Icma.az
close
up
RU
Dünyanın ən mərhəmətli xalqı Onlar maral balalarını öz övladı kimi böyüdür FOTOLAR KONKRET

Dünyanın ən mərhəmətli xalqı Onlar maral balalarını öz övladı kimi böyüdür FOTOLAR KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Öz körpəsi ilə birlikdə bir maral balasını da əmizdirən qadının fotosunu əvvəllər də görmüş və çox təsirlənmişdim, amma bunun Hindistanın Racastan ştatında yaşayan Bişnoy xalqı arasında çox geniş yayılmış bir ənənə olduğunu bilmirdim.

Bişnoylar doğrudan da özlərini təbiətin qorunmasına həsr etmiş bir xalqdır. Onların kəndlərində vəhşi heyvanların sərbəst şəkildə dolaşması adi bir hal sayılır.

Hətta hökumət rəsmiləri Bişnoy kəndlərinə getməzdən əvvəl diqqətli olmağınız barədə sizi xəbərdar edirmişlər, çünki ovçu ola biləcəyiniz ehtimalı ilə yerli əhali yad insanlara qarşı ehtiyatlı davranır. Tutulan bir ovçunun isə vay halına: ovçunu çırılçıplaq soyundurub qızmar səhra qumlarında yerə bağlayır və tövbə edənə qədər orada saxlayırlarmış.

Səhranın ortasında yaşayan bu xalq əsrlərdir yağış suyunun toplanması ilə məşğuldur və bunu təkcə özləri üçün deyil, bütün heyvanlar və canlılar üçün edirlər.

Canlı ağacı əsla kəsmirlər; yalnız vaxtı gəlib quruyan və ya fırtına zamanı aşan ağaclardan yanacaq və ya mebel üçün istifadə edirlər.

Təxminən 300 il əvvəl bölgənin kralı yeni sarayı üçün ağacların kəsilməsini istəyəndə, Bişnoy qadınları ağaclara sarılaraq onların kəsilməsinin qarşısını almağa çalışmış və 363 Bişnoy ağacları qorumaq naminə bu yolla canını vermişdir. Zatən Bişnoylar arasında başqa canlı növləri üçün canını fəda etmək ən böyük şəhidlik sayılırmış.

Dini bir icma olsalar da, lazımsız ayinləri və ibadət formaları yoxdur; daim mərhəmətə, sevgiyə və sülhə vurğu edirlər. Odun israfı olduğu üçün hinduların ənənəvi ölü yandırma mərasimindən də imtina edərək ölülərini torpağa tapşırmağa başlamışlar.

Haradasa marallarla iç-içə yaşamış bir xalqın mövcud olduğunu bilmək necə də gözəldir”.

Tərcümə etdi:

Ağagül Mürsəlov,
KONKRET.az

Mənbə: İnan Mayıs Aru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Yanvar 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri