Dünyanın ən isti yeri: Burada temperatur 70 dərəcəni keçir VİDEO
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Üzərində demək olar ki, heç bir canlının yaşamadığı deyilən və aparılan ölçmələrə görə dünyanın ən isti bölgələrindən biri hesab olunan bu məkan İran sərhədləri daxilində yerləşir.
Söhbət ölkənin cənub-şərqində yerləşən və dünyanın ən böyük səhralarından biri olan Lut səhrasından gedir.
Lut səhrası İran yaylasında yerləşən geniş duz səhrası kimi də tanınır. O, Yer kürəsində qeydə alınan ən yüksək temperaturlara malik bölgələrdən biri hesab olunur.
Bu səhrada həyat əlamətlərinə rast gəlinmədiyi üçün ona bəzən “Boşluq səhrası” da deyilir. Məlumata görə, suya ən davamlı bitkilərdən sayılan kaktuslar belə burada müşahidə olunmur və indiyədək səhrada yaşayan hər hansı canlı növü qeydə alınmayıb.
Hətta köçəri quşlar da səhranın üzərindən uçarkən həddindən artıq istilik səbəbindən istiqamətlərini itirərək ölə bilirlər.
Mütəxəssislərin fikrincə, insanın kifayət qədər su qəbul etdiyi halda dözə biləcəyi ən yüksək temperatur təxminən 55 dərəcə Selsi hesab olunur. Temperaturun 60 dərəcə və daha yüksək olduğu mühitdə isə 10 dəqiqədən artıq qalmaq hipertermiya riskini artırır.
Kosmosdan götürülmüş ölçmələrə görə, İrandakı Lut səhrası illərdir temperatur rekordunu qoruyub saxlayır. Bu bölgə planetimizdə ən yüksək səth temperaturuna malikdir.
Orta dəqiqlikli spektroradiometrlə təchiz olunmuş MODIS peyki tərəfindən aparılan yeddi illik tədqiqat Lut səhrasını 2009-cu ilə qədər Yer kürəsindəki ən isti bölgə kimi qeydə alıb.
NASA-nın AQUA peyki tərəfindən 2005-ci ildə aparılan ölçmələr səhrada səth temperaturunun 70,7 °C (159 °F) olduğunu qeydə alıb. Bu temperatur indiyə qədər ölçülən ən yüksək səth temperaturu kimi tanınır.
Təxminən 40 min kvadratkilometr ərazini əhatə edən və dünyanın ən böyük səhralarından biri hesab olunan bu bölgə turizmə açıldıqdan sonra böyük maraq mərkəzinə çevrilib. Burada müxtəlif turlar və tədbirlər təşkil olunur və səhraya çoxlu sayda ziyarətçi axın edir.
Qış aylarında belə temperaturun 35 dərəcə Selsini keçməsi ilə tanınan bölgəyə yay mövsümündə isə həddindən artıq isti hava şəraiti səbəbindən giriş və ziyarətlər qadağan edilir.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 17 Avqust 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















