Icma.az
close
up
RU
Dünyanın ən təhlükəli oteli Qasırğalar və köpək balıqlarının 1 addımlığında

Dünyanın ən təhlükəli oteli Qasırğalar və köpək balıqlarının 1 addımlığında

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Əgər siz həm həyəcan, həm də sakitlik olan qeyri-adi istirahət yeri axtarırsınızsa, dünyanın “ən təhlükəli oteli” növbəti səyahət məkanınız ola bilər. Əlbəttə, ətrafda köpəkbalıqlarının üzməsi və tropik qasırğaların yaxınlaşması sizi qorxutmursa.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Şimali Karolinanın şərq sahilindən təxminən 32 mil uzaqda yerləşən Frying Pan Tower vaxtilə ABŞ Sahil Mühafizəsinə məxsus mayak stansiyası olub, hazırda isə cəsarətli qonaqları qəbul edən qeyri-adi məkan kimi fəaliyyət göstərir.

Buraya yalnız helikopterlə çatmaq mümkündür. Qonaqları səkkiz yataq otağı, bir hamam və ümumilikdə 12 nəfərlik qalma imkanı gözləyir. Atlantik okeanının panoramik mənzərəsi ilə iki günlük istirahətin qiyməti 613 dollardan başlayır.

Dəniz səviyyəsindən 85 fut hündürlükdə yerləşən bu tikili 2000-ci illərin əvvəlində istifadədən çıxarılıb və 2012-ci ildə auksonda şəxsi sahibə təxminən 80 min dollara satılıb. Daha sonra könüllülər tərəfindən bərpa edilərək sadə, lakin nadir yaşayış məkanına çevrilib, xüsusən də təbiət sükutu arasında enerji toplamaq istəyənlər üçün.

Lakin təhlükə həmişə yaxındadır. Dərin sularla əhatələnmiş bu qüllədə olmağın ən ekstremal məqamlarından biri köpəkbalıqlarının yemlənməsi prosesində iştirak etməkdir. Sərt təhlükəsizlik qaydalarına baxmayaraq, qonaqlar bu təcrübəni öz riskləri hesabına yaxından izləyə bilirlər.

Təhlükə təkcə suyun altında deyil. Frying Pan Tower tez-tez Atlantik qasırğalarının yolunda yerləşir və illərdir güclü fırtınalara tab gətirib. Bütün risklərə baxmayaraq, buradakı şərait tamamilə primitiv deyil. Könüllü komandanın səyləri nəticəsində qonaqlar təmiz yataq dəsti, dəsmal, ərzaq və ev mühitinə bənzər rahatlıqla təmin olunur. Gecələr balıq ovlamaq, dalış etmək, birgə yemək hazırlamaq və daha sonra okeana baxan istirahət zonasına çəkilməklə keçir. İstəyənlər əlavə ödənişlə şəxsi aşpaz da dəvət edə bilirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri