Icma.az
close
up
RU
Dünyanın ən sakit adası Burada sivilizasiya izi yoxdur

Dünyanın ən sakit adası Burada sivilizasiya izi yoxdur

Icma.az, Lent az saytına istinadən bildirir.

Dünyanın səs-küyündən uzaq, sakit və təbiətlə baş-başa istirahət etmək istəyən insanların sayı getdikcə artır. 

Lent.az xəbər verri ki, “BookRetreats” şirkəti dünyanın ən sakit 10 adasının reytinqini hazırlayıb. Siyahıya Yeni Zelandiyada yerləşən Stüart adası başçılıq edir.

Dünyanın ən sakit adası hansıdır?

Reytinqdə birinci yeri 100 mümkün baldan 94,6 bal toplayan Yeni Zelandiyanın Stüart adası tutub.

Maori dilində ada “Rakiura” adlanır. Bu söz təxminən “parıldayan səma” mənasını verir. Ada dünyanın ən cənubunda yerləşən beynəlxalq qaranlıq səma qoruğu statusuna da malikdir. İşıq çirklənməsinin olduqca az olması burada cənub qütb parıltısını müşahidə etməyə imkan yaradır.

Stüart adası xüsusilə təbiətsevərlər üçün ideal məkan hesab olunur. Təbiətin qorunması meyarına görə ada 100 baldan 99 bal toplayıb. İnsan fəaliyyəti buranın təbii landşaftına demək olar ki, təsir göstərməyib. Adada cəmi 500-ə yaxın insan yaşayır. Ərazisinin təxminən 85 faizini Rakiura Milli Parkı təşkil edir. Bura həmçinin çoxsaylı nadir quş növlərinin yaşayış məskənidir. Onların arasında nəsli kəsilmək təhlükəsi ilə üzləşən Stüart adasının qəhvəyi kivi quşu da var.

Avropanın ən sakit adası Yunanıstandadır

Siyahıda ikinci yeri Yunanıstanın Anafi adası tutub. Bu ada eyni zamanda Avropanın ən sakit adası seçilib. Santorini adasının şərqində yerləşən Anafinin sahəsi təxminən 40 kvadratkilometrdir. Burada 300 nəfərdən az insan yaşayır.

Adada kommersiya hava limanı yoxdur. Buna görə də buraya çatmağın ən rahat yolu bərə nəqliyyatından istifadə etməkdir. Ağ rəngli evləri, kristal kimi şəffaf suyu və sakit çimərlikləri Anafini dincəlmək istəyən turistlər üçün cəlbedici məkana çevirir.

Üçüncü yerdə Braziliya adası qərarlaşıb

İlk üçlüyü Braziliyanın İlya-Qrandi adası tamamlayır. Bura həmçinin Amerika qitəsinin ən sakit adası seçilib. Adanın ərazisinin təxminən 90 faizi Atlantik okeanı sahillərinə xas tropik meşələrlə örtülüb. Burada çoxlu sayda nadir və nəsli kəsilmək təhlükəsi altında olan heyvan növləri yaşayır. İlya-Qrandidə hava limanı və asfalt yollar yoxdur. Şəxsi avtomobillərin hərəkəti isə qadağandır.

Bütün bunlar adada xüsusi sakitlik mühiti yaradır. Mənzərəli çimərliklər və zəngin təbiət buranı şəhər həyatının yorğunluğundan uzaqlaşmaq istəyənlər üçün ideal istirahət məkanına çevirir.

ABŞ-dan yalnız bir ada siyahıya düşüb

Reytinqə ABŞ-dan yalnız Kaliforniyada yerləşən Santa-Katalina adası daxil olub. Ada onuncu yeri tutub. Təxminən 19,4 min hektar sahəsi olan adanın 88 faizi “Catalina Island Conservancy” təbiəti mühafizə təşkilatının himayəsindədir. Burada yalnız həmin əraziyə xas olan 60 bitki və heyvan növü qorunur.

Santa-Katalina siyahıdakı digər adalar qədər sivilizasiyadan uzaq deyil. Burada təxminən 4 min nəfər daimi yaşayır. Bununla belə, ada səs-küylü Los-Anceles şəhərinin yaxınlığında sakit istirahət üçün əlverişli məkan hesab olunur.

“BookRetreats” şirkətinin reytinqinə əsasən, dünyanın ən sakit adaları bunlardır:

1. Stüart adası – Yeni Zelandiya

2. Anafi – Yunanıstan

3. İlya-Qrandi – Braziliya

4. Lord-Hau adası – Avstraliya

5. Sent-Martins, Silli adaları – İngiltərə

6. Tioman adası – Malayziya

7. Ko-Çanq – Tailand

8. Ko-Ronq – Kamboca

9. Havelok adası – Hindistan

10. Santa-Katalina adası – ABŞ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Noyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri