Icma.az
close
up
RU
Dünyanın ən böyük badımcanını yetişdirdi Çəkisi heyrətamizdir

Dünyanın ən böyük badımcanını yetişdirdi Çəkisi heyrətamizdir

Lent az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın Pensilvaniya ştatında ən ağır badımcan yetişib.

Lent.az xəbər verir ki, “Ginnesin Rekordlar Kitabı”na düşən bu nəhəng badımcanın çəkisi 3,969 kq təşkil edib.

Bu qeyri-adi dərəcədə böyük meyvənin orta diametri 78,7 sm-dir və onu ABŞ-ın Harrison City şəhərindən olan Erik Gunström yetişdirib. O, badımcanları cəmi üç ildir yetişdirsə də, ümumilikdə nəhəng tərəvəz yetişdirməyə həvəsi olduğunu bildirib.

“Mənim rəqabətli tərəvəz yetişdirməyə marağım təxminən iyirmi il əvvəl nəhəng balqabaqlarla başladı. 2022-ci ildə balqabaq üzrə şəxsi rekordum 1090,8 kq olub”, –Gunström deyib.

Hazırda ən ağır balqabaq rekordu 1246,9 kq təşkil edir və bu göstərici 9 oktyabr 2023-cü ildə amerikalı həvəskar bağban Travis Gienger tərəfindən qeydə alınıb.

19 avqustda Gunström qiymətləndirmə üçün iki badımcan təqdim edib. Təəccüblüdür ki, hər ikisi dünya rekordunu yeniləyib: onlardan bir az kiçiyi belə 3,900 kq çəkib ki, bu da supermarketdə tapılan adi badımcandan təxminən 12 dəfə böyükdür.

Rekord qıran badımcanının surətini gələcək nəsillər üçün hazırlamağı planlaşdıran Gunström, çəkilmə nəticələrini görəndə şoka düşüb:

“Yer üzündə badımcan yetişdirən bütün insanlar arasında, mən indiyədək mövcud olmuş ən böyük badımcanı yetişdirdim. Və sonra eyni vaxtda iki dünya rekordunu qırmaq, onları yığmaq və birlikdə çəkmək... Bu, hər bir insanın həyatda heç olmasa bir dəfə yaşamalı olduğu bir hissdir”.

Bu bağçılıq uğuru 2025-ci ilin əlverişsiz havaya baxmayaraq baş verib. Pensilvaniyalı bağban belə danışıb:

“Bağçılıqla məşğul olduğum bütün illər ərzində bu, hava şəraitinin mürəkkəbliyi baxımından yəqin ki, ən çətin il idi. Mövsüm çox rütubətli və soyuq temperaturla başladı və bu hal iyuna qədər davam etdi. Sonra isə sanki kimsə düyməyə basdı və temperatur bir anda 10 dərəcə qalxdı, nəticədə çox isti və rütubətli yay oldu. Bizim güclü fırtınalarımız çox oldu, hər dəfə bir neçə santimetr yağıntı buraxaraq keçib gedirdi. Açığı, mən mövsümün əvvəlində bu bitkilərin soyuq və rütubətli havadan sağ çıxacağına inanmırdım. Necəsə onların öhdəsindən gəldilər, böyüdülər, böyüdülər və nəticədə iki badımcan yetişdirdilər ki, hər ikisi də dünya rekordunu qırdı”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Avqust 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri