Icma.az
close
up
RU
Dünyanın ən bahalı stadionu: Dəyəri 1,75 milyard dollar olacaq

Dünyanın ən bahalı stadionu: Dəyəri 1,75 milyard dollar olacaq

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Amerika Beyzbol Liqasının (MLB) Qərb qrupunda mübarizə aparan "Oakland Atletiks" komandasının Las Veqasda tikilməsi planlaşdırılan yeni stadionunun dəyərinin 1,75 milyard dollar olacağı proqnozlaşdırılır.

Turkustan.az "The Atletic"ə istinadən xəbər verir ki, klub rəsmiləri əvvəllər stadionun 1,5 milyard dollara başa gələcəyini gözlədiklərini bildirmişdilər. Əvvəlki planlara əsasən, "proqram daxilindəki sabit xərclər" 1,45 milyard dollar, maliyyə xərcləri 52 milyon dollar, digər xərclər isə 248 milyon dollar təşkil etməli idi. Lakin artan xərclər səbəbilə əlavə büdcə tələb olunacaq.

Xərclər artaraq 1,75 milyard dollara çatıb

Komandanın əsas səhmdarı Con Fişerin müşaviri Sandi Din bildirib ki, artan xərclər komandanın məsuliyyətindədir və bu məsrəfləri əsasən Fişer ailəsinin əlavə töhfələri ilə qarşılamaq planlaşdırılır.

Nevada rəsmiləri ilə əməkdaşlıq edən Din deyib: "Stadionun artan xərcləri komandanın üzərinə düşür və bu məsrəfləri qarşılamaq üçün əsasən ailə vəsaitləri istifadə olunacaq".

Yenilənmiş xərclər cümə axşamı Las Veqas Stadion Administrasiyasına təqdim olunan sənədlərdə yer alıb. Bu sənədlərdə Fişerin imzaladığı və 2028-ci il mövsümünə hazır olacağı gözlənilən stadionun tikintisinə 1,1 milyard dollaradək sərmayə qoyulacağı bildirilən məktub da var.

Yeni rekord: dünyanın ən bahalı stadionu

Dünyanın ən bahalı stadionu hal-hazırda 1,6 milyard dollarlıq dəyəri ilə Nyu-York "Jets" komandasının MetLife Stadionudur. Lakin "Oakland Atletiks"in Las Veqas stadionu bu rekordu yeniləyəcək.

Açılış 2028-ci ildə planlaşdırılır

2025-ci ilin aprelində tikintisinə başlanması planlaşdırılan stadionun heç bir problem yaranmazsa, 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir.

Reaksiya doğuran məhdudiyyətlər

ABŞ-da peşəkar idman komandalarının şəhər dəyişməsi adi haldır. Bu dəyişikliklər zamanı stadion inşası adətən yerli hökumətlə əməkdaşlıq çərçivəsində həyata keçirilir. "Oakland Atletiks" ilə Las Veqas rəhbərliyi arasında bağlanan 30 illik razılaşmaya əsasən, komanda stadion xaricində dörd ev oyunu keçirmək və hər hansı iki ardıcıl mövsümdə yeddi ev oyunundan çoxunu səfərdə oynamaq hüququna malikdir. Bu məhdudiyyət, daha əvvəlki razılaşma layihəsində qeyd olunan bəzi detallara görə narazılıq doğurub. /qaynarinfo.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Dekabr 2024 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri