Dünyanın ən uzun ilanı tapıldı
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
İndoneziyanın Sulavesi adasında kəşf edilən torlu piton (malayopython reticulatus) rəsmi olaraq dünyanın ən uzun ilanı kimi tanınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ginnesin Rekordlar Kitabı”nın veb saytı məlumat yayıb.
Məlumata görə, “Baronessa” ləqəbli ilan keçən ilin axırlarında Maros qraflığında tapılıb.
İlanın başından quyruğuna qədər uzunluğu 7,22 metr, çəkisi isə 96,5 kiloqramdır.
Mütəxəssislər qeyd ediblər ki, anesteziya altında ilan 10% daha uzun - təxminən 7,9 metr ola bilər. Lakin mütəxəssislər sürünənin sağlamlığını riskə atmamaq üçün bu prosedurdan imtina ediblər.
“Baronessa” hazırda Maros qraflığında fərdi ilan sığınacağı quran yerli təbiət mühafizəçisinin himayəsindədir.
Qeyd edək ki, pitonlar piton ailəsinə aid böyük, zəhərsiz ilanlardır. Onlar daha çox Afrika, Asiya və Avstraliyanın tropik və subtropik ərazilərində məskunlaşır.
Baxış sayı:104
Bu xəbər 05 Fevral 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















