qazanılmış böyük Zəfər, siyasi iradə və xalqımızın uzun illər davam edən mübarizəsi dayanırdı.

2020-ci il noyabrın 23-də Prezident İlham Əliyevin Ağdam şəhərinə səfəri xüsusi tarixi əhəmiyyət daşıyırdı. Dövlət başçısının şəhərdə Azərbaycan Bayrağını ucaltması, dağıntılar qarşısında səsləndirdiyi fikirlər xalqın yaddaşında qaldı. Prezidentin “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” sözləri sadəcə siyasi bəyanat deyildi. Bu fikirlər illərlə doğma yurd həsrəti ilə yaşayan insanlara verilən bir ümid, dövlətin üzərinə götürdüyü böyük məsuliyyətin ifadəsi idi. Həmin çıxışda diqqətimi çəkən əsas məqam Cənab Prezidentin bərpa işlərinin çətinliyini də açıq şəkildə vurğulaması idi. Dövlət başçısı bu işin böyük zəhmət tələb edəcəyini bildirsə də, xalqın 44 günlük müharibədə nümayiş etdirdiyi birliyin quruculuq mərhələsində də davam edəcəyinə əminliyini ifadə etmişdi. Bu yanaşma göstərirdi ki, Qələbə yalnız torpaqların azad edilməsi ilə tamamlanmır. Qarşıda daha mürəkkəb bir vəzifə – dağıdılmış yurd yerlərinin yenidən qurulması, sosial həyatın bərpası və insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi dayanırdı. Ağdamın bərpasına yanaşmada diqqət çəkən digər mühüm məsələ şəhərin yalnız əvvəlki görkəminə qaytarılması ilə kifayətlənməməkdir. Məqsəd müasir şəhərsalma prinsiplərinə uyğun, insanların rahat yaşayacağı, iqtisadi və sosial imkanları geniş olan yeni Ağdam qurmaqdır. 2021-ci il mayın 28-də şəhərin Baş Planının təqdim edilməsi və bərpa işlərinin təməlinin qoyulması bu istiqamətdə atılan mühüm addımlar oldu. Şəhərin gələcək inkişafında yaşayış məhəllələri, yollar, ictimai məkanlar, təhsil və xidmət infrastrukturu nəzərdə tutuldu. Bu, Ağdamın gələcəyinin təsadüfi tikinti işləri ilə deyil, düşünülmüş inkişaf strategiyası ilə müəyyənləşdirildiyini göstərir. Bərpa prosesində tarixi irsin qorunması da xüsusi əhəmiyyət daşıyır. Çünki yeni şəhər salmaq keçmişi unutmaq demək deyil. Əksinə, bir xalqın öz tarixini qoruması onun gələcək nəsillər qarşısında mənəvi borcudur. Ağdam Cümə məscidinin bərpası, İmarət Kompleksində aparılan işlər bu baxımdan diqqətəlayiqdir. XIX əsrin memarlıq nümunəsi olan Cümə məscidinin əvvəlki görkəminə qaytarılması, Pənahəli xanın imarətinin bərpası Ağdamın tarixi yaddaşının yaşadılmasına xidmət edir. Belə abidələr daşdan və memarlıq elementlərindən ibarət tikililər deyil; onlar xalqın keçmişini, mədəniyyətini və kimliyini özündə yaşadan mənəvi sərvətlərdir.

Bu gün Ağdamda həyata keçirilən quruculuq işləri Prezident İlham Əliyevin vaxtilə səsləndirdiyi fikirlərin real nəticələrini göstərir. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, yaşayış komplekslərinin tikilməsi, sosial obyektlərin yaradılması şəhərin həyatına yeni məzmun gətirir. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurda qayıdan ailələr üçün yeni yaşayış şəraiti yaradılır. 2025-ci il martın 27-dən Ağdam şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışının başlanması bu prosesin ən əlamətdar hadisələrindən biridir. Uzun illər doğma şəhərinin yolunu gözləyən insanların yenidən Ağdamda yaşamağa başlaması görülən işlərin ən insani nəticəsidir.

Mövzuya bir müəllim kimi yanaşarkən düşünürəm ki, Ağdamın tarixini şagirdlərə yalnız müharibə və dağıntılar kontekstində öyrətmək kifayət deyil. Onlara bu şəhərin keçmişini, yaşadığı faciəni, azadlıq mübarizəsini və bugünkü inkişafını bir-biri ilə əlaqəli şəkildə anlatmaq lazımdır. Çünki tarix yalnız baş vermiş hadisələrin ardıcıllığı deyil, həm də həmin hadisələrdən nəticə çıxarmaq bacarığıdır. Ağdam nümunəsi gənc nəslə doğma torpağa bağlılığın, milli yaddaşın qorunmasının, zəhmətin və quruculuğun əhəmiyyətini aşılayır. Ədəbiyyatımızda yurd həsrəti, doğma torpaq sevgisi, Vətənə bağlılıq mövzuları həmişə mühüm yer tutub. Ağdamın taleyi bu mövzuların real həyatdakı təcəssümüdür. İllərlə uzaqda qalan bir şəhərin yenidən öz sakinlərinə qovuşması insanın doğulduğu torpaqla mənəvi bağının nə qədər güclü olduğunu sübut edir. Bu gün Ağdamda ucalan hər yeni bina, salınan hər küçə, bərpa edilən hər tarixi abidə həmin yaddaşın davamıdır.

Cənab Prezident İlham Əliyevin Ağdamın bərpası ilə bağlı səsləndirdiyi fikirlər zaman keçdikcə konkret işlərdə öz təsdiqini tapır. Bir vaxtlar xarabalıqları ilə diqqət çəkən Ağdam bu gün yenidənqurma və qayıdış prosesinin mühüm mərkəzlərindən birinə çevrilir. Bu şəhərin taleyi göstərir ki, tarixi ədalətin bərpası yalnız qazanılmış Qələbə ilə deyil, həmin Qələbənin nəticələrini gələcək nəsillər üçün qoruyub saxlamaqla tamamlanır.

Ağdamın yenidən qurulması, əslində, bir şəhərin dirçəlişindən daha böyük məna daşıyır. Bu, doğma torpağına qayıdan insanların həyatının yenidən qurulması, milli yaddaşın bərpası və gələcəyə inamın möhkəmlənməsidir. Ağdamın sabahı artıq yalnız onun keçmişinin xatirələri ilə deyil, bu gün burada qurulan yeni həyatla yazılır.

Çinarə Məmmədova

YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri,

Naxçıvan şəhər 13 saylı tam orta məktəbin direktor müavini, partiya fəalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see369

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see308

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see288

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see283

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see278

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see261

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see256

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see251

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see250

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see246

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see246

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see240

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see237

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see232

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see229

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see223

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see200

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri