Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Kreditin baha ünvanı

Kreditin baha ünvanı

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Bu gün banklardan kredit ala bilməyən vətəndaşların çoxu alternativ maliyyə mənbəyi kimi bank olmayan kredit təşkilatlarına (BOKT) üz tuturlar. BOKT-lar müştərilərə kredit vermək və müxtəlif maliyyə xidmətləri göstərmək üçün fəaliyyət göstərən qurumlardır. Bankların bütün funksiyalarını yerinə yetirməsələr də, müəyyən maliyyə xidmətləri göstərirlər. Bu təşkilatlar Azərbaycan Mərkəzi Bankından (AMB) müvafiq lisenziya aldıqdan sonra kredit verə bilirlər. Mərkəzi Bank BOKT-ların fəaliyyətini tənzimləyir və onlara nəzarət edir. BOKT-lar ümumi iqtisadiyyatda nisbətən kiçik yer tutsalar da, müəyyən seqmentlərdə maliyyə boşluğunun doldurulması baxımından mühüm əhəmiyyət daşıyırlar.

BOKT-lar əmanət qəbul etmədikləri və nisbətən məhdud maliyyə resurslarına malik olduqları üçün kredit faizlərini müəyyənləşdirərkən daha yüksək riskləri nəzərə alırlar. Banklar müştərilərindən topladıqları əmanətlərdən və digər maliyyə mənbələrindən istifadə edərək daha ucuz vəsaitlər əldə edirlər. BOKT-lar isə borc almalı və ya investorlardan əlavə maliyyə cəlb etməlidirlər. Bu da onların xərclərini artırır və nəticədə daha yüksək faizlə kredit təklif etmələrinə səbəb olur.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, BOKT-lar müştərilərə banklarla müqayisədə daha çevik və sürətli kredit şərtləri təklif edirlər. Banklardan kredit götürməkdə çətinlik çəkənlər də bu səbəbdən BOKT-lara üz tuturlar. Çünki həmin təşkilatlarda kredit almaq üçün tələblər nisbətən sadədir. Lakin bunun əvəzində şərtlər daha ağır olur. Bu təşkilatlar əksər hallarda daşınmaz əmlak, qızıl, nəqliyyat vasitələri və s. kimi girovlar tələb edirlər. Risklər əsas gətirilərək girovların dəyəri çox vaxt real bazar qiymətindən aşağı müəyyənləşdirilir. Məsələn, qızıl girov götürülərkən onun dəyəri "lom" qiyməti ilə hesablanır. Son vaxtlar BOKT-lar tərəfindən verilən kreditlərin həcminin artmasının səbəblərindən biri də dünya bazarında qızılın bahalaşmasıdır. Bank olmayan kredit təşkilatlarının mütəxəssisləri bildirirlər ki, bu, onlara kredit məbləğlərini 30 faizədək artırmağa imkan verib.

Ekspert bildirir ki, BOKT-ların biznes modeli və tətbiq etdikləri faiz dərəcələri bankların fəaliyyətindən fərqlənir. BOKT-ların təqdim etdiyi kreditlər, adətən, daha baha başa gəlir. Bunun səbəbi həmin kreditlərin daha riskli olması və borcalanlara qarşı tələblərin fərqli müəyyənləşdirilməsidir. BOKT-lar da borcalanların gəlirlərini və ödəmə qabiliyyətini qiymətləndirməli olsalar da, kredit məhsullarının xüsusiyyətləri və risk səviyyəsi fərqlənir. Nəticədə, yüksək risk bu kreditlər üzrə daha yüksək faiz dərəcələri ilə müşayiət olunur.

Əkrəm Həsənovun sözlərinə görə, BOKT-lar kredit vermək, pul köçürmələri aparmaq, lizinq xidmətləri göstərmək və digər maliyyə əməliyyatlarını həyata keçirmək hüququna malikdirlər. Lakin banklardan fərqli olaraq, onların fəaliyyətinə tətbiq edilən tənzimləyici çərçivə daha çevikdir: "BOKT-ların təklif etdiyi faiz dərəcələri, komissiya məbləğləri və digər xidmət haqları üzrə bütün kredit növlərinə şamil olunan vahid yuxarı hədd müəyyən edilməyib. Bununla belə, ayrı-ayrı kredit məhsulları, xüsusilə gündəlik istehlak kreditləri üzrə xüsusi məhdudiyyətlər mövcuddur. BOKT-lar xidmətlərini bazar prinsiplərinə uyğun qiymətləndirə bilsələr də, müştəriləri şərtlər və xərclər barədə əvvəlcədən tam, şəffaf və anlaşıqlı şəkildə məlumatlandırmalıdırlar. Vətəndaşların belə təşkilatlarla müqavilə bağlayarkən diqqətli olmaları, sənədi tam oxuyub şərtlərini anlamaları vacibdir. Əks halda, yüksək faizlər və gözlənilməz xərclərlə üzləşə bilərlər".

İqtisadçı ekspert Rauf Qarayev bildirir ki, banklardan daha tez kredit verə bilən BOKT-larda faiz dərəcələri yüksək ola bilər. Bankların imkanları daha geniş olduğundan, onlar kreditlərin verilməsi zamanı müxtəlif üstünlüklərdən istifadə edərək özlərinə müştəri cəlb edə bilirlər. BOKT-ların da bazarda fəaliyyət göstərməsi müsbət haldır: "Çünki bazarda seçim imkanları geniş olmalıdır ki, müştəri ehtiyacına uyğun maliyyə məhsulunu əldə edə bilsin. Düşünürəm ki, bu təşkilatların mövcud olmaması bir sıra çətinliklər yaratmaqla yanaşı, bankların iş yükünü də artıra bilər. Hesab edirəm ki, məhz bu baxımdan Mərkəzi Bank BOKT-ların fəaliyyətinə ciddi yanaşır. BOKT-lardan kredit götürərkən müştərilər çətin vəziyyətə düşməmək üçün müqavilə şərtlərini diqqətlə oxumalıdırlar. Vətəndaşlar bəzən sənədləşmə prosesini cansıxıcı hesab etdikləri üçün müqavilələrə lazımi diqqət yetirmirlər. Halbuki kredit müqavilələrində hüquqi baxımdan əhəmiyyətli şərtlər mürəkkəb ifadələrlə təqdim oluna bilər. Müştərilər sonradan problem yaşamaq istəmirlərsə, kredit götürərkən hüquqşünasın rəyini də nəzərə almalıdırlar. Əks halda, itirən müştəri olur".

İqtisadçı ekspert Xalid Kərimli qeyd edir ki, BOKT-ların digər maliyyə qurumlarından əsas fərqi Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərmələridir: "Onların fəaliyyəti lisenziya şərtlərinə və mövcud qanunvericiliyə uyğun olmalıdır. BOKT-ların fəaliyyətinə nəzarət edən tənzimləyici orqan var. Yəni Mərkəzi Bank onlara ciddi nəzarət edir. Vətəndaşın şikayəti varsa, Mərkəzi Banka müraciət etməlidir. Həmin müraciətə baxılaraq müvafiq addımlar atılacaq. Hesab edirəm ki, hazırda BOKT-larla bağlı əlavə tədbirlərin görülməsinə ehtiyac yoxdur. Çünki bu təşkilatlara nəzarət mexanizmi lazımi səviyyədə fəaliyyət göstərir. Bəlkə də bəzi vətəndaşlar öz hüquqlarını bilmirlər".

Ekspert BOKT-larda faiz dərəcələrinin yüksək olmasının səbəblərindən də danışıb: "Məncə, BOKT-larda faiz dərəcələrinin yüksək olması təbii haldır. Çünki BOKT-lar pulu banklardan götürürlər. Bank isə əhalidən cəlb etdiyi vəsaitin üzərinə faiz əlavə edərək BOKT-a verir. Yəni BOKT-un əldə etdiyi vəsaitin maya dəyəri yüksək olur. Ümumiyyətlə, BOKT-lara bankdan kredit ala bilməyən şəxslər müraciət edirlər. Həmin şəxslərə bank tərəfindən kredit verilməsi riskli hesab olunur. Ona görə də BOKT-un bu şəxslərə daha yüksək faizlə kredit verməsi başadüşüləndir. Burada qanun pozuntusu yoxdur. Çünki heç kimə məcburi şəkildə kredit verilmir. BOKT-lar zəruri maliyyələşmə mənbəyidir. Əgər onlar olmasaydı, bankların kredit vermədiyi şəxslər sələmçilərə üz tutaraq daha yüksək faizlə borc götürməli olardılar. Bu isə daha böyük problemlərə səbəb ola bilər".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Noyabr 2026 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri