Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İstanbul, 14 oktyabr, AZƏRTAC
Türkiyənin Antalya vilayətində, Kekova adası yaxınlığında aşkarlanan gəminin qalıqlarına aid amforalar (qədim dövrlərə aid iki qulplu, dar boğazlı və uzunsov gövdəli iri qab) Anadolu yarımadasının dənizçilik tarixinə işıq salır. Təxminən 4 min 400–4 min 700 il yaşı olan amforalar qədim dövrün ticarət əlaqələri və dənizçilərin gündəlik həyatı barədə mühüm məlumatlar verir.
AZƏRTAC xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tapıntıların Anadolu yarımadasının dənizçilik tarixinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, gil nümunələrinin təhlili amforaların, ehtimal ki, İordan vadisində istehsal olunduğunu göstərir. Misir, Troya və Kritdə oxşar qabların aşkarlanması qədim ticarət əlaqələrinin genişliyini təsdiqləyən mühüm dəlillərdir.
2026-cı ildə ərazidə başlanılan sualtı arxeoloji qazıntılar zamanı üzərində doqquz işarə olan amfora da tapılıb. Tədqiqatçılar onun pendir və ya kərə yağı hazırlanmasında istifadə edilmiş ola biləcəyini ehtimal edirlər.
Mehmet Nuri Ersoy sualtı mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində işlərin davam etdirildiyini bildirib.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 14 Oktyabr 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















