Dünyanın ən böyük hərbi qərargahı müsəlman ölkəsində açıldı
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Misir dünyanın ən böyük hərbi qərargahını rəsmi olaraq istifadəyə verib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi yeni strateji komandanlıq mərkəzi olan "Oktaqon"un açılışını edib.
Kompleks quru qoşunları, hərbi hava qüvvələri, hərbi dəniz qüvvələri, kəşfiyyat və digər dövlət strukturlarının vahid komandanlığını özündə birləşdirir.
Yeni qərargah süni intellekt elementləri ilə təchiz edilmiş C4ISR idarəetmə sistemləri, mühafizə olunan rabitə, yeraltı infrastruktur və kibermüdafiə vasitələri ilə təchiz olunub.
Təxminən 4,7 milyon kvadratmetr ərazini əhatə edən kompleksin sahəsinin ABŞ Müdafiə Nazirliyinin qərargahı olan Pentaqondan onlarla dəfə böyük olduğu bildirilir.
"Oktaqon" hərbi əməliyyatların idarə olunması, böhran vəziyyətlərinə operativ reaksiya verilməsi və bütün silahlı qüvvələrin vahid mərkəzdən koordinasiyası üçün əsas komanda mərkəzi kimi fəaliyyət göstərəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 06 İyul 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















