Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Dünyanın enerji gündəliyi Bakıda müəyyənləşir

Dünyanın enerji gündəliyi Bakıda müəyyənləşir

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zəngin resurslara malik olan və transmilli şirkətlərlə uğurlu əməkdaşlıq modeli quran Azərbaycanın enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir. Bunu “Bakı Enerji Həftəsi”nə (“Baku Energy Week”) ildən-ilə daha çox sayda iştirakçının qoşulması əyani şəkildə təsdiqləyir. Respublikamız 1-4 iyun tarixlərində keçiriləcək növbəti “Baku Energy Week”ə hazırlaşır. Qlobal enerji liderləri paytaxtımızda  regionun aparıcı sənaye tədbirində bir araya gələcəklər.

İştirakçı ölkələrin coğrafiyası genişlənir

 “Baku Energy Week” özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”. “Iteca Caspian” şirkətinin layihə meneceri Nailə Əliyevanın verdiyi məlumata əsasən, “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.

Növbəti “Baku Energy Week”də 39 ölkədən 267 şirkət iştirak edəcək. Yubiley tədbirinə qatılacaq ölkələrin coğrafiyasının genişlənməsi çox mühüm tendensiyadır. Bu il ölkələr arasında Azərbaycanla yanaşı,  Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya, həmçinin Almaniya Federativ Respublikası Milli pavilyon ilə iştirak edir.

Tədbirə qatılacaq ölkələrin coğrafiyasının genişlənməsi “Baku Energy Week”in dünyada əlverişli platforma kimi nüfuzunun artmasını əyani şəkildə təsdiqləyir. İştirakçılar burada həm Azərbaycanın diversifikasiya edilmiş enerji siyasəti və enerji potensialı barədə məlumatlar alır, həm də hazırkı geosiyasi və geoiqtisadi reallıqlar şəraitində yaranan tendensiyalar ətrafında fikir mübadiləsi aparır, yeni tanışlıq və əməkdaşlıq imkanları qazanırlar. “Bu il sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər”, - deyə Nailə Əliyeva vurğulayıb.

Süni intellekt, dekarbonizasiya ilə bağlı yeniliklər təqdim olunacaq

30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil and Gas” sərgisinin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.

Verilən məlumata görə, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika, yaşıl enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş ediləcək.

30-cu Yubiley “Baku Energy Week” çərçivəsində həmçinin “Smart Energy Hub” adlı xüsusi startap zonası təqdim olunacaq. Layihənin önəmindən bəhs edən “Iteca Caspian” şirkətinin rəsmisi bildirib:  “Burada yerli və xarici ölkələrdən olan startap layihələri təqdim ediləcək və ümumilikdə 10 stend nümayiş olunacaq. Bu zona startapçılara öz qabaqcıl həllərini və strategiyalarını enerji sahəsinin aparıcı şirkətləri və digər maraqlı tərəflərə təqdim etmək üçün unikal imkan yaradacaq. Bakı Enerji Həftəsinin 30 illik təcrübəsindən bəhrələnərək, startaplar burada ənənəvi enerji, yaşıl enerji, neft-qaz, nəqliyyat və logistika sahələrinə dair layihələrlə iştirak edəcəklər”.

Azərbaycanın 3 mərhələdə həyata keçirdiyi ədalətli enerji siyasəti

Azərbaycanın ədalətli  enerji siyasəti üç mühüm mərhələni əhatə edir. Birinci mərhələdə respublikamızın  Avropa ilə enerji dialoqu yalnız neft seqmenti üzrə idi. Uzaqgörən siyasətçi Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyası 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə həyata vəsiqə aldı. Bu müqavilə üzrə cəlb olunan böyük həcmli xarici investisiyalar və əldə olunan neft gəlirləri ölkəmizin sosial-iqtisadi inkişafı üçün yeni üfüqlər açdı .

Ölkəmizin enerji dialoqunun ikinci mərhəəsi qaz seqmenti üzrədir.  Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə bundan xeyli çoxdur. Yeni çağırışlar şəraitində Azərbaycanla Avropa arasında mavi yanacaq seqmenti üzrə enerji dialoqunun aktuallığı heç vaxt olmadığı qədər artıb. Məlum geosiyasi reallıqlar fonunda Avropanın yeni təzhizat mənbələrinə böyük ehtiyacı yaranıb.  Azərbaycan bu ehtiyası qarşılamağa hazır və qadir ölkədir. Hazırda respublikamızdan “qoca qitə”nin 10 ölkəsinə qaz ixrac olunur  və bu coğrafiyanın genişlənməsi tam realdır. İmzalanmış müvafiq memoranduma əsasən  2027-ci ilə qədər Azərbaycandan Avropa bazarına qaz təchizatının həcmi iki dəfə artacaq.

Azərbaycanın Avropa ilə üç onilliyi əhatə edən enerji əməkdaşlığının yeni istiqaməti isə “yaşıl enerji” üzrədir. Bu, həm Avropa, həm də Azərbaycan üçün yeni bir çağırışdır. “Qoca qitə” enerji təhlükəsizliyinin transformasiyasında “yaşıl enerji”yə keçidi mühüm prioritetlərdən biri kimi bəyan edib. Eyni zamanda, Azərbaycanın bu sahədə zəngin potensialı var. Artıq ilkin hesablamalar aparılıb,  yalnız Xəzər dənizində 157 qiqavat həcm proqnozlaşdırılıb. Ölkəmiz quruda da zəngin bərpa olunan enerji potensialına malikdir.  Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. İlkin dəyərləndirmələrə əsasən, bəhs olunan ərazilərdə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 May 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see577

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see490

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see443

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see314

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see300

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see293

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see282

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see272

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see255

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see247

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see239

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see226

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see224

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see201

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see196

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see195

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see193

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see178

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see177

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri